3 Avqust 2026, Bazar ertəsi
“Zirə”də gözlənilməz ayrılıq
ÇL-də pley-offun püşkü atıldı
"Qarabağ" ciddi itki ilə üzləşdi
"Qəbələ"də braziliyalı qapıçı

Ölkə futbolu

“Neftçi” UEFA reytinqində Azərbaycana növbəti xalları qazandırıb

“Neftçi” UEFA reytinqində Azərbaycana növbəti xalları qazandırıb.
 
Futbolxeber.az saytının məlumatına görə, Bakı klubu UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Bosniya və Herseqovina təmsilçisi “Jelezniçar”la səfərdə 2:2 hesablı heç-heçə edərək buna nail olub.
 
Sarayevoda baş tutan görüşdəki bərabərlik sayəsində ölkə reytinqinə 0,125 xal əlavə olunub. Bununla ölkənin cari mövsümdəki xallarının sayı 0,875-ə çatıb.
 
“Qəbələ” isə bu turnir çərçivəsində öz meydanında Kipr klubu “Omoniya”ya uduzduğundan (2:3), xal qazandıra bilməyib.
 
Son 5 mövsümdəki ümumi xallarının sayı 15,125-ə çatan Azərbaycan reytinqdə 29-cu pillədədir. Bir addım irəlidə olan Sloveniya 16,125 reytinq xalına malikdir.
 
Baş tutan qarşılaşmalar Türkiyə, İsrail, Yunanıstan, Xorvatiya, Kipr, Ermənistan, Latviya, İslandiya, Malta və Monteneqronun irəliləməsinə, Serbiya, Danimarka, İsveç, Rusiya, Lixtenşteyn, Litva, Lüksemburq və Uelsin isə geriləməsinə səbəb olub.
 
 
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31