19 Yanvar 2026, Bazar ertəsi
"Araz-Naxçıvan"dan 4 qollu qələbə
“Turan Tovuz” ilk oyununda məğlub oldu
U-21 millimiz "Şamaxı"ya uduzdu
"Sumqayıt" "Osiyek"lə bacarmadı

Ölkə futbolu

"Sumqayıt" ECA-ya üzv seçilib

"Sumqayıt" Futbol Klubu Avropa Klublar Birliyinə (ECA) üzv seçilib.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə ECA-dan kluba rəsmi müraciət daxil olub. Bildirilib ki, klub Birliyin 2023-2027-ci il tsikli üçün Assosiativ üzvlüyünə qəbul olunub.

Həmçinin qeyd olunub ki, "Sumqayıt" FK qurumun sentyabrda baş tutacaq Baş Assambleyasına dəvət olunacaq. 

Məlumat üçün bildirək ki, Assosiativ üzvlərin ECA-nın Baş Assambleyasında iştirak etmək də daxil olmaqla, çox geniş hüquqları var. Onlar müxtəlif bölmələrə rəhbərlik üçün namizədlər irəli sürmək, səsvermələrdə iştirak etmək, həmçinin ECA-nın müxtəlif məşvərət orqanlarına (məsələn, İşçi qruplar) müraciət etmək hüququna malikdirlər.

Qeyd edək ki, 2008-ci ildən fəaliyyətə başlamış ECA UEFA və FIFA tərəfindən tanınan yeganə klublar birliyi platformasıdır. Birliyin hazırda 330 üzvü vardır ki, bu klublar UEFA-nın 55 futbol assosiasiyasının təmsilçiləridir.

Azərbaycan klublarından "Neftçi", "Qarabağ" və "Qəbələ" hazırda qurumun üzvləridir.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31