Ölkə futbolu
Çempionlar Liqasında yeni mövsümdə hansı klublar mübarizə aparacaq?
Avropanın ən nüfuzlu klub turniri olan Çempionlar Liqasında növbəti, 2023/24 mövsümündə mübarizə aparacaq klubların bir çoxunun adı artıq məlumdur.
Futbolxeber.az saytının məlumatına görə, yeni mövsümdə İspaniya turnirdə 5 klubla təmsil olunacaq. “Barselona”, “Real”, “Atletiko” və “Real Soseydad” La Liqada ilk dördlüyə düşməklə ÇL-ə vəsiqə qazanıb. “Sevilya” isə bu hüquqa növbəti dəfə Avroliqanın qalibi olmaqla yiyələnib.
Çempionlar Liqasının son qalibi “Mançester Siti”, “şəhərlilərin” əzəli rəqibi “Mançester Yunayted”, müəyyən fasilədən sonra turnirə vəsiqə qazanan Mikel Artetanın “Arsenal”ı və bu mövsüm Premyer Liqada inamlı çıxışı çoxlarını müsbət mənada təəccübləndirən “Nyukasl” qitənin 1 nömrəli klub turnirində İngiltərəni təmsil edəcəklər.
Bundesliqanın təmsilçilərinə gəldikdə, “Bavariya”, Dortmund “Borussiya”sı və “Leypsiq”i son illər ÇL-də görməyə alışmışıq. Almaniyadan 4-cü vəsiqə isə ildən-ilə inkişaf edən “Union Berlin”ə qismət olub.
Bu mövsüm Avrokubokların hər 3 finalında təmsil olunmasına baxmayaraq, yekunda titulsuz qalan İtaliyanı növbəti mövsüm qitənin 1 nömrəli klub turnirində ÇL-in son yarımfinalçıları “Milan” və “İnter”, A seriyasında çempionluq həsrətinə son qoyan “Napoli” və paxtaxt təmsilçisi “Latsio” təmsil edəcək.
Digər “böyük beşlik” ölkələrindən fərqli olaraq Fransa liqasından yalnız ilk 2 yerin sahibi birbaşa qrup mərhələsinə vəsiqə qazanır. Bu yerlərə isə çempion PSJ ilə süpriz şəkildə Liqa 1-də gümüş medallara sahib çıxan “Lans”a qismət olub. Fransa kimi, Portuqaliyanın da 2 klubu ÇL-də mübarizəyə birbaşa qrup mərhələsindən start verəcək. Bu kollektivlər isə çempion “Benfika” və 2-ci pillənin sahibi “Portu”du. Yuxarıda adını çəkdiyimiz 21 klubla yanaşı, Niderland çempionu “Feyenord”, Ukrayna birinciliyinin qalibi “Şaxtyor”, Serbiya birinciliyinin qalibi “Srvena Zvezda”, Avstriyada son illərin dəyişməz çempionu “Zalsburq” və Şotlandiya Premyer Liqasında qarşısıalınmaz təsir bağışlayan “Seltik” də qitənin ən güclüsü adı uğrunda mübarizəyə qrup mərhələsindən start verəcəklər.
Göründüyü kimi, 2023/24 mövsümündə UEFA Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparacaq 32 klubdan 26-nın adı artıq məlumdu. Son 6 vəsiqənin sahibinin adına isə keçiriləcək təsnifat və pley-off mərhələsinin oyunlarından sonra aydınlıq gələcək. Bu 6 vəsiqə uğrunda mübarizə aparacaq kollektivlər arasında isə Azərbaycan çempionu “Qarabağ” da var. Ümid edək ki, Ağdam təmsilçisi son 6 xoşbəxt klub sırasında yer almağı bacaracaq.
Üzeyir XƏLİLOV
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- VII turun hakim təyinatları
- Fətiyev bürünc medal qazandı
- “Səbail” qələbəni əldən verdi
- Asif Məmmədovdan 18 ilin rekordu
- "Sumqayıt"ın qələbə həsrəti bitdi
-
14:44
Üzgüçülərimiz Belarusda 2 medal qazanıblar
-
14:27
Azərbaycan - Latviya oyununun hakimləri məlum oldu
-
13:53
Stolüstü tennisçilərimiz Avrasiya Liqasında III turun oyunlarına çıxacaqlar
-
13:35
AMADA "10ların təbəssümü" layihəsi çərçivəsində qazi övladları üçün Zəfər Günü tədbiri keçirib
-
13:19
AFFA 8 komandaya texniki məğlubiyyət verdi
-
12:41
Millimizə 27 futbolçu dəvət aldı
-
12:20
“Şahdağ Qusar”a texniki qələbə verildi
-
12:08
Emin Mahmudov millidəki karyerasını başa vurur
-
11:52
Zəfər Gününə həsr olunmuş bədii gimnastika yarışı keçiriləcək
-
11:34
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:17
Azərbaycanda çıxış etmiş moldovalı futbolçu vəfat edib
-
10:45
UEFA reytinqi: Azərbaycan mövqeyini qoruyur
-
10:23
Azərbaycan gimnastları dünya çempionatında mübarizəni davam etdirirlər
-
10:09
"Milan"dan gözlənilməz məğlubiyyət VİDEO
-
09:51
Cüdoçularımız Zaqrebdə Qran-pri turnirində iştirak
-
09:30
"Beşiktaş" "Seltik"ə uduzdu VİDEO
-
09:00
"Zəfər Turu" start götürür: "Qarabağ" "Turan Tovuz"a, "Neftçi" "Kəpəz"ə qarşı
-
21:14
Abşeron Olimpiya İdman Kompleksində kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
-
20:59
“Şəfa”da qalmaqal: maaşını tələb etdi, “23”lükdən uzaqlaşdırıldı
-
20:30
"Neftçi" "Kəpəz"lə oyuna hazırdır FOTOLENT
-
19:22
Çempionlar Liqasında həftənin ən yaxşı kim seçildi?
-
18:07
Millimiz Çexiya ilə heç-heçə etdi
-
17:46
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
-
17:33
O da FİFA prezidentliyinə namizəd olacaq
-
16:15
"Zirə" "Qəbələ" ilə oyuna hazırlaşır FOTOLENT
-
15:51
Almaniya millisinin heyəti açıqlandı
-
15:24
Zəfər Günü münasibətilə Gəncədə veloyürüş keçirilib
-
14:48
"Kəpəz"in futbolçusu milliyə çağırıldı
-
14:32
Ronaldo Portuqaliya millisinə vida etdi
-
14:00
"Şəki"də yeni baş məşqçi
-
13:17
Anatoli Ponomaryov: “Avropada bu komandaya getmək istəyirəm” deməklə iş bitmir”
-
12:56
Azərbaycan şahmatçısı U-20 dünya çempionatında bürünc medal qazanıb
-
12:23
“Neftçi”nin legionerinə millidən dəvət
-
11:39
XI turun hakim təyinatları açıqlandı
-
11:15
"Borussiya"nın qələbəsi VİDEO
-
11:01
Cüdo üzrə yeniyetmələr arasında Bakı şəhər birinciliyi keçiriləcək
-
10:48
"Real"dan əzmkar qələbə VİDEO
-
10:24
Almeyda Bakıya gəlib: Yaxşı övlad doğma evinə qayıdar
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
"Fənərbaxça" "Liverpul"a qalib gəldi VİDEO
-
21:35
Azərbaycan gimnastları dünya çempionatına uğurlu start veriblər
-
19:49
"Şamaxı"nın legioneri milliyə dəvət aldı
-
18:51
Cüdo məşçiləri üçün peşəkar inkişaf proqramı keçirilir
-
18:24
"Qarabağ" "Dinamo"ya məğlub oldu
-
18:00
“Barselona” “Atletiko” önünə itki ilə çıxacaq
-
17:37
Yamal Mbappenin rekordunu qırdı
-
17:12
İngiltərə klubunda yeni baş məşqçi
-
16:53
Çempionlar Liqasında iki rekorda birdən imza atdılar
-
16:25
Bölgə klubu oyunu boykot etdi - Maaşlar verilmir
-
16:08
FIFA-dan AFFA-ya təşəkkür məktubu
06.11.2026
05.11.2026
04.11.2026
























