Ölkə futbolu
Şahin Diniyev: “Hələ yolun başlanğıcındayıq” (MÜSAHİBƏ)
“Səbail”in baş məşqçisi Şahin Diniyev Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində dünən “Ərzurumspor”u 4:3 hesabı ilə məğlub etdikləri oyundan sonra Futbolxeber.az saytına müsahibə verib.
- “Ərzurumspor”la oyunda sizi yaxşı mənada nə təəccübləndirdi?
- İlk oyun idi. Bu matça xüsusi hazırlaşmamışdıq. Hazırda əsas məqsədimiz burada, Ərzurumda dəniz səviyyəsindən 2 min metr yüksəklikdə komandanı funksional-fiziki hazırlamaqdı. Ona görə də komanda bugünkü matça (söhbət dünən olub - İ.C.) yorğun çıxmışdı. Üstəlik, əksər futbolçular ilk dəfə idi ki, biryerdə çıxış edirdilər. Əsas heyətdə 8 yeni futbolçu var idi. Təbii ki, belədə yüksək səviyyədə anlaşmadan söhbət gedə bilməz. Lakin futbolçular məni yaxşı mənada təəccübləndirdilər. Yorğunçuluğa baxmayaraq, 90 dəqiqə ərzində meydançada mübarizə aparmağı bacardılar. İstər topa nəzarət olsun, istər kombinasiyalı hücumların qurulmasında fəal iştirak etdilər. Həm də keyfiyyət baxımını da qeyd etmək lazımdır. İrəlidə məhz keyfiyyətli futbol sərgiləməyə çalışırıq. Təbii ki, bu da komandaya qoşulan yeni transferlərin oyunundan asılıdı. Bunun fonunda yerli futbolçular da çox artırıblar.
- Çox qol vurmağınız sizi daha çox sevindirir, yoxsa çox qol buraxmağınız daha çox narahat edir?
- Qələbəyə baxmayaraq, indiki məqamda müsbət və ya mənfi fikir bildirmək üçün tezdi. Hazırda fikrimiz işimizi görmək, burdakı planlarımızı həyata keçirməkdi. Bakıya qayıtdıqdan sonra isə taktiki-texniki sistem üzərində işləyəcəyik.
- Bu gedişatla tam hazır, istədiyiniz “Səbail”i nə vaxt görə biləcəyik?
- Onu deyə bilərəm ki, yaxşı komanda formalaşdırmaq üçün əlimizdə yaxşı heyət var. İnkişaf etmək üçün, daha irəli getmək üçün çox çalışmaq lazımdı. Hələ yolun başlanğıcındayıq.
- Transferlərlə bağlı nə yenilik var? Bildiyimiz qədər braziliyalı müdafiəçi düşərgəyə qoşulsa da, zədə səbəbindən onu geri qaytarmısız...
- Bəli, dünən heyətimizdə görmək istədiyimiz futbolçulardan biri gəldi. Braziliyalı müdafiəçi çox səviyyəli futbolçu olsa da, xroniki zədəsi olduğu aşkarlandı. Bilirsiniz ki, peşəkar klub olaraq biz heyətimizə qatmaq istədiyimiz futbolçunu ilk növbədə tam müayinədən keçiririk. Müayinə zamanı məlum oldu ki, xroniki zədəsi var və bu səbəbdən də onu götürmədik. 2-3 məşqdən və yaxud 1-2 oyundan sonra bizə xeyir verməyəcəksə, onu heyətə qatmaq mənasız olardı. Düşünürəm ki, bundan hər ikimiz udduq.
- Yəqin ki, düşərgəyə yeni qoşulan legionerlər olacaq.
- Bəli, gözləyirik. Lakin indidən ad açıqlaya bilmərəm. Keçən dəfə də dediyim kimi, müqavilə imzalamamışdan öncə ad açıqlayan kimi ortaya problemlər çıxır.
İbrahim CƏFƏROV
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” "Zirə”yə qalib gəldi
- “Qarabağ” çempion olmaq istəyir”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Kandido: “Qələbəyə layiq idik”
- U-20 millimiz Moldovaya uduzdu
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Millimiz Litvanı tək qolla məğlub etdi
- “Qəbələ” yaponlara məğlub oldu
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
18:29
Azərbaycan Premyer Liqasında oktyabr ayının TOP-5 qolu VİDEO
-
18:00
Sumqayıtda heyətlər açıqlandı
-
17:35
"Neftçi"də bərpa rejimi FOTOLENT
-
17:13
“Qalatasaray”ın yarımmüdafiəçisi İngiltərə klublarının hədəfində
-
16:47
“Napoli”də ciddi itki
-
16:21
Voleybol yığmalarımız Avropa çempionatının təsnifat mərhələsində çıxış edəcəklər
-
15:52
Azərbaycanda 8-ci dəfə məktəblilər üçün "Üzməyi öyrənək" layihəsi keçiriləcək
-
15:38
Çerçesov Moskva klubunda?
-
15:14
Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 3 qızıl medal qazanıblar
-
14:46
Konkur üzrə Azərbaycan çempionatı keçiriləcək
-
14:29
Bakıda karate üzrə "Zəfər Kuboku" keçirilib
-
14:00
Ayman Bouali: “Şahin Diniyev məni “Qalatasaray”la oyunda bəyənmişdi”
-
13:35
“Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
-
13:13
“Sportinq”i o çalışdıra bilər
-
12:57
Azərbaycan Avropa çempionatında 40 şahmatçı ilə təmsil olunacaq
-
12:41
Millimiz Avropa çempionatına Türkiyə boksçuları ilə birgə hazırlaşır
-
12:22
Kamal Umudlu "Vilyarreal" - PSJ oyununda
-
12:08
UEFA-dan Babək Quliyevə yeni təyinat
-
11:54
"Latsio" liderliyini davam etdirir VİDEO
-
11:36
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:19
"trabzonspor"un qələbəsi VİDEO
-
11:00
Respublika Velotrekində tələbələr üçün maarifləndirici və idman tədbirləri keçirilib
-
10:45
"Yuventus" "Napoli"ni məğlub etdi VİDEO
-
10:27
Yunuszadənin komandasından mövsümdə ilk qələbə
-
10:13
"Beşiktaş" qələbəni əldən verdi VİDEO
-
09:58
“Neftçi”nin futbolçusu: “Messinin vida oyununda iştirak etmək mənim üçün tarixi an idi”
-
09:42
"Real" 3 xalı 3 qolla qazandı VİDEO
-
09:31
Zamiq oynadı, komandası səfərdə sevindi
-
09:14
"Arsenal" səfərdə "Liverpul"a qalib gəldi VİDEO
-
09:00
"Sumqayıt" autsayderə qarşı
-
20:57
"Dakar-2026": Azərbaycan cüdoçusu qızıl medal qazanıb
-
19:24
“Neftçi” liderliyi ələ keçirdi
-
19:00
"Neftçi" 3 xalı 3 qolla qazandı VİDEO
-
17:43
Azər Bağırov: "Daha güclü olmalıyıq”
-
17:26
Yuri Vernidubdan qələbə şərhi
-
16:18
Şahmatın rapid və blits növləri üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
-
15:55
"Qələbə qaçışı" 2 mindən çox insanı bir araya gətirib
-
15:39
Elxan Səmədov “Neftçi”nin futbolçusunu mükafatlandırdı
-
14:41
“Şamaxı” - “Neftçi”: Heyətlər açıqlandı
-
14:02
"Barselona"dan darmadağın VİDEO
-
13:14
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:57
Murad Məmmədov üçün 17 dəqiqə
-
12:23
“Bavariya” - “Borussiya” matçında qalib aşkarlanmadı VİDEO
-
12:00
Cəlal “fərqləndi”, “Petrolul” heç-heçə etdi
-
11:36
“Roma”dan 5 qollu qələbə VİDEO
-
11:18
Azərbaycanın daha iki cüdoçusu Avropa çempionu olub
-
10:45
"Mançester Siti" öz meydanında uduzdu VİDEO
-
10:22
Toraldan qol ötürməsi, "Bursaspor"dan qələbə
-
10:09
Derbini "Milan" qazandı VİDEO
-
09:54
Rüfət oynadı, komandası heç-heçə etdi
02.11.2026
01.11.2026
Arxiv
| Noyabr 2026 |
| B.e | Ç.a | Ç | C.a | C | Ş | B |
| 01 | ||||||
| 02 | 03 | 04 | 05 | 06 | 07 | 08 |
| 09 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 |
























