8 Avqust 2026, Şənbə
Nəriman rəsmən “Erzurumspor”da
“Sumqayıt” Qətər klubu ilə heç-heçə etdi
“Zirə” Namik Ələsgərovla yolları ayırdı
“Qarabağ” “Dinamo”ya məğlub oldu

Ölkə futbolu

Abdullahi Şuaybu: "Bu, hələ başlanğıcdır" (MÜSAHİBƏ)

"Kəpəz"in hücumçusu Abdullahi Şuaybu "Neftçi" ilə oyundan sonra Futbolxeber.az saytına müsahibə verib.

- İlk oyunda "Neftçi"ni məğlub etdiniz. Təəssüratlarınız necədir?

- Qalibiyyətdən məmnunuq. Bu, hələ başlanğıcdır. Oyuna köklənmişdik. Azarkeşlərimizə təşəkkür edirəm. Həmçinin, bu oyunda bizimlə birlikdə olan hər kəs öz minnətdarlığımı bildirirəm.

- Mətbuatda klubdan getməyinizlə bağlı xəbərlər yayılmışdı. Həqiqətənmi "Kəpəz"i tərk etməyə yaxın idiz?

- Əvvəl də dediyim kimi, hər şey Allahın əlindədir. Mən təkcə özüm buna qərar vermirəm. Hazırda "Kəpəz"də çıxış etməyimdən şadam. Burada oynamağa üstünlük verirəm. Əgər buranı tərk etsəm, bundan məlumatlı olacaqsınız. 

- Oyunda 3-4 qol imkanlarınız oldu ki, bunlardan istifadə edə bilmədiniz...

- Bu, hələ ilk matçdır. Biz oyuna fokuslanmağa çalışırıq. Gənc oyunçuyam, bu epizodları daha çox yaratmağa cəhd göstərəcəyəm. 

- Premyer Liqada hədəfləriniz nədir?

- Performansımızı, göstərdiyimiz oyunu bu tərzdə saxlamaq, oyuna 100 faiz köklənmək, bir hücumçu kimi tam olaraq komandama kömək etmək əsas məqsədimdir.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31