8 Avqust 2026, Şənbə
Nəriman rəsmən “Erzurumspor”da
“Sumqayıt” Qətər klubu ilə heç-heçə etdi
“Zirə” Namik Ələsgərovla yolları ayırdı
“Qarabağ” “Dinamo”ya məğlub oldu

Ölkə futbolu

Elmar Məmmədyarov: “Razılığa gəldik ki, Füzuli və Cəbrayılda komanda yaradılsın”

“İcraiyyə Komitəsinin iclası əla keçdi. Bir azdan bu barədə ətraflı məlumat veriləcək”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri AFFA İcraiyyə Komitəsinin üzvü Elmar Məmmədyarov komitənin iclasından sonra jurnalislərə açıqlamasında deyib.

O bildirib ki, işğaldan azad olunmuş ərazilərdə futbolun inkişaf etdirilməsi ilə bağlı proqram hazırlanacaq:  

“İclasda bir çox məsələlər müzakirə olundu. İlk növbədə mənim üçün xoşagələn məqam işğaldan azad olunmuş ərazilərdə futbolun necə inkişaf etdirilməsi barədə aparılan müzakirələr idi. Asrtıq razılığa gəlmişik ki, Füzuli və Cəbrayılda komanda yaradılsın. İşğaldan azad olunmuş ərazilər minadan tam təmizləndikdən sonra, məcburi köçkünlər doğma yurdlarına qayıtdıqdan sonra Zəngilanda da, Kəlcəbərdə də, Laçında da futbol klubları yaradılacaq. İşğaldan azad olunmuş ərazilərdə futbolun inkişaf etdirilməsi ilə bağlı AFFA-ya tapşırıq verilib”.

  

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31