2 Noyabr 2026, Bazar ertəsi
“Neftçi” liderliyi ələ keçirdi
Yuri Vernidubdan qələbə şərhi
Bekiri: "1 xal qazanmağa layiq idik"
Qurbanov: “Yüz faiz cəzalanacaqlar”

Ölkə futbolu

“Səbail” bir hücumçu və bir də müdafiəçinin yolunu gözləyir

“Müdafiəçimiz Vüqar Həsənov zədəlidi. Bu səbəbdən də komanda ilə birgə Ərzuruma təlim-məşq toplanışına getməyəcək”.

Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Səbail”in baş məşqçisi Şahin Diniyev deyib.

Təcrübəli mütəxəssis qeyd edib ki, çempionatın startına kimi heyəti 3 legionerlə gücləndirməyi planlaşdırırlar: “Ərzurumda bir hücumçu, bir də stoper gözləyirik. Onlar komandaya Türkiyədə qoşulacaqlar. Daha bir legionerə baxacağıq ki, harda "axsayan" yerimiz var. Üç legioner götürmək limitimiz var. Dediyim kimi, ikisi Ərzuruma gələcək. Hal-hazırda danışıqlar gedir, həll olunmaq üzrədi. Amma adlarını deməyəcəm”.

Diniyev komandaya qoşulması gözlənilən legionerlərin kimliklərini açıqlamamasının səbəbini belə izah edib: “Ad deyəndən sonra futbolçu gəlmir. Adı çıxan kimi ona zəng edirlər ki, sənə 3-5 min verirlər, mən isə 15 minlik komanda tapmışam, gözlə bir həftə. Ordan bizə cavab gəlir ki, qoy, fikirləşim. Başıma gəlib”.

FƏRƏC

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30