3 Iyun 2025, Çərşənbə axşamı
“Neftçi” qızıl medallara qovuşdu
Lionel Messi millimizi təbrik edib
Quliyevdən çempionluq şərhi
Minifutbol millimiz dünya çempionu oldu

Ölkə futbolu

Qəbələdə “Bahar turniri” keçirilib

AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyi ilə Oğuzda 12 yaşlı qızlar arasında “Bahar turniri” keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, turnirdə 8 komanda iki qrupda mübarizə aparıb.

Qrupda ilk iki yerə tutan komandalar pley-off mərhələsində üz-üzə gəlib.

5 saylı tam orta məktəb turnirin qalibi, II və III yeri isə müvafiq olaraq, Bum kənd tam orta məktəb və 1 saylı tam orta məktəb tutub.

Bum kənd tam orta məktəbin şagirdi Məryəm Şükürova 6 qolla turnirin ən məhsuldar oyunçusu olub. 5 saylı tam orta məktəbin şagirdi Xədicə Heydərli ən yaxşı oyunçu, 1 saylı tam orta məktəbin şagirdi Sevinc Kərimova isə turnirin ən yaxşı qapıçısı seçilib.

İlk üç yeri tutan komandalar diplom və medallar, qalib komanda isə kubokla mükafatlandırılıb.

Mükafatları AFFA-nın Qadın Futbolu Departamentinin rəisi Əminə Həsənova, U-17 (qızlar) milli komandasının baş məşqçisi Nərgiz Qurbanova, U-15 (qızlar) yığmasının baş məşqçisi Xanlar Əliyev və U-19 (qızlar) yığmasının köməkçi məşqçisi Gülənbər Qasımova təqdim edib.

Qeyd edək ki, layihənin əsas məqsədi gələcəkdə U-12 Qızlar liqasına və aşağı yaş milli yığma komandalara yeni qız futbolçuların cəlb edilməsidir. İştirakçı komandalar AFFA və UEFA tərəfindən idman geyimi və ləvazimatları ilə təmin olunub.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2025
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30