31 May 2025, Şənbə
Elşad Quliyevdən qələbə şərhi
Millimizin finaldakı rəqibi məlumdur
Millimiz dünya çempionatının finalında!
Finalın hakimləri müəyyənləşdi

Ölkə futbolu

“Sabah” və “Kəpəz” cərimələndi, “Turan Tovuz”a xəbərdalıq edildi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, 06.10.2023-cü il tarixində Azərbaycan Premyer Liqasının IX turunun “Zirə” - “Turan Tovuz” oyununda qonaq komandanın azarkeşləri tərəfindən görüşün hakimlərinin ünvanına kütləvi şəkildə qeyri-etik ifadələr səsləndirildiyinə və bu hal mövsümdə ilk dəfə yaşandığına görə “Turan Tovuz” klubuna xəbərdarlıq edilib.

07.10.2023-cü il tarixində Azərbaycan Premyer Liqasının IX turunun “Sabah” - “Araz-Naxçıvan” oyununda Bakı klubunun azarkeşləri tərəfindən kütləvi şəkildə qeyri-etik ifadələr səsləndirildiyinə və bu hal mövsümdə ikinci dəfə yaşandığına görə “Sabah” klubu 500 manat cərimə edilib.

Oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Sabah” klubu 800 manat cərimə edilib.

08.10.2023-cü il tarixində Azərbaycan Premyer Liqasının IX turunun “Sumqayıt” - “Kəpəz” oyununda qonaq klubun 4 futbolçusu sarı vərəqə aldığına görə “Kəpəz” klubu 700 manat cərimə edilib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31