7 Oktyabr 2026, Çərşənbə
U-21 millimiz Cəbəllütariqə qalib gəldi
U-20 yığmamız Yaponiyanı məğlub etdi
Sefasın durumu nə yerdədir?
Millimiz Litvanı tək qolla məğlub etdi

Ölkə futbolu

"Qəbələ" ardıcıl 6-cı dəfə Gənclər Liqasının qalibi oldu

“Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası Azərbaycan çempionu olub.

Futbolxeber.az saytının məlumatına görə, “qırmızı-qaralar” Gənclər Liqasının sonuna bir tur qalmış qızıl medalları təmin edib. Zaur Hacıyevin baş məşqçisi olduğu komanda çempionluğu “Turan Tovuz”la səfər görüşündə rəsmiləşdirib.

2:0 hesabı ilə qalib gələn “Qəbələ” ən yaxın izləyiciləri üçün əlçatmaz olub. “Şamaxı” ilə son matç ərəfəsində 5 xallıq üstünlüyə malik komanda bununla da UEFA Gənclər Liqasında oynamaq hüququ qazanıb.

“Qırmızı-qaralar” ardıcıl 6-cı, son 8 ildə 7-ci dəfə yarışın qalibi olub. Ümumilikdə isə “Qəbələ” Gənclər Liqasının 8 qat çempionudur. Komanda 2012/13, 2015/16, 2017/18, 2018/19, 2019/20, 2020/21, 2021/22 və 2022/23 mövsümlərində də qızıl medallara sahib çıxıb.

Futbolxeber.az-ın teleqram kanalına abunə olun 

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31