11 Avqust 2026, Çərşənbə axşamı
Namiq Ələsgərov “Kəpəz”də
Boyan Letiç "Araz-Naxçıvan"da
Nəriman rəsmən “Erzurumspor”da
“Sumqayıt” Qətər klubu ilə heç-heçə etdi

Ölkə futbolu

“Zaur Axundovla işləmək hər məşqçi üçün rahatdı”

"Araz Naxçıvan”ın baş məşqçisi Azər Bağırov AFFA İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundovun Naxçıvan klubunun rəhbəri olacağı barədə yayılan xəbərlərə münasibət bildirib.

Futbolxeber.az saytına müsahibəsində Azər Bağırov Axundovun iş prinsipinə bələd olduğunu vurğulayıb:

“Bu barədə məlumatım yoxdu. Belə bir təyinat olarsa, buna yalnız sevinə bilərəm. Çünki Zaur müəllimin iş prinsipinə bələdəm. Vaxtı ilə “Keşlə”də mən köməkçi məşqçi, o isə klubun prezidenti idi. Zaur müəllimlə çox yaxşı münasibətimiz var. Hər zaman hörmətlə yanaşmışam. Zaur Axundovla işləmək hər məşqçi üçün, hər işçi üçün rahatdı. Çünki bu halda sözü demək və yerinə yetirmək iqtidarında olursan. Onun “Araz Naxçıvan”a gəlişi çox yaxşı olardı”.

FƏRƏC

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31