13 Sentyabr 2025, Şənbə
“Mövzuya bir daha qayıtmayacağam”
"Səbail" qələbə ilə başladı
Elmar Baxşıyevdən qələbə şərhi
"Səbail"dən hücumçu transferi

Ölkə futbolu

Bəhlul Mustafazadə məğlubiyyəti şərh etdi: “Vəziyyət ürəkaçan deyil”

“Düşünürəm ki, oyun komandamız üçün pis keçmədi. Matçın bəzi hissələrində rəqiblə başa-baş mübarizə apardıq”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri milli komandamızın müdafiəçisi Bəhlul Mustafazadə Avro-2024-ün seçmə mərhələsində Belçikaya qarşı keçirilən oyunu (0:1) şərh edərkən deyib.

O, sərfəli nəticə qazanmaq üçün əllərindən gələni etdiklərini bildirib: “Əlimizə düşən fürsətlərdən istifadə etsəydik, nəticə başqa cür ola bilərdi. Rəqibin gücü bəllidir. Biz də əlimizdən gələni etməyə çalışdıq”.

Mustafazadə qeyd edib ki, rəqib güclü olsa da, komandada həyəcan olmayıb: “Bu cür rəqiblərə qarşı oyunda həyəcan olmur. Qarşımızdakı oyunçuların səviyyəsi bəllidir. Bacardığımız qədər onlara qarşı mübarizə apardıq”.

O, millimizin qrupdakı vəziyyətinin ürəkaçan olmadığını vurğulayıb: “Bəlkə də daha çox xal toplaya bilərdik. Amma rəqiblərin gücü məlumdur”.

Müdafiəçi 2 gün sonra İordaniyaya qarşı keçiriləcək yoxlama görüşündən də söz açıb: “Düşünürəm ki, bu oyun milli forması geyinməyən futbolçular üçün xüsusi əhəmiyyət kəsb edir. Start həyətindən xəbərdar deyiləm. Amma bəzi oyunçular üçün bu əsl şans ola bilər”.

Azad NURİYEV

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30