4 May 2026, Bazar ertəsi
"Sumqayıt"dan hakimlərə etiraz
“Kəpəz” və "İmişli" qalib gəldi
Azər Bağırovdan qələbə şərhi
Vernidub: “Bu oyun suyumu çıxardı”

Ölkə futbolu

"Neftçi" Matiası transfer edib?

ÇFR futbolçusu Yuri Matiası "Neftçi"yə satıb.
 
Futbolxeber.az saytının məlumatına görə, bu iddia ilə Ruminiyanın "Fanatik" nəşri çıxış edib.
 
28 yaşlı braziliyalı mərkəz müdafiəçisinin tezliklə "Neftçi" ilə rəsmi müqavilə imzalayacağı bildirilib.
 
Nəşrin yazdığına görə, bu transfer üçün "Neftçi" ÇFR-ə 400 min avro təzminat ödəyəcək. Sözügedən transfer "Neftçi"nin yeni baş məşqçisi Adrian Mutunun istəyi ilə həyata keçirilib.
 
Qeyd edək ki, artıq futbolçu Rumıniyanı tərk edərək Moskvaya yola düşüb. Hazırda "Neftçi" təlim-məşq toplanışı çərçivəsində bu şəhərdədir. Sabah onlar "Spartak"la yoxlama oyunu keçirəcək.
 
Xatırladaq ki, daha əvvəl ÇFR-in prezidenti Yuri Matiasa görə "Neftçi" ilə danışıqlar apardıqlarını təsdiqləmiş və 700 min avro təzminat tələb etdiklərini demişdi.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31