4 Oktyabr 2026, Bazar günü
Milli komandamız Litvaya qarşı
U-20 millimiz Moldovaya uduzdu
“Qarabağ” "Zirə”yə qalib gəldi
“Qəbələ” yaponlara məğlub oldu

Ölkə futbolu

“Neftçi”nin qapıçısına 1, “Sabah”ın müdafiəçisinə 2 oyunluq cəza

AFFA İntizam Komitəsi “Sabah” klubunun futbolçusu Amin Seydiyevi cəzalandırıb.

Futbolxeber.az saytının məlumaıtna görə, 26.08.2023-cü il tarixində Azərbaycan Premyer Liqasının IV turunun “Zirə” ilə oyununda ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün futbolçu 2 oyunluq cəzalanıb, “Sabah” klubu 1500 manat cərimə edilib.

27.08.2023-cü il tarixində Azərbaycan Premyer Liqasının IV turunun “Qəbələ” ilə oyununda rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün “Neftçi” klubunun qapıçısı Rza Cəfərov 1 oyunluq cəzalanıb, “Neftçi” klubu 800 manat cərimə edilib.

Matç bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Neftçi” klubu 800 manat cərimə edilib.

27.08.2023-cü il tarixində Misli Premyer Liqasının IV turunun “Qarabağ” - “Kəpəz” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə Ağdam klubu 800 manat cərimə edilib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31