Ölkə futbolu
Rəşad Sadıqov: "Bu, mənim razılığımla olan məsələ deyildi"
Rəşad Sadıqov:
"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov jurnalistlərə müsahibə verib. Futbolxeber.az saytının məlumatına görə, o, komandasının transfer siyasətindən, "Zirə"nin yeni mövsümdəki hədəflərindən, eləcə də Premyer Liqada komanda sayının dəyişməz qalmasından danışıb.
- Mövsüm başa çatdıqdan sonra "Zirə" xeyli futbolçu ilə vidalaşdı. Demək olar ki, həmin oyunçulardan narazı qaldığınız üçün yolları ayırdınız?
- Futbolda çox nadir hallarda olur ki, hansısa məşqçi və ya futbolçu bir komandada uzun illər çıxış edir. Yerdəyişmələr bəzən xeyirli, faydalı olur. İstər məşqçi, istərsə də futbolçu baxımdan. Çox sayda futbolçu ilə yollarımızı ayırırıqsa, bu o demək deyil ki, onların çıxışından narazıyıq. Ya da hansısa problem var. Elə futbolçu var ki, daha çox oynamaq istəyir, eləsi var ki, heç oynamayıb və düşünür ki, başqa komandada daha çox oynayar. Bütün futbolçularla qarşılıqlı razılıq şəkildə, bir-birimizlə halallaşaraq yollarımızı ayırmışıq. Bu mövsüm "Zirə"də müəyyən dəyişiklik etmək istəyirəm. Nə dərəcədə alınacağını zaman göstərəcək. Seleksiya çox ağır məsələdir. Çoxsaylı dəyişikliyə getmişik. Bilirik ki, işimiz çox çətindir. Amma çalışacağıq ki, öhdəsindən gələk.
- Hamidu Keytanı "Qarabağ" yox, başqa klub istəsəydi, gedişinə razılaşardınız?
- Bu, mənim razılığımla olan məsələ deyildi. Məndən asılı olsaydı, Keytanın gedişinə razı olmazdım. Onun müqaviləsi bitmişdi, çoxsaylı təklifləri var idi. İstər bizim çempionatdan, istərsə də, başqa ölkə klublarından. Belə olan halda, rəqabətdə məcbur idik geri çəkilək, uğurlar arzulayaraq. Onun da seçimi "Qarabağ" oldu. Düşünürəm ki, orada karyerasını daha da inkişaf etdirəcək, daha da yaxşı çıxış edəcək.
- Yeni mövsümdə "Zirə"də əsas nələri dəyişmək istərdiniz?
- Heyətdən çox oyunçu gedib. O sayda olmasa da, ən azından 7-8 transfer etməyi planlaşdırırıq. Müəyyən razılıq əldə etdiyimiz futbolçular var. Rəsmi şəkildə də, onları açıqlayacağıq. Danışıqlar da gedir. Bu yöndə ciddi rejimdə çalışırıq. Asan olmayacaq, əlimizdən gələni edəcəyik ki, yaxşı komanda formalaşdıraq.
- "Zirə"nin qarşıdakı mövsümdə əsas hədəfi nə olacaq?
- Ən azından avrokuboklar uğrunda mübarizə aparacağıq. Rəhbərlik də, mən də ambisiyalı insanlarıq. Yeni mövsümdə uğurlu nəticə qazanmaq istəyirik. Ondan sonra üçüncülük, ikincilik, titul, kubok qazanmaq. Çempionluq uğrunda mübarizə aparmağa gəldikdə, "Qarabağ"ın özündən çox şey asılıdır. Onlar əgər optimal formada oldularsa, çempionluq uğrunda rəqabət aparmaq çətindir. Təbii ki, çempionluq uğrunda rəqabəti "Sabah" və "Neftçi" komandaları aparacaqlar. Biz, "Qəbələ", "Turan Tovuz", "Səbail" daha çox üçlük, titul qazanmaq uğrunda mübarizə aparacağıq.
- Qarşıdakı müddət istədiyiniz heyəti formalaşdırmağa kifayət edəcək?
- Bilirəm ki, risk etmişəm və mən də hansı yükün altına girdiyimi anlayıram. Sadəcə olaraq, buna ehtiyac olduğunu görürdüm. Müəyyən dəyişikliklərə gedilməliydi, bunu etməliydim.
- Artıq "Zirə"də üçüncü mövsümünüzü başa vurdunuz. Bu müddətdə avrokuboklara fa yüksəldiniz, kubokda final da oynadız. Necə düşünürsüz, geridə qalan üç ildə transfer siyasətində hər hansı səhv, yalnışlıq olub?
- Təbii ki olub. Çempion olsaydıq belə, transfer siyasətində yanlışlıq qaçılmazdı. Sadəcə nəticə olanda, həmin yanlışlıqlar ört-basır olur, gözə görünmür. Nəticə olmadıqda, qabarıq şəkildə görünür. Geridə qalan mövsümdə bir çox futbolçunu son anda transfer etmişik. Transferdən anlayan insanlar bilir ki, son anda məcburiyyət zamanı hansı oyunçular cəlb edilir. Yayda transfer dönəmində uğursuz olduq. Qışda daha çox istədiyim oyunçular komandaya qoşuldu, nəinki yayda. "Makkabi" ilə oyunlarda bir dəyişikliklə meydana çıxmışdıq. Güclənə bilmədik.
İbrahim CƏFƏROV
Futbolxeber.az-ın teleqram kanalına abunə olun
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- "Sumqayıt"ın qələbə həsrəti bitdi
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- “İmişli”də baş məşqçi istefası
- Kurban Berdiyev: “Bu sualı niyə mənə verirsiniz?”
-
13:00
"Yuventus"dan xal itkisi VİDEO
-
12:42
Renat Dadaşov yenə oynamadı
-
12:27
"Milan"ın qələbəsi VİDEO
-
12:06
Zamiq darmadağını kənardan izlədi
-
11:54
200-cü heç-heçə
-
11:38
"İnter" "Komo"ya şans tanımadı VİDEO
-
11:13
Murad Məmmədov üçün 31 dəqiqə
-
10:45
"Çelsi" autsayderə uduzdu VİDEO
-
10:21
Mahirdən qol ötürməsi, “Rakuv”dan qələbə
-
10:09
"Liverpul" qələnə həsrətinə son qoydu VİDEO
-
09:52
Nəriman yenə ehtiyatda qaldı
-
09:30
"Barselona"dan əzmkar qələbə VİDEO
-
21:42
Millimiz Latviyaya məğlub oldu
-
20:49
"Şamaxı"dan əzmkar heç-heçə VİDEO
-
20:11
“Çempionatın ən gənc komandasıyıq”
-
19:26
“Şamaxı" və "Sumqayıt"dan xal itkisi
-
19:00
“Araz-Naxçıvan”ın futbolçusu üçün yubiley
-
18:37
"Sumqayıt" səfərdən 1 xalla qayıtdı VİDEO
-
18:16
Filipe Kandido: “Rəqibdən yaxşı oynadıq, amma bu, qələbə üçün kifayət etmədi”
-
15:43
Şahrudin Məhəmmədəliyev 100-ə çatdı
-
14:28
Azərbaycanın kayak və kanoeçiləri beynəlxalq yarışın mükafatçıları olublar
-
14:05
“Qarabağ” antirekordun bir addımlığında: 15 mövsümdə ilk dəfə
-
13:32
Azərbaycan Premyer Liqasında son 4 mövsümün antirekordu
-
13:14
“Qarabağ” üzərində qələbə bizə əlavə motivasiya verir”
-
12:59
"Roma" 3 xalı 3 qolla qazandı VİDEO
-
12:41
“Traktor” evdə qalib gəldi
-
12:27
"Tottenhem" səfərdə xalsız qaldı VİDEO
-
12:00
“Qəbələ”nin futbolçusu: “Millidə oynamaq hər bir futbolçu üçün şərəfdir”
-
11:36
"Arsenal"dan çətin qələbə VİDEO
-
11:13
Millimizin üzvü oynamadı, komandası xalsız qaldı
-
10:58
PFL-dən “Zəfər Günü” süjeti: “Futbol döyüş yorğunluğumuzu çıxarmaq üçün yaxşı vasitə idi” VİDEO
-
10:45
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:22
"Qalatasaray"ın oyununda 7 qol vuruldu VİDEO
-
10:09
Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
-
09:54
"Bavariya" səfərdə sevindi VİDEO
-
09:31
Rüfət oynadı, komandası qalib gəldi
-
09:17
"Mançester Siti" uduzdu VİDEO
-
09:00
Azərbaycan Zəfər Gününü qeyd edir
-
21:55
Zirədə 3 qol vuruldu VİDEO
-
21:37
Sadıqov: "Önəmli 3 xal qazandıq"
-
21:14
Yeton Bekiri: “Zamanımız var"
-
20:28
“Zirə” “Qəbələ”yə qalib gəldi
-
16:06
"Kəpəz" milli fasilə zamanı yoxlama oyunu keçirəcək
-
15:43
Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı keçiriləcək
-
15:12
U-21 millimizin heyəti açıqlandı
-
14:51
Danimarkalı vinger “Arsenal” və PSJ-nin hədəfində
-
13:39
Tofiq Əliyev dünya çempionatının gümüş mükafatçısı olub
-
13:25
Emin Mahmudov: “O qol heç vaxt yaddan çıxmayacaq"
-
13:00
Azərbaycanın batut gimnastları dünya çempionatında gümüş medal qazanıblar
-
12:48
NTD-dən növbəti transfer
09.11.2026
08.11.2026
07.11.2026
























