8 Oktyabr 2026, Cümə axşamı
Millimiz FİFA reytinqində gerilədi
U-21 millimiz Cəbəllütariqə qalib gəldi
U-20 yığmamız Yaponiyanı məğlub etdi
Sefasın durumu nə yerdədir?

Ölkə futbolu

"Neftçi" yeni transferlərini "Jelezniçar"la oyunlar üçün sifariş etdi

"Neftçi" yeni transferləri Mark Tamaş və Ervin Koffini UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Jelezniçar"la (Bosniya və Herseqovina ) oyunlar üçün UEFA-ya sifariş edib.

Futbolxeber.az saytının məlumatına görə, hər iki legioner müdafiəçinin adı iştirak ərizəsinə daxil edilib.

Əvəzində isə Serbiya "Partizan"ına keçəcəyi gözlənilən Matias Saldanyanın adı siyahıdan çıxarılıb. Bununla da iştirak ərizəsində olan oyunçuların sayı 27-yə çatıb.

Qeyd edək ki, "Neftçi" və "Jelezniçar" arasında ilk oyun iyulun 27-də Sarayevoda olacaq və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Cavab görüşü isə avqustun 3-də Bakıda keçiriləcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31