14 Avqust 2026, Cümə
“Tvente” “Qarabağ”a rəqib oldu
“Qarabağ” pley-offa yüksəldi
Ronaldo daha 2 il “Sumqayıt”da
"Sumqayıt"dan növbəti transfer

Ölkə futbolu

“Neftçi”nin qapıçısı xəstəxanadan buraxıldı

“Zenit”lə oyunda (1:3) xəsarət alan “Neftçi”nin qapıçısı Aqil Məmmədov xəstəxanadan buraxılıb.

Futbolxeber.az saytının məlumatına görə, bu haqda “ağ-qaralar”ın Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Rüstəm Allahverdiyev bildirib.

“Sport Ekspress”ə danışan klub rəsmisi qeyd edib ki, 34 yaşlı qolkiper hazırda özünü yaxşı hiss edir:

“Məmmədovun vəziyyəti yaxşıdı. O, artıq xəstəxanadan buraxılıb. Hazırda özünü yaxşı hiss edir. Bir neçə gün istirahət etdikdən sonra məşqlərə başlayacaq”.

Xatırladaq ki, “Matç TV Kuboku” çərçivəsində iyulun 1-də “Qazprom Arena”da keçirilmiş “Zenit” - “Neftçi” matçının sonlarında Aqil Məmmədov epiqastral nahiyəyə kəskin zərbə aldığından dərhal xəstəxanaya aparılmışdı.

Futbolxeber.az-ın teleqram kanalına abunə olun 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31