Ölkə futbolu
Dəyişməyən Gəncə stadionu, yenilənən “Kəpəz” - REPORTAJ
Azərbaycan çempionatları tarixində 1 nömrəli qarşıdurma hansıdı? Belə bir sorğu keçirsək, gəncəlilər “Kəpəz” - “Neftçi”, ağdamlılar “Qarabağ” - “Neftçi”, lənkəranlılar isə “Böyük oyun” deyəcəklər... Bizə görə isə bu sualın cavabı “Kəpəz” - “Neftçi”di. Əbəs yerə bu qarşıdurmanı tarixi derbi adlandırmırlar.
Qismət elə gətirdi ki, əzəli rəqiblər 2023/24 mövsümünün elə ilk turunda üz-üzə gəlməli oldular. Peşəkar Futbol Liqasının ötən ildən başlatdığı gözəl ənənənin yaratdığı imkandan faydalanaraq biz də tarixi Azərbaycan derbisinə canlı şahidlik etdik.
GƏNCƏNİN DƏ EHTİRAM QULİYEVİ OLSAYDI...
Gəncə bizi dəhşətli isti ilə qarşıladı. Düzdü, həmkarım, Sport24.az saytının əməkdaşı Rəşad Qasımovla "Nizami yurdu"na çatanda matçın start fitinin səslənməsinə hələ 3 saat qalırdı. Amma göydən elə alov yağırdı ki, 300 metr yolu piyada getmək belə müşkülə çevrilmişdi. İstər-istəməz qızmar günəş altında ağır addımlarla irəliləyərkən “bu istidə futbol olar” sualını düşünməli olursan. Amma oyunu 17:00-a təyin etdiyi üçün PFL-i də qınamaq olmur. Ölkənin ikinci şəhərinin stadionunda projektorun olmaması səbəbindən qızmar günəş altında futbol oynamaqdan başqa yol yoxdu. Bu yerdə yada digər Qərb təmsilçisi “Turan Tovuz” düşür. Tovuzluların baş məşqçisi Ayxan Abbasova çempionatın ilk turunda “Araz-Naxçıvan”la oyunun son anda yerinin dəyişdirilməsi ilə bağlı sual veriləndə, mütəxəssis qeyd etmişdi ki, müvəqqəti çətinliyə dözmək olar: “Əsas odur ki, bir müddət sonra Tovuz stadionunun projektorları olacaq və daha gec saatda meydana çıxa biləcəyik”. Təəssüf ki, ölkənin ikinci ən böyük şəhərində futbolu, doğma bölgəsini tovuzlu Ehtiram Quliyev qədər sevən yoxdu, illərdi tapılmır. Əks halda bu gün “Kəpəz”in də “Huner Group” kimi sponsoru olardı və belədə azarkeşlər “cəhənnəm istisi”ndə futbola baxmağa, oyunçular da meydana çıxmağa məcbur qalmazdılar.
OYUNA GEDƏ-GEDƏ SELFİ ÇƏKDİRƏN KVİRKVİYA, SABUNLU QALAN “NEFTÇİ” FUTBOLÇULARI
Gəncə stadionuna daxil olduqdan sonra qısa müşahidə kifayət edir ki, mövsümlərarası fasilədə arenada hər hansı bir ciddi dəyişikliyin olmadığını görəsən. Yenə uçuq-sökük tribunalar, yenə paltardəyişmə otağı əvəzinə konteynerlər... Təəssüf ki, “Neftçi”nin Bakıxanov qəsəbəsindəki və köhnə bazasındakı şəraiti bəyənməyib, komandasının məşqlərinin Bakı Olimpiya Stadionunda və ya “Neftçi Arena”da keçirilməsini tələb edən Adrian Mutunun konteynerlər-paltardəyişmə otaqlarını gördüyü andakı sifət cizgilərinə şahidlik edə bilmədik. Görəsən, rumın mütəxəssis başqa hardasa bu cür halla qarşılaşıb?..
Əslində, Gəncə stadionunda çatışmazlıqlar həddindən artıq çoxdu. Hamısını yazıb, gəncəli azarkeşlərin könlünü qırmaq istəmirik. Amma VİP-də oturmaq üstündəki davanı, azarkeşlərin media nümayəndələri ilə demək olar yanaşı əyləşmələrini, matç gedə-gedə azyaşlı 3-4 azarkeşin “Kəpəz”in ehtiyat oyunçular skamyasına yaxınlaşaraq artıq əvəzlənmiş Mate Kvirkviya ilə selfi çəkdirmələrini, oyundan sonra konteynerlər-paltardəyişmə otağında suyun kəsilməsini, “Neftçi”nin futbolçularının sabunlu, şampunlu qalmalarını qeyd etməmək də olmur...
AZƏR MƏMMƏDOV İLK SINAQDAN UĞURLU ÇIXDI
Yuxarıda sadaladığımız çatışmazlıqların əksəri maddiyyata bağlıdı. Bu gün “Kəpəz”lə “Neftçi”nin şəraiti kimi, büdcəsini də, heyətini də müqayisə etmək olmaz. Amma Gəncə klubu dünən 90 dəqiqə ərzində bu fərqi hiss etdirmədi. Komanda üzvləri rəqibin ad-sanından çəkinməyərək meydanın hər qarışı uğrunda mübarizə apardılar. Dünən qələbə “Kəpəz”in haqqı idi. Gəncəlilər rəqiblə aralarındakı fərqi məhz mübarizliklə sığortaladılar. Baş məşqçi kimi Premyer Liqada debüt edən Azər Məmmədov komandasını oyuna lazımınca kökləyə bilmişdi. Bunun nəticəsi idi ki, matç boyu “Kəpəz” demək olar ki, rəqibindən heç bir komponentdə geri qalmadı. Hər nə qədər Adrian Mutu matçdan sonra heç-heçənin daha ədalətli nəticə olduğunu söyləsə də, fikrimizcə, “Kəpəz” 3 xala “Neftçi”dən daha çox layiq idi. Gəncəlilər yaxaladıqları qol epizodlarını dəyərləndirə bilsəydilər, yekunda hesab arasındakı fərq 1 topdan daha çox olardı.
Komandanın uğurunda azarkeşlərin də rolunu qeyd etmək lazımdı. Gəncə publikası həmişəki kimi “Kəpəz”i çılğıncasına dəstəkləyirdi. Matçın əvvəlində açılan möhtəşəm xoreoqrafiyadan tutmuş 90 dəqiqəlik dəstəyə qədər fanatlar sevimli komandalarının uğuru üçün çalışırdılar.
İndi əsas sual “Kəpəz”in bu uğurun ardını gətirib-gətirməməsidi. Görəsən, gəncəli futbolsevərlərin sevincləri davamlı olacaqmı?..
İbrahim CƏFƏROV, Gəncə
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Şəfa”ya texniki məğlubiyyət verildi
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- "Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
- Əfran İsmayılovun israfçılığı...
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
- “Araz-Naxçıvan”ın yeni baş məşqçisi müəyyənləşdi
- "Qarabağ"ın "Xaric segah"ı...
- Yankoviç “Turan Tovuz”da
- “Neftçi” XXI əsrdəki ən yüksək göstəricisinə imza atıb
- Elvin Camalov “Neftçi”dən getdi
- “Neftçi” "İmişli"ni məğlub etdi
- “Sumqayıt” qəkəbəni əldən verdi
-
10:18
“Neftçi” Cavadovu təbrik etdi
-
09:47
Seneqallı voleybolçu Azərbaycan klubunda
-
09:23
Baş Prokurorluqda İsgəndər Cavadovun 70 illik yubileyi qeyd edilib FOTOLENT
-
09:00
Mahir Emreli: “Rəqib dişimizə görə idi”
-
23:29
Millimizin qələbəsi VİDEO
-
22:51
Ayxan Abbasovdan qələbə şərhi
-
22:30
İqor Angelovski: “Azərbaycan D divizionunda olmağa layiq deyil”
-
21:48
Millimiz Tacikistana qalib gəldi
-
20:56
"Neftçi" FIBA Avropa Kubokuna qələbə ilə start verib
-
20:24
Respublika Velotrekində məşqçilər üçün "Təhlükəsiz idman" mövzusunda təlim keçirilib
-
19:17
"Sumqayıt"dan növbəti transfer
-
18:43
Türkiyəli futbolçu 25 yaşında vəfat edib
-
18:05
La Liqa klubunda yeni baş məşqçi
-
17:39
U-20 millimizə 25 futbolçu çağırıldı
-
17:22
Yuri Maksimov: “Mümkün qədər üst sıralara qalxmalıyıq”
-
16:51
"Formula 1" üzrə Azərbaycan Qran-prisinə bilet alan azarkeşlərin pit-leyn gəzintisi baş tutub
-
16:40
Yuri Maksimov rəsmən “Araz-Naxçıvan”da
-
16:16
Rassel: “Azərbaycan Qran-Prisində qələbə uğrunda mübarizə apara bilərik”
-
15:37
Azərbaycan - Tacikistan oyununa necə baxaq?
-
15:04
Lekler: “Bakı trasında yarışmaqdan zövq alıram”
-
14:48
"Sumqayıt" onunla gücləndi
-
14:23
Alabanın yeni klubu müəyyənləşdi
-
13:59
Şahruddinlə Zubir yenidən bir arada
-
13:35
Azərbaycan Basketbol Liqası klublarına oyun qaydalarındakı dəyişikliklər barədə məlumat verilib
-
13:12
"Zaqatala"nın futbolçusuna sərt cəza verildi
-
13:00
AFFA 5 klubu cərimələdi
-
12:41
"Formula 1": Bakı Bulvarında əyləncə zonası fəaliyyətə başlayır
-
12:26
AFFA "İmişli"nin legionerini 4 oyunluq cəzalandırdı
-
11:57
Misirli voleybolçu karyerasını Azərbaycanda davam etdirəcək
-
11:34
"Mingəçevir Reqatası" növbəti dəfə Köndələn su anbarında start götürəcək
-
11:08
“Xankəndi”nin Xankəndiyə qayıdışına 1 ay qalıb
-
10:43
“Kasıblar”ın lideri – “Şamaxı”
-
10:29
Avropa çempionatı: Daha 3 boksçumuz yarımfinalda
-
10:15
"Borussiya"nın yeni baş məşqçisi müəyyənləşdi
-
09:52
Cüdoçularımız Sarayevoda beynəlxalq turnirdə iştirak edəcəklər
-
22:33
Daha iki cüdoçumuz dünya çempionu oldu
-
20:15
Ayxan Abbasov: “Sabah qalib gəlmək istəyirik”
-
19:54
Rəhman Daşdəmirov: “Tacikistan millisi futbol oynaya bilir”
-
19:00
Aneqlovski: “6 il əvvəlki ilə indiki Azərbaycan millisini müqayisə etmək istəməzdim”
-
18:48
Nazarov: “Azərbaycandan təklifim olmayıb”
-
18:31
“Qarabağ”dan fanşopla bağlı yenilik
-
18:16
Azərbaycan və Yunanıstan arasında idman sahəsində əməkdaşlıq müzakirə edilib
-
17:53
Güləş millilərimizin məşqçiləri üçün təlim proqramı təşkil olunub
-
17:42
"Qaradağ Lökbatan" Peşəkar Futbol Klubu ləğv olunur
-
17:05
Elçin Usub: “Dəfələrlə bildirmişik ki, əvəzedicilər liqası lazımsızdır"
-
16:23
Qadın futbolçularımız Qarabağ Universitetində tələbələrlə görüşüblər
-
15:57
Litvalı basketbolçu "Naxçıvan"a keçib
-
15:35
Puta qəsəbəsində idman zalı və minifutbol meydançasının açılışı olub
-
14:44
"Sumqayıt"ın məşqçilər korpusu müəyyənləşib
-
14:18
ÇL: "Araz-Naxçıvan"ın oyunlarının təqvimi açıqlandı
24.09.2026
23.09.2026
22.09.2026
























