28 Aprel 2024, Bazar günü
32-ci turun hakim təyinatları
İnfantino "Qarabağ"ı təbrik edib
Millimiz Monteneqronu məğlub edib
Hidayətdən 4-cü Avropa çempionluğu

Ölkə futbolu

Mahir Emreli: “Estoniya ilə oyunda məqsədimiz 3 xal qazanmaqdır”

“Karyera baxımından ağır mövsüm keçirdim”.

Futbolxeber.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin futbolçusu Mahir Emreli Estoniyaya qarşı keçiriləcək AVRO-2024-ün seçmə mərhələ oyunu öncəsi mətbuat konfransında deyib.

26 yaşlı hücumçu görüşün baş tutacağı “Dalğa Arena”dakı tədbirdə meydana qələbə üçün çıxacaqlarını bildirib: “Geridə qalan mövsümün ikinci dövrəsində bir qədər toparlandım. Son görüşdəki nəticədən sonra bura daha yaxşı əhvali-ruhiyyədə gəldim. Klubda nə baş verməsindən asılı olmayaraq, milliyə yüksək ab-havada gəlməlisən. Komandamın sabah uğurlu çıxışı üçün əlimdən gələni edəcəyəm. Məqsədimiz 3 xal qazanaraq, azarkeşləri sevindirməkdir”.

Qeyd edək ki, iyunun 17-də keçiriləcək Azərbaycan - Estoniya matçı saat 20:00-da başlayacaq (“Report”).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30