Ölkə futbolu
Rüstəm Allahverdiyev: “Kluba sponsorların cəlb olunmasında “Neftçi TV” böyük rol oynayır”
Bu gün Azərbaycanda ilk klub televiziyası olan “Neftçi TV”nin 3 yaşı tamam olur.
Futbolxeber.az saytına müsahibəsində “Neftçi”nin Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Rüstəm Allahverdiyev ilk öncə kanalın yaranmasından danışıb: “2018-ci ildə belə bir fikrimiz var idi ki, ölkədə ilk klub televiziyasının əsasını qoyaq. Bu istiqamətdə işə başladıq. 2 il ərzində beynəlxalq təcrübəni öyrəndik. Həm Rusiya, həm də Türkiyə klubları ilə bu barədə danışıqlar apardıq. Onların iş sistemini öyrəndik. İlk növbədə işə hansı sistemdə başlamalı olduğumuzu bilməliydik. Çünki böyük bir maliyyəmiz yox idi. İşə kiçik büdcə ilə başlamalıydıq. Bu baxımdan vəziyyəti analiz elədik və bizə uyğun sistemi seçdik. Beləcə, 3 il bundan qabaq - 2020-ci ilin 20 iyulunda “Neftçi TV” ilk dəfə test yayımına başladı”.
Klub rəsmisi qeyd edib ki, geridə qalan 3 il ərzində “Neftçi TV” şərəfli yol keçib: “Bu 3 ilə baxdıqda deməzdim ki, asan dövr keçmişik. Müəyyən qədər çətinliklərimiz var idi. Geridə qalan müddətdə “Neftçi TV” şərəfli yol keçib. Heç kimin gözləmədiyi geridönüşlər etmişik. Çoxlarının sevimli kanalına çevrilməyi bacardıq. Daim izləyicilərin fikirlərini öyrənməyə çalışmışıq ki, səhvlərimizi bilək və onları maksimum aradan qaldıraq. Fəliyyətə kiçik kollektivlə başlamışdıq. Əslində, bu gün də kollektivimiz geniş deyil - 18 nəfərdən ibarətdi. Bu müddət ərzində tələbələrin “Neftçi TV”yə cəlb olunması, onların televiziya təcrübəsinin formalaşması bizim üçün əsas prioritetlərdən biri olub”.
R.Allahverdiyev qeyd edib ki, “Neftçi TV”nin əsas məqsədlərindən biri də uşaq futbolunun təbliğatıdı: “Bu gün “Neftçi TV” klubun gündəlik həyatında baş verənləri insanlara çatdırır. Uşaq futbolunun təbliğatında mühüm addımlar atırıq. Dünyanın bir çox yerlərindən canlı yayımlarımız olub. Valideynlər uşaq komandalarının ölkə xaricindəki oyunları məhz kanalımız vasitəsi ilə izləyirlər”.
“Neftçi”nin Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi vurğulayıb ki, bu gün artıq “Neftçi TV”nin bəzi yetirmələri digər kanallarda fəaliyyət göstərirlər: “3 il ərzində maddi-texniki bazamızı genişləndirmişik. Əməkdaşlarımız daha da püxtələşiblər. Bu gün bir çox televiziya kanallarında keçmiş “Neftçi TV” əməkdaşları da var. Onlar fəxrlə deyirlər ki, əmək fəaliyyətinə məhz “Neftçi TV”də başlayıblar”.
R.Allahverdiyev bildirib ki, kluba yeni sponsorların cəlb olunmasında “Neftçi TV”nin böyük rolu var: “Klub televiziyası kimi fəaliyyət göstərməkdə müəyyən çətinliklər var. Qısa müddət ərzində klubdan asılılığı aradan qaldırmalısan. Çünki bu, həm də biznes layihəsidi. “Neftçi”yə sponsorların cəlb olunmasında “Neftçi TV” böyük rol oynayır. Kanalı izləyəndə görə bilərsiz ki, bir çox sponsorlarımızın kontent məsələsini “Neftçi TV” həll edir.
O, kanalın fəaliyyətindəki çətinliklərdən də söz açıb: “Digər ölkələrdə klub təkcə futboldan ibarət deyil. Daha çox idman klubu sayılırlar. Bizdə isə ancaq futboldu. Kontent yalnız “Neftçi” və klub ətrafıdı. Bu səbəbdən də ortaya yaxşı iş qoymaq heç də asan deyil. Çox düşünməlisən, elə etməlisən ki, klub ideologiyasına uyğun fəaliyyət göstərəsən, ortaya qoyduğun iş azarkeşlər tərəfindən müsbət qarşılansın. Açıq deyim ki, azarkeşlər tərəfindən bəyənilməyən verilişlər də olub. Yaxud müəyyən elə verilişlər olub ki, bizim gözləntilərimizi qarşılamayıb. Amma ümumi götürdükdə, hesab edirəm ki, maraqlı kontentlərlə gözləntiləri qarşılaya bilmişik”.
Allahverdiyev rəqib kollektivlərin də klub televiziyasının olmasını arzulayır: “Çox istərdik ki, qısa müddət ərzində digər klublar da televiziya kanalını yaratsınlar. Bu, bizim üçün də mübarizə nöqtəsi olar. Kimlərləsə rəqabət apara bilərik. Bu gün biz məcburən özümüzü “CBC Sport”, yaxud “İdman TV” ilə müqayisə edirik”.
Təxminən 1 ay əvvəl Audiovizual Şura "Neftçi TV"yə yayım lisenziyası verib. Klub rəsmisi bununla bağlı gələcək planlarını da açıqlayıb: “Bayaq da qeyd etdiyim ki, işə başlamazdan öncə qonşu ölkələrin təcrübəsini öyrənməyə çalışdıq. Elə olub ki, illərlə fəaliyyət göstərən klub televiziyaları maddi çatışmazlıq üzündən ya bağlanıblar, ya da xərclərini azaldıblar. Buna görə hər şeyi ölçüb-biçmişdik. İlk hədəfimiz yutubda yayıma çıxmaq idi. Tələbat olacağı halda yayım lisenziyası almağı planlaşdırırdıq. 3 il ərzində gördük ki, tələbat var. Qanunvericilikdə müəyyən dəyişikliklər edilməsi işimizi asanlaşdırdı. Audivizual Şuraya müraciət etdik və 6 aydan sonra lisenziya aldıq. Bu günlərdə lisenziyanı götürəcəyik və bir çox kabel televiziyaları ilə danışıqlara başlayacağıq. “Neftçi TV” qısa müddətdə kabel televiziyasında yayıma çıxacaq”.
Rüstəm Allahverdiyev vurğulayıb ki, kabel televiziyası “Neftçi TV” üçün həm də əlavə məsuliyyətdi: “Bu, üzərimizə əlavə öhdəliklər qoyur. Çünki yutubda yayımlanarkən müəyyən səhvlər olurdu. Amma həmin xırda səhvləri kabel televiziyasına çıxdıqda təkrarlaya bilmərik, maksimum diqqətli olmalıyıq. Müəyyən qədər heyətimizi genişləndirməli və maddi-texniki bazamızı kabel platforma yayımçısının tələblərinə tam uyğunlaşdırmalıyıq. Ötən mövsüm əksər oyunları 1, tək-tük matçları 2, yaxud 3 kamera ilə yayımlayırdıq. Bu mövsümdən canlı yayımlayacağımız bütün qarşılaşmaları tamaşaçılara minimum 3 kamera ilə təqdim etmək istəyirik. Təbii ki, stadionların şəraiti də buna imkan verməlidi. Bir sözlə, kontentimizi genişləndirmək istəyirik. Ümid edirik ki, “Neftçi TV” bir marka olaraq hər kəsin sevdiyi, baxdığı bir televiziya kanalı olacaq”.
Fərəc ASLANOV
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- Maksimov məğlubiyyəti şərh etdi
- “Turan” “Mladost”u məğlub etdi
-
18:28
Xavi: “Almaniya ilə oyun bizim üçün ciddi test olacaq”
-
17:57
Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı start götürüb
-
17:12
Dadaşovun komandası 13 gün sonra yekunlaşan görüşdə qələbə qazandı
-
16:46
Basketbol millimiz İrlandiyaya uduzdu
-
16:35
“Şahdağ Qusar” “Şəfa”ya qalib gəldi
-
15:24
Region cüdoçuları üçün "Təhlükəsiz idman" mövzusunda maarifləndirici seminar keçirilib
-
15:03
“Turan Tovuz”un qapıçısından inamlı oyun, komandası finalda
-
14:19
Salah rekorda imza atdı
-
13:51
Rövşən Nəcəf millimizi təbrik etdi
-
12:48
“Mançester Yunayted” Poçettinonun təyinatı üçün 12 milyon dollar xərcləyib
-
12:27
"Neftçi"nin sabiq futbolçusu Braziliya klubunda
-
12:00
Mutsinzi və Mikels Malidə məyus oldular
-
11:32
İtaliya millisinin heyətində itki
-
11:16
Ronaldonun oğlu Portuqaliyanın U-17 millisində debüt etdi
-
10:54
Argentina öz meydanında Uruqvaya uduzdu VİDEO
-
10:25
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:03
Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi olub
-
09:41
Marandiçi yenə Pokatilov üzərində qələbəyə sevindi
-
09:19
Millimizin qələbəsi VİDEO
-
09:00
“Qarabağ”ın müdafiəçisi 90 dəqiqə meydanda oldu
-
02:27
Ayxan Abbasov: “90+6-cı dəqiqədə Emilə deyə bilmərik ki, oyunu tez başlat”
-
01:38
Millimiz Lixtenşteynə qalib gəldi
-
22:52
Lixtenşteyn - Azərbaycan: Heyətlər açıqlandı
-
20:35
Krivostyuk heyətdən çıxarıldı
-
19:41
PFL rəsmiləri Dünya Liqaları Assosiasiyasının illik konfransında iştirak ediblər
-
18:24
ABŞ-dən olan legioner Azərbaycan klubunda
-
18:00
Samir Abasov: “Görün, nə günə qalmışıq ki, artıq ümidimiz Lixtenşteynlə görüşədir"
-
17:37
Asim Xudiyev yeni təyinat alıb
-
16:53
I Liqa klubunda baş məşqçi istefası
-
16:18
Poçettino rəsmən “Mançester Yunayted”də
-
15:46
Azərbaycan Yeniyetmələrin Yay Olimpiya Oyunlarını altı medalla başa vurub
-
15:09
PFL daha 4 oyun oyun cədvəlini açıqladı
-
14:25
Fransa klubunda baş məşqçi istefası
-
13:52
Türkiyə millisinin heyətində itki
-
13:31
Avropa çempionatında 7 boksçumuz mübarizə aparacaq
-
13:14
Azərbaycan kubokunda 1/8 final oyunlarının vaxtı müəyyənləşdi
-
13:00
13-cü turun oyun cədvəli açıqlandı
-
12:43
Kaşuk: “Müəyyən vaxtda həqiqətən də klubumu dəyişmək barədə düşünürdüm”
-
12:27
Eduard Məmmədov 13-cü dəfə Avropa çempionu olub
-
11:58
Skaloninin müqaviləsi yeniləndi
-
11:36
Özbəkistan - Rusiya matçında 5 qol VİDEO
-
11:00
Elvin Camalov: “Milli komandadan əlimi üzməmişəm”
-
10:45
“Neftçi”nin yarımmüdafiəçisi 4 qollu qələbəyə sevindi
-
10:29
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:12
Dakar-2026: Azərbaycan millisi medal sıralamasında irəliləyib
-
09:54
Türkiyə Belçikaya uduzdu VİDEO
-
09:31
“Qarabağ”ın legionerindən millidə məhsuldar ötürmə
-
22:01
“Araz-Naxçıvan”ın sabiq çalışdırıcısının yeni klubu bilindi
-
21:33
Azərbaycan təmsilçisi tamblinq üzrə dünya çempionatında gümüş medal qazanıb
-
20:45
Cüdoçularımızın Qran-Pridəki ilk rəqibləri müəyyənləşib
14.11.2026
13.11.2026
12.11.2026
























