2 Noyabr 2026, Bazar ertəsi
"Sumqayıt" autsayderə qarşı
“Neftçi” liderliyi ələ keçirdi
Yuri Vernidubdan qələbə şərhi
Bekiri: "1 xal qazanmağa layiq idik"

Ölkə futbolu

“Kəpəz”in futbolçusu üçün yubiley

“Kəpəz”in futbolçusu Tural Rzayev Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib.

Futbolxeber.az saytının klubun feysbuk səhifəsinə istinadən verdiyi məlumata görə, 30 yaşlı yarımmüdafiəçinin yubileyi Azərbaycan Premyer Liqasının 3-cü turuna təsadüf edib.

O, “Turan Tovuz”la ev qarşılaşmasına (0:2) start heyətində çıxıb və 62 dəqiqə meydanda olub. Tural Premyer Liqada keçirdiyi 100 matçda 1 qol vurub.

Ölkə çempionatının yüksək dəstəsində yalnız bir komandanın - “Kəpəz”in formasını geyinən yarımmüdafiəçinin debütü 2015/16 mövsümündə gerçəkləşib. O, 2015-ci il avqustun 9-da “Neftçi” ilə səfər qarşılaşmasında şans qazanıb. Həmin görüş 0:0 hesabı ilə başa çatıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30