19 Mart 2026, Cümə axşamı
Andrey Demçenkodan qələbə şərhi
“Araz-Naxçıvan”dan vacib qələbə
Ayın qolunun müəllifi mükafatlandırıldı
25-ci turun hakim təyinatları

Ölkə futbolu

Mutu: "Qarşıma çempionluq və kuboku qazanmaq hədəfi qoyulub"

"Neftçi"nin yeni baş məşqçisi Adrian Mutu Rusiyanın "Sport-Ekspress" nəşrinə müsahibə verib.

Futbolxeber.az saytının məlumatına görə, rumıniyalı mütəxəssis karyerası ilə bağlı arzusunu açıqlayıb.

Sabiq klubu "Fiorentina"nı çalışdırmaq istədiyini deyən məşqçi "Neftçi"də qarşısına qoyulan hədəflərdən də danışıb:

"Bir gün "Fiorentina”nı çalışdırmaq istərdim. Mən bu klubu çox sevirəm. Hazırda isə bütün fikrimi “Neftçi”də işləməyə cəmləmişəm. Orada bütün qüvvəmlə çalışmalıyam ki, qarşıma qoyulan vəzifələri yerinə yetirim. Hədəflər çempionluq və Azərbaycan kubokunu qazanmaqdır".

Qeyd edək ki, Adrian Mutu "Neftçi" ilə 2 illik müqavilə imzalayıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31