7 Avqust 2026, Cümə
“Qarabağ” “Dinamo”ya məğlub oldu
"Qarabağ" Polşaya yollandı
Azərbaycan II Liqasının püşk atıldı
"Sumqayıt"da braziliyalı yarımmüdafiəçi

Ölkə futbolu

"Qarabağ"a qalib gələ bilərik, biz "Lex"dən fərqliyik"

"Azərbaycanlılar haqqında deyirlər ki, onlar Polşa təmsilçilərinə qarşı həmişə üstün olublar. Amma məncə, onlar qalib gələ biləcəyimiz komandadır".
 
Futbolxeber.az saytının məlumatına görə, bunu Polşanın "Rakuv" komandasının futbolçusu Fabian Pyasetski UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki mümkün rəqibləri olan "Qarabağ" haqqında "Przegladsportowy" nəşrinə müsahibəsində deyib.
 
28 yaşlı hücumçu bir il əvvəl "köhlən atlar"ın "Lex"ə qalib gəldiyini xatırladıb: "Amma indi biz həmin vaxtkı Poznan klubundan fərqli yerdəyik. Oxşarlıq o ola bilər ki, məşqçimiz dəyişib, lakin fəlsəfəmiz eyni qalır. David Szvarqa hamımızı tanıyır. Bizdən nə gözlədiyini bilir. Bu isə əlavə üstünlüyümüzdür. Ancaq əvvəlcə I təsnifat mərhələsindəki rəqibimiz "Flora"ya (Estoniya) diqqət yetirməliyik".
 
Qeyd edək ki, "Qarabağ" bu gün Bakı vaxtı ilə saat 19:30-da Cəbəllütariqdə “Linkoln”un qonağı olacaq. Cütün qalibi II təsnifat mərhələsində “Rakuv” (Polşa) - “Flora” (Estoniya) duelinin güclüsü ilə görüşəcək. Bu cütün ilk qarşılaşması isə Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31