Ölkə futbolu
Qurban Qurbanov: “...ümidliyik”
Çempionlar Liqasının II təsnifat mərhələsində “Rakuv”a rəqib olan “Qarabağ” bu gün saat 12-də Polşaya yollanıb. Təmsilçimizin baş məşqçisi Qurban Qurbanov səfər öncəsi Heydər Əliyev Beynəlxalq Hava Limanında Sport24.az-ın əməkdaşının suallarını cavablandırıb. Futbolxeber.az saytı həmin müsahibəni təqdim edir:
- Bunadək açıqlama vermişdiniz ki, "Rakuv" digər Polşa klublarında fərqlənir. Oyun sistemində yoxsa başqa planda? Bu haqda geniş danışardınız...
- Həqiqətən çox ciddi rəqibdi. Əvvəlki açıqlamalarımda da bildirmişdim ki, “Rakuv” doğrudan digərlərindən fərqlənir. Bu, ümumiyyətlə, oyun sistemində, oyun dəst-xəttində özünəməxsusluqla bağlıdı. Çünki neçə vaxtdı komandanı eyni üslubda inkişaf etdirirlər. Neçə illərdi çempionluq uğrunda mübarizə aparırdılar və nəhayət, son mövsümdə buna nail oldular. Hətta keçən və bundan əvvəlki illərdə çox böyük şansları vardı. Təkcə indi yox, ümumiyyətlə, son illər “Rakuv” çox sabit oyun nümayiş etdirir. Çox intizamlı, möhkəm komandadı. Beşli müdafiə oynayırlar. Çoxları düşünə bilər ki, bu sistemdə daha çox müdafiəyə üstünlük verirlər. Lakin qətiyyən belə deyil. Rəqib məcbur eləməsə, onların müdafiədə oturmaqla bağlı heç bir düşüncəsi yoxdu. Demək olar 90 dəqiqə, xüsusilə, evdəki matçlarda hücumda olmaq istəyirlər. Buna görə rəqibi daha dərindən tanımağa çalışdıq. Belə düşünürəm ki, maraqlı oyun olacaq. İnşallah, futbolçularım bu matça hazırdı və daha diqqətli olmağa çalışacağıq.
- Heyətlə bağlı son durum necədi? Hər hansı zədə, narahatlıq varmı?
- Normaldı vəziyyət. Demək olar hər şey qaydasındadı. Sadəcə, Juninyonun xidmətindən böyük ehtimal istifadə etməyəcəyik. Çünki oyundan əvvəl bildirmişdim ki, son məşqdə mikrozədə alıb. Buna görə riskə getməyəcəyik.
- “Rakuv”un sürətli hücum futbolu oynadığını qeyd etdiniz. “Qarabağ” da hücum futbolu oynamağı xoşlayır və ola bilərmi ki, bu dəfə daha çox müdafiədən oynayasınız? Yoxsa öz futbolunuza sadiq qalacaqsınız?
- Ümumiyyətlə, öz zonamızda müdafiə olunmaq kimi düşüncəmiz yoxdu. Müdafiəni rəqib zonasında qurmaq istəyirik. “Rakuv” da bu oyun üslubuna daha çox üstünlük verir. Məni rəqibdə daha çox bu cəlb edir ki, hücumda ola-ola müdafiə olunmağa çox böyük diqqət yetirir. Hər futbolçu meydanda yerləşdiyi zonasını çox yaxşı bilir. Rəqib bizi müdafiədə oturmağa çox məcbur etməsə, çalışacağıq ki, daha çox vaxtı hücumda keçirək
- Hər bir komandanın zəif nöqtəsi, zəif bəndi olur. Yəqin ki, “Rakuv”u təhlil edəndə, bunu üzə çıxarmısınız. Bu haqda danışa bilərsiniz, yoxsa..?
- Yox. Belə açıq şəkildə məlumat verə bilməyəcəm. Amma ümumən rəqibdə kollektiv oyun həddən artıq yaxşı səviyyədədi. Rəqibə boşluqlar verməməmək üçün maksimum səy göstərlər. Sadəcə, onları məcbur etməliyik ki, səhv etsinlər.
- “Linkoln”la ilk matçla müqayisədə ikinci görüşdə əsas heyətdə bir dəyişiklik etdiniz. Nəriman Axundzadənin yerinə Yassin Benzia çıxmışdı. Bu dəfə heyətlə bağlı hansısa bir sürpriz varmı?
- Ümumiyyətlə, heyətlə bağlı çox da sürpriz etməyi xoşlamıram. Əksinə, rəqibə uyğun stabil heyəti qoruyub saxlamaq istəyirəm. Onsuz da ciddi bir dəyişiklik gözlənilmir.
- Polşa səfəri adətən futbol ictimaiyyətində, azarkeşlərdə bir narahatlıq yaradır – həm futbol ölkəsi, həm də rəqiblərin çətinliyi baxımından. Amma adətən ordan parlaq qələbələrlə qayıdırsınız. Növbəti belə parlaq qələbəyə ümid necədi?
- Biz ümidliyik. Ümumiyyətlə, Polşa komandaları üzərində qalibiyyətlərimiz onları bizə qarşı daha ciddi edib. Bəzi yazılardan da oxuyuruq ki, çox ciddi hazırlaşırlar. Bu haqda həm jurnalistlər yazır, həm də azarkeşlər. Ancaq bunu düşünməli deyilik. Onlara qarşı iki oyunumuz var və çalışacağıq ki, bu matçların yekununda uğurlu nəticə əldə edək. Amma dediyim kimi, çox ciddi, çox yaxşı, çox maraqlı bir komandaya qarşı oynayacağıq.
- Rəqib ölkənin mətbuatında belə bir başlıq getmişdi ki, son illərdə “Qarabağ” Polşa klublarının lənətinə çevrilib. Artıq Polşa azarkeşlərində, tərəfdarlarında “Qarabağ”a qarşı qorxu yaranıb...
- Məncə, belə fikirlərə diqqət ayırmamalıyıq. Bu, idmandı. Hər zaman hər iki komandaya uğurlar arzulamışam. Həmişə istəmişəm ki, meydanda yaxşı mübarizə getsin, azarkeşlər oyunlarımızdan razı qalsın. Ümumiyyətlə, belə bir vəziyyətə düşəndə həmişə demişəm ki, bizim komandaya, futbolçulara yalnız fayda verir. O fikirlərə o qədər önəm ayırmamalıyıq. Çünki mənə elə gəlir ki, ilk olaraq bu, mane ola bilər.
- Qara Qarayev son günlərin əsas danışılan mövzusudu. Onun “Qarabağ”ı əzəli rəqibi “Neftçi”yə dəyişməsini gözləyirdiniz? Ümumiyyətlə, futbolçunun bu keçidini necə şərh edərdiniz?
- Məncə, şərh etməyə ehtiyac yoxdu. Qara bizim ailənin üzvüdü. Bizdə olduğu müddətdə də belə idi, bu gün də belədi. Sadəcə, futbolda ümumən belə hallar çox olur ki, oyunçu uzun müddət çıxış etdiyi komandasını dəyişir. Amma hər bir halda, Qara həmişə çox istədiyimiz, çox peşəkar futbolçulardan olub. Mən bir məşqçi kimi neçə illər onunla bir yerdə çalışdım. Qaranın qarşıdakı uğurlarına ancaq sevinə bilərəm.
- Qaranın keçidini Luiş Fiqunun “Barselona”da “Real”a keçidinə bənzətmək olar?
- Heç ağlıma gəlməyib belə şey.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Neftçi” 5 min manat cərimələndi
- VII turun hakim təyinatları
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- Fətiyev bürünc medal qazandı
- “Səbail” qələbəni əldən verdi
- "Sumqayıt"ın qələbə həsrəti bitdi
-
23:05
"Neftçi" 3 xalı tək qolla qazandı VİDEO
-
22:36
Vernidub: “Sevinirəm ki, meydana sonradan çıxanlar nəticə verirlər”
-
21:58
"Zəfər Turu": "Turan Tovuz" və "Neftçi" qələbə qazandı
-
21:11
"Turan Tovuz" "Qarabağ"ı tək qolla üstələdi VİDEO
-
20:49
Qurban Qurbanov: "Bu, onların haqqı idi”
-
20:24
Kurban Berdıyevdən qələbə şərhi
-
19:00
“Neftçi” - “Kəpəz”: Heyətlər açıqlandı
-
18:37
Riçarlison “Qalatasaray”a keçir?
-
18:03
BOS: "Borussiya"nın ittihamı əsassızdır, "Barselona" isə narahat olmaya bilər" FOTOLENT
-
17:45
“Barselona” daha 3 futbolçusu ilə müqavilə yeniləyəcək
-
17:23
Azərbaycanın tamblinq millisi ardıcıl üçüncü dəfə dünya çempionu olub
-
16:56
“Qarabağ” - “Turan Tovuz”: Heyətlər müəyyənləşdi
-
16:31
Emin Mahmudov: "Milli formanı geyindiyim ilk günü heç vaxt unutmayacağam"
-
16:19
I Liqa klubunda yeni prezident
-
16:00
PFL “Ayın qolu”nun müəllifini mükafatlandırdı
-
15:38
Azərbaycanla oyuna 15 nəfər çağırıldı
-
15:02
"Turan Tovuz"un legioneri milliyə dəvət alıb
-
14:44
Üzgüçülərimiz Belarusda 2 medal qazanıblar
-
14:27
Azərbaycan - Latviya oyununun hakimləri məlum oldu
-
13:53
Stolüstü tennisçilərimiz Avrasiya Liqasında III turun oyunlarına çıxacaqlar
-
13:35
AMADA "10ların təbəssümü" layihəsi çərçivəsində qazi övladları üçün Zəfər Günü tədbiri keçirib
-
13:19
AFFA 8 komandaya texniki məğlubiyyət verdi
-
12:41
Millimizə 27 futbolçu dəvət aldı
-
12:20
“Şahdağ Qusar”a texniki qələbə verildi
-
12:08
Emin Mahmudov millidəki karyerasını başa vurur
-
11:52
Zəfər Gününə həsr olunmuş bədii gimnastika yarışı keçiriləcək
-
11:34
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:17
Azərbaycanda çıxış etmiş moldovalı futbolçu vəfat edib
-
10:45
UEFA reytinqi: Azərbaycan mövqeyini qoruyur
-
10:23
Azərbaycan gimnastları dünya çempionatında mübarizəni davam etdirirlər
-
10:09
"Milan"dan gözlənilməz məğlubiyyət VİDEO
-
09:51
Cüdoçularımız Zaqrebdə Qran-pri turnirində iştirak
-
09:30
"Beşiktaş" "Seltik"ə uduzdu VİDEO
-
21:14
Abşeron Olimpiya İdman Kompleksində kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
-
20:59
“Şəfa”da qalmaqal: maaşını tələb etdi, “23”lükdən uzaqlaşdırıldı
-
20:30
"Neftçi" "Kəpəz"lə oyuna hazırdır FOTOLENT
-
19:22
Çempionlar Liqasında həftənin ən yaxşı kim seçildi?
-
18:07
Millimiz Çexiya ilə heç-heçə etdi
-
17:46
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
-
17:33
O da FİFA prezidentliyinə namizəd olacaq
-
16:15
"Zirə" "Qəbələ" ilə oyuna hazırlaşır FOTOLENT
-
15:51
Almaniya millisinin heyəti açıqlandı
-
15:24
Zəfər Günü münasibətilə Gəncədə veloyürüş keçirilib
-
14:48
"Kəpəz"in futbolçusu milliyə çağırıldı
-
14:32
Ronaldo Portuqaliya millisinə vida etdi
-
14:00
"Şəki"də yeni baş məşqçi
-
13:17
Anatoli Ponomaryov: “Avropada bu komandaya getmək istəyirəm” deməklə iş bitmir”
-
12:56
Azərbaycan şahmatçısı U-20 dünya çempionatında bürünc medal qazanıb
-
12:23
“Neftçi”nin legionerinə millidən dəvət
-
11:39
XI turun hakim təyinatları açıqlandı
06.11.2026
05.11.2026
























