4 Avqust 2026, Çərşənbə axşamı
Şeydayevin yeni klubu müəyyənləşdi
“Sumqayıt”da braziliyalı hücumçu
“Zirə”də gözlənilməz ayrılıq
ÇL-də pley-offun püşkü atıldı

Ölkə futbolu

“Araz-Naxçıvan” bosniyalı qapıçı transfer etdi

Transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” bir müddətdir baxışda olan, “Turan Tovuz”la yoxlama oyununda da iştirak edən bosniya və herseqovinalı qapıçı ilə anlaşıb.

Futbolxeber.az saytına klubun mətbuat xidmətindən verilən məlumata görə, yeni mövsümdə komandanın qapısını Semir Bukviç qoruyacaq.

1.88 sm boya malik 32 yaşlı qapıçının sonuncu klubu vətənində “Sloboda Tuzla” olub. Əsasən Bosniya və Herseqovina klublarında çıxış edən qolkiper Polşada legioner həyatı yaşayıb. 

Qeyd edək ki, “Araz-Naxçıvan” buna qədər legionerlərdən portuqaliyalı Nuno Miguel və braziliyalı Vandersonla 1 illik müqavilə imzalayıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31