8 Oktyabr 2026, Cümə axşamı
Millimiz FİFA reytinqində gerilədi
U-21 millimiz Cəbəllütariqə qalib gəldi
U-20 yığmamız Yaponiyanı məğlub etdi
Sefasın durumu nə yerdədir?

Ölkə futbolu

"Sabah" mərakeşli müdafiəçi transfer etdi

Mövsümlərarası transfer çalışmalarını davam etdirən “Sabah” ilk əcnəbi transferini edib.
 
Futbolxeber.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, mərakeşli müdafiəçi Sofian Çakla Premyer Liqanın gümüş mükafatçısı ilə anlaşıb.
 
29 yaşlı oyunçu yeni komandası ilə 2 illik müqavilə bağlayıb. Çakla “Sabah”da 44 nömrəli formanı geyinəcək.
 
Qeyd edək ki Sofian Çakla karyerası ərzində İspaniyanın “Malaqa B” (2012-2014), “Betis B” (2014), “La Roda” (2015-16), “El Ejido” (2016-2017), “Almeria B” (2017-2018), “Melilya” (2018-2019), “Vilyarreal B” (2019-2020), “Vilyarreal” (2020-2021), “Xetafe” (2021), “Ponferradina” (2023), Macarıstanın “Videoton” (2014-2015) və Belçikanın “Leuven” (2021-2022) klublarında çıxış edib. O, Mərakeş millisində 4 oyun keçirib.
 
Futbolxeber.az-ın teleqram kanalına abunə olun 
 
 
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31