Ölkə futbolu
“Problemləri açıqlamasaydım, bu gün bəlkə də “Kəpəz” sonuncu pillədə olardı”
“Mövsümün son oyunu olduğu üçün komandanın sönük çıxış edə biləcəyini düşünürdüm. Amma futbolçular sağ olsunlar ki, meydanda layiqincə mübarizə apardılar. Mövsümü yaxşı-əhval ruhiyyədə başa vurduq. 1 xal turnir cədvəli baxımından ciddi önəm daşımasa da, bizim üçün hər xal vacibdi”.
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının sonuncu - 36-cı turunda “Qəbələ” ilə heç-heçə etdikləri (1:1) oyundan sonra deyib.
Təcrübəli mütəxəssis “Qəbələ” ilə matçda heyətdəki müəyyən dəyişikliklər etdiyini bildirib: “Heyətlə bağlı itkilərimiz var idi. Ona görə də heyətdə müəyyən yerdəyişmələr etmişdik. Amma bəzi futbolçular əvvəlki matçlarda oynamamalarına baxmayaraq, bu gün yüksək səviyyədə çıxış etdilər. Onların hər birinə təşəkkür edirəm”.
Əhmədov növbəti mövsümdə də “Kəpəz”i çalışdırmaq istədiyini qeyd edib: “Fevral ayında Tovuzda demişdim ki, komandanı Premyer Liqada saxlayıb gedəcəm. O gündən bu yana təzyiqlərə, çatışmazlıqlara dözdüm. Üstəlik, Gəncədə azarkeşlərin çox hissəsi komandada qalmağımı istəyir. Həm də 9 ayda çəkilən əziyyətin hədər getməsini istəmirəm. Ona görə də bu yoldan çəkiləsi deyiləm. Rəhbərliklə söhbətimiz olacaq. Ümid edirəm ki, komandadakı işimi davam etdirəcəm. Çalıcağam ki, “Kəpəz” növbəti mövsümdə daha yaxşı çıxış etsin”.
“Kəpəz”in çalışdırıcısı ikinci hissədə komandasının daha yaxşı oynamasını rəqibin hesabda öndə olması ilə əlaqələndirməyib: “Deməzdim ki, hesabda öndə olduğu üçün rəqib bizə oynamağa imkan verdi. Fasilədən dərhal sonra Ayzaya və Juniorun meydana çıxması oyunumuza müsbət təsir göstərdi. Daha diqqətli oynadıq, topa nəzarəti ələ keçirdik və nəticədə də cavab qolunu vura bildik”.
O, “Kəpəz”in qapısında çox qol görməsinə belə münasibət bildirib: “Birdən-birə komandada çox şeyi dəyişmək olmur. Mən “Kəpəz”i qəbul edəndə futbolçularda məğlub olmaq qorxusu var idi. İlk növbədə komandaya qalib ruhunu qaytarmağa çalışdıq. Eləcə də hücum futbolu sərgiləməyə çalışdıq. Komandanın özünəinamı qaytarması üçün bir neçə qələbə vacib idi. Bütün bunları nəzərə alaraq, oyunlar zamanı müdafiə ilə müqayisədə hücuma daha çox diqqət ayırırdıq. Bu da istər-istəməz müdafiədə boşluqlara gətirib çıxarırdı. Qapımızdan çox qol buraxmağımızdan hardasa bundan qaynaqlanır. Sırf müdafiənin üzərində işləsəydik, inkişaf etməyimiz çətin olardı. Qapımızda çox qol görməyimiz üzücü olsa da, əsas hədəf Premyer Liqada qalmaq idi və buna da nail olduq”.
T.Əhmədov bildirib ki, “Kəpəz”in büdcəsi onun üçün ciddi əhəmiyyət daşımır: “1 həftə əvvəl rəhbərliklə görüşümüz olub. Gələcək planlarla bağlı müzakirə apardıq. Gələn həftə yenidən bir araya gələcəyik. Açığını deyim ki, büdcə məsələsi mənim üçün bir o qədər də önəmli deyil. “Kəpəz”ə gələndə maliyyə vəziyyətinin necə olduğunu bilirdim. Təbii ki, mən də büdcənin daha çox olmasını, daha keyfiyyətli futbolçularla işləməyi istərdim. Amma reallığı bilirəm. Bugünkü büdcə ilə daha yaxşı komanda formalaşdırmağa çalışacağıq”.
Təcrübəli məşqçi “Kəpəz”in problemlərini mətbuat vasitəsi ilə qabartdığı üçün peşman olmadığını söyləyib: “Heç bir peşmançılıq yaşamamışam. Bəlkə də komandadakı problemləri açıqlamasaydım, bu gün “Kəpəz” sonuncu pillədə olardı. Üzərimizdə çox böyük təzyiq var idi. Mən mətbuata danışanda hər şeyi deməmişəm. Elə şeylər var ki, onları açıqlasam... Hər halda söz-söhbətlərin də bir həddi var. Hardasa partlama olmalı idi. Bu söhbətlər Tərlan Əhmədova yox, “Kəpəz”in, Gəncə futbolunun Premyer Liqada qalması üçün lazım idi. Mən dediklərimə görə təəssüf hiss keçirmirəm. Yalnız ona təəssüflənirəm ki, açıqlanan problemlər bu günə qədər öz həllini tapmayıb”.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Neftçi” 5 min manat cərimələndi
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- Fətiyev bürünc medal qazandı
- “Səbail” qələbəni əldən verdi
-
11:46
“Qarabağ”ın legioneri ilk dəfə milliyə dəvət aldı
-
11:18
Azərbaycan - Çexiya oyunun hakimləri bilindi
-
10:21
“Neftçi” azarkeşi, nəyin çatışmır?
-
10:09
"Bavariya" Madriddən 3 xalla qayıtdı VİDEO
-
09:54
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
-
09:32
"Mançester Yunayted"dən əzmkar qələbə VİDEO
-
09:17
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:00
Batrakovun dublu "Qalatasaray"a qələbə qazandırdı VİDEO
-
21:58
Çempionlar Liqası: "Turan" Bolqarıstan klubuna qalib gəldi
-
19:12
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə imtahan keçiriləcək
-
18:35
Millimizin UEFA Millətlər Liqasındakı rəqibləri bəlli olub
-
17:56
Avrokubok oyunları 1 dəqiqəlik sükutla başlayacaq
-
17:27
I Liqa klubları üçün seminar
-
17:00
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
-
16:41
I Liqada hakim təyinatları
-
16:19
Əfran İsmayılov: coğrafiyaşünas, yoxsa futbolçu düzəldən?
-
15:33
“Real”ın ulduzu “Liverpul”un hədəfində
-
14:54
Çalhanoğlunun “İnter”dəki gələcəyinə aydınlıq gəldi
-
14:18
Əliyar Ağayev "Selta"nın oyununu idarə edəcək
-
13:42
Elçin Məsiyevə UEFA-dan təyinat
-
13:25
Dünən ağır zədə ispan futbolçu həyatını itirdi
-
13:00
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:37
AFFA İntizam Komitəsi MOİK-in futbolçusunu 3 oyunluq cəzalandırıb
-
12:29
Kənar şəxslər "Şamaxı" və "Turan Tovuz"ı xərcə saldı
-
12:21
“Qarabağ” 4500 manat cərimələndi
-
12:03
“Neftçi” - “Kəpəz” oyununun biletləri satışda
-
11:56
“Araz-Naxçıvan”dan yubiley heç-heçəsi
-
11:34
“Qarabağ” 11 ildən sonra
-
11:18
“Neftçi”dən əsrin rekordu
-
10:45
“Traktor” “Neftçi” ilə heç-heçə oynadı
-
10:22
"Atalanta" öz meydanında uduzdu VİDEO
-
10:00
Breno Almeyda: “Çempion biz olacağıq”
-
09:39
"Gənclərbirliyi"ndən darmadağın VİDEO
-
09:17
Mahirdən məhsuldar ötürmə, “Rakuv”dan qələbə
-
08:51
"Fiorentina"dan əzmkar qələbə VİDEO
-
22:21
"Sumqayıt"dan xal itkisi VİDEO
-
22:07
Kandido: “Nəticə ilə barışmalıyıq”
-
21:32
Yeniyetmə cüdoçular üçün Xankəndidə təlim seminarı təşkil olunub
-
21:18
“Qarabağ” “Azərsun Arena”ya qayıdır
-
20:56
"Sumqayıt" autsayderlə heç-heçə etdi
-
18:44
Xankəndidə ilk dəfə kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
-
18:29
Azərbaycan Premyer Liqasında oktyabr ayının TOP-5 qolu VİDEO
-
18:00
Sumqayıtda heyətlər açıqlandı
-
17:35
"Neftçi"də bərpa rejimi FOTOLENT
-
17:13
“Qalatasaray”ın yarımmüdafiəçisi İngiltərə klublarının hədəfində
-
16:47
“Napoli”də ciddi itki
-
16:21
Voleybol yığmalarımız Avropa çempionatının təsnifat mərhələsində çıxış edəcəklər
-
15:52
Azərbaycanda 8-ci dəfə məktəblilər üçün "Üzməyi öyrənək" layihəsi keçiriləcək
-
15:38
Çerçesov Moskva klubunda?
-
15:14
Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 3 qızıl medal qazanıblar
04.11.2026
03.11.2026
02.11.2026
























