Ölkə futbolu
Şahin Diniyev: “Həyatımda ən gərgin, çətin oyun oldu”
“27 ildir baş məşqçi işləyirəm. Həyatımda ən gərgin, çətin oyun oldu. Doğrudur, çətinliklərə öyrəşmişəm. "Səbail" camEəsinin, akademiyadakı uşaqlara görə də ürəyim ağrıyırdı. Çiynimdə yük çox idi”.
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Səbail”in baş məşqçisi Şahin Diniyev Azərbaycan Premyer Liqasının sonuncu - 36-cı turunda “Şamaxı”nı 1:0 hesabı ilə məğlub edərək Premyer Liqada qaldıqları oyundan sonra deyib.
Təcrübəli mütəxəssis sonuncu pillədə qərarlaşan “Şamaxı”nın Premyer Liqada qalmalı olduğunu vurğulayıb: “İçimdə bir söz var, deyəcəm. "Şamaxı"nın birinci diviziona düşməsi Azərbaycan futboluna vurulan ən böyük zərbə olacaq. İdman prinsipini deyə bilərsiz. Hamını "Şamaxı"nı Premyer Liqada saxlanılması üçün səsləyirəm. Reqlament varsa, hər üç liqada olmalıdır. Birinci dəstədəki sonuncu komanda niyə Region Liqasına düşmür? Demək ki, idman prinsipi pozulur. Cavid Hüseynov yaxşı komanda hazırlayıb. Çempionatda rəqabət var idi. Futbolumuzun inkişafını istəyiriksə, hərdən göz yummalıyıq. "Turan Tovuz" və "Kəpəz" ötən mövsüm neçənci yeri tutub gəldi? Onda idman prinsipi yada düşmürdü”.
Ş.Diniyev bildirib ki, “Səbail” Premyer Liqa ilə vidalaşsaydı, günahkar sələfi Mahmud Qurbanov yox, özü olacaqdı:
“Bu komandanı mən yığmamışdım. "Səbail" Premyer Liqadan çıxsaydı da, Mahmud Qurbanov yox, mən cavabdeh olacaqdım. Dəyişiklik etməyə gücümüz çatmadı. Maddi cəhətdən demirəm. Cəmi üç futbolçu götürmüşdüm. Onlar da etimadımızı doğrultdu. Birinci dövrədə "Səbail" 10 xal yığmışdı, ikinci dövrədə isə 19 xal toplamışıq. Bunu ilk dövrədə etsəydik, necə olacaqdı? Günahı kiminsə üstünə atmıram. Komandam oyun sarıdan heç kimə uduzmayıb. Yalnız fərdi səhvlər həlledici rol oynayırdı. Təsəvvür edin, "Qarabağ" 71 dəqiqə qapımıza yol tapa bilmədi. Sistemin oturuşması üçün vaxt lazımdır”.
O, "Səbail"dəki gələcəyini barədə bunları söyləyib: “Oyundan sonra prezidentimiz Rauf Əliyev Almaniyadan zəng edərək, mənim danışdı. Yeni mövsümdən iddialı "Səbail" görəcəyik. Belə sponsorları qaçırmaq, küsdürmək olmaz. İki gündən sonra görüşümüz olacaq. Söz verirəm ki, iddialı, avrokuboklar uğrunda mübarizə aparan "Səbail" görəcəksiz”.
“Səbail”in çalışdırıcısı qələbəyə görə alacaqları mükafatı da açıqlayıb: “Qabaqcadan 5 min təyin olunmuşdu, Rauf Əliyevdən xahiş etdim ki, 2 min manat da artırsın. 7000 manatlıq mükafat alacağıq”.
Diniyev heyətdəki dəyişikliklər barədə konkret bir söz deyə bilməcəyini bildirib: “Gərək sponsorla danışım. Büdcəyə uyğun futbolçu götürəcəyik. İddialı olacağıqsa, mütləq dəyişəcəyik. 100 faiz dəyişiklik olmayacaq. 50 faizdən çox futbolçu qalacaq. Ağır da olsa, addım atmalıyıq. Bir çox futbolçu qalacaq”.
Sonda mütəxəssis Qoba Zakpanın "Turan Tovuz"la oyundakı hərəkətinə də toxunub: “Futbolçu adətən belə hərəkəti ya azarkeşə, ya rəqib komandaya, ya da birbaşa kameraya edir. Fikir versəniz, Zakpanın epizodunda bunların heç biri yox idi. Sadəcə emosional vəziyyətdəydi. Təbii ki, belə hərəkəti dəstəkləmirəm. Kaş, mənə qarşı edərdi. Burada bir məqsəd var idi, o da Zakpanın bu gün meydana çıxmaması, buna da nail oldular. Amma ilahi ədalət deyilən şey var. Allah böyükdür”.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Neftçi” 5 min manat cərimələndi
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- Fətiyev bürünc medal qazandı
- “Səbail” qələbəni əldən verdi
-
11:46
“Qarabağ”ın legioneri ilk dəfə milliyə dəvət aldı
-
11:18
Azərbaycan - Çexiya oyunun hakimləri bilindi
-
10:21
“Neftçi” azarkeşi, nəyin çatışmır?
-
10:09
"Bavariya" Madriddən 3 xalla qayıtdı VİDEO
-
09:54
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
-
09:32
"Mançester Yunayted"dən əzmkar qələbə VİDEO
-
09:17
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:00
Batrakovun dublu "Qalatasaray"a qələbə qazandırdı VİDEO
-
21:58
Çempionlar Liqası: "Turan" Bolqarıstan klubuna qalib gəldi
-
19:12
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə imtahan keçiriləcək
-
18:35
Millimizin UEFA Millətlər Liqasındakı rəqibləri bəlli olub
-
17:56
Avrokubok oyunları 1 dəqiqəlik sükutla başlayacaq
-
17:27
I Liqa klubları üçün seminar
-
17:00
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
-
16:41
I Liqada hakim təyinatları
-
16:19
Əfran İsmayılov: coğrafiyaşünas, yoxsa futbolçu düzəldən?
-
15:33
“Real”ın ulduzu “Liverpul”un hədəfində
-
14:54
Çalhanoğlunun “İnter”dəki gələcəyinə aydınlıq gəldi
-
14:18
Əliyar Ağayev "Selta"nın oyununu idarə edəcək
-
13:42
Elçin Məsiyevə UEFA-dan təyinat
-
13:25
Dünən ağır zədə ispan futbolçu həyatını itirdi
-
13:00
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:37
AFFA İntizam Komitəsi MOİK-in futbolçusunu 3 oyunluq cəzalandırıb
-
12:29
Kənar şəxslər "Şamaxı" və "Turan Tovuz"ı xərcə saldı
-
12:21
“Qarabağ” 4500 manat cərimələndi
-
12:03
“Neftçi” - “Kəpəz” oyununun biletləri satışda
-
11:56
“Araz-Naxçıvan”dan yubiley heç-heçəsi
-
11:34
“Qarabağ” 11 ildən sonra
-
11:18
“Neftçi”dən əsrin rekordu
-
10:45
“Traktor” “Neftçi” ilə heç-heçə oynadı
-
10:22
"Atalanta" öz meydanında uduzdu VİDEO
-
10:00
Breno Almeyda: “Çempion biz olacağıq”
-
09:39
"Gənclərbirliyi"ndən darmadağın VİDEO
-
09:17
Mahirdən məhsuldar ötürmə, “Rakuv”dan qələbə
-
08:51
"Fiorentina"dan əzmkar qələbə VİDEO
-
22:21
"Sumqayıt"dan xal itkisi VİDEO
-
22:07
Kandido: “Nəticə ilə barışmalıyıq”
-
21:32
Yeniyetmə cüdoçular üçün Xankəndidə təlim seminarı təşkil olunub
-
21:18
“Qarabağ” “Azərsun Arena”ya qayıdır
-
20:56
"Sumqayıt" autsayderlə heç-heçə etdi
-
18:44
Xankəndidə ilk dəfə kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
-
18:29
Azərbaycan Premyer Liqasında oktyabr ayının TOP-5 qolu VİDEO
-
18:00
Sumqayıtda heyətlər açıqlandı
-
17:35
"Neftçi"də bərpa rejimi FOTOLENT
-
17:13
“Qalatasaray”ın yarımmüdafiəçisi İngiltərə klublarının hədəfində
-
16:47
“Napoli”də ciddi itki
-
16:21
Voleybol yığmalarımız Avropa çempionatının təsnifat mərhələsində çıxış edəcəklər
-
15:52
Azərbaycanda 8-ci dəfə məktəblilər üçün "Üzməyi öyrənək" layihəsi keçiriləcək
-
15:38
Çerçesov Moskva klubunda?
-
15:14
Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 3 qızıl medal qazanıblar
04.11.2026
03.11.2026
02.11.2026
























