3 Avqust 2026, Bazar ertəsi
“Zirə”də gözlənilməz ayrılıq
ÇL-də pley-offun püşkü atıldı
"Qarabağ" ciddi itki ilə üzləşdi
"Qəbələ"də braziliyalı qapıçı

Ölkə futbolu

"Qəbələ" Türkiyədə 3 yoxlama oyunu keçirəcək

“Qəbələ”nin 2023/24 mövsümünə hazırlıq planı müəyyənləşib.

Futbolxeber.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, “qırmızı-qaralar” iyunun 24-də Qəbələdə bir araya gələcəklər. İyulun 8-dək davam edəcək hazırlıq prosesinin ilk mərhələsində 1 yoxlama oyununun keçirilməsi nəzərdə tutulub.

“Qəbələ” toplanışın 2-ci mərhələsini gerçəkləşdirmək üçün iyulun 10-da Türkiyəyə yollanacaq. Komanda Boluda məskunlaşacaq. Qonşu ölkədə 3 yoxlama görüşü təşkil olunacaq. Bu qarşılaşmalar ayın 12-də, 15-də və 19-da baş tutacaq.

“Qəbələ”nin Türkiyə toplanışının müddəti UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin iyunun 21-də keçiriləcək püşkatmasından sonra dəqiqləşəcək. Əgər “qırmızı-qaralar” ilk oyununu səfərdə keçirməli olsa, görüşə Boludan yollanacaq. Avrokubok mövsümü ev matçı ilə başlasa, “Qəbələ” iyulun 20-də vətənə qayıdacaq və hazırlıqları ölkəmizdə yekunlaşdıracaq.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31