Ölkə futbolu
Rəşad Sadıqov: “Bu dəfə əvvəlki oyunlarla müqayisədə uşaq səhvlərinə yol vermədik”
“Bu gün qazandığımız nəticə və sərgilədiyimiz oyun məni sevindirməyə bilməz. Futbolçularımdan razı qadım. Düzdür, matçın startında sanki komandada həyəcan var idi. Lakin zaman keçdikcə oyun tam nəzarəti ələ aldıq. Yekunda da qalib gəldik. Deyə bilərəm ki, çox önəmli qələbə qazandıq”.
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 33-cü turunda “Şamaxı” üzərində qazanılan 3:0 hesablı qələbəni şərh edərkən deyib.
Təcrübəli mütəxəssis çətin səfərdən qələbə ilə ayrıldıqlarını bildirib: “Şamaxı və Qəbələdə səfər oyunları çətin keçir. Burada nəfəs almaq bir qədər çətindir. Amma bu gün komandanın verdiyi reaksiya məni razı saldı. Çətin səfərdə qələbə qazandıq. Bu dəfə əvvəlki oyunlarla müqayisədə uşaq səhvlərinə yol vermədik. Bu da nəticənin yaxşı olmasına gətirib çıxardı”.
“Zirə”nin çalışdırıcısı Rəhim Sadıqovun çıxışını belə dəyərləndirib: “Rəhim birinci hissəni çox yaxşı keçirdi. Amma fasiləyə yaxın yorulduğu hiss edilirdi. Bunu da normal qarşılayıram. Çünki "Turan Tovuz"la matçda 90 dəqiqə oynamışdı. 5 günlük istərahətdən sonra bir az yorğunluq qalmışdı”.
Sadıqov dördüncü yer uğrunda mübarizədə əsas rəqibləri “Qəbələ” ilə müqayisədə şanslarının az olduğunu etiraf edib: “Təbii ki, "Qəbələ" dördüncü yeri tutmağa daha şanslıdır. Bu, "Turan Tovuz"la oyuna kimi də belə idi. Son məğlubiyyət vəziyyətimizi daha da çətinləşdirdi. Amma təslim olmuruq. Sona 3 tur qalır. Hər oyunda məsuliyyətli olmalıyıq. Problemləri bilirik və düşünürəm ki, onları aradan qaldırdıqdan sonra müsbət nəticələr əldə edə bilərik”.
O, komandasının bugünkü və "Turan Tovuz"la matçdakı çıxışı arasında hansı fərqlər olduğu barədə sualı belə cavabıandırıb: “Əslində, eyni oyun idi. “Turan Tovuz”la matçı təhlil etmişik. Həmin görüşdə standart vəziyyətlər belimizi qırdı. Xırda detallar var ki, nəticəyə təsir edir. Həmin məqamlarda boşluqlar verdik. Yeganə fərq o idi ki, bu gün müdafiə olunarkən futbolçular daha diqqətli idilər. Başqa fərq görmürəm”.
Rəşad Sadıqov hələlik mövsümün sonunda heyətdə olacaq dəyişikliklər barədə danışmağın tez olduğunu söyləyib: “Hazırda bütün diqqətimizi son 3 tura yönəltmişik. Paralel olaraq da futbolçuları gözdən keçiririk. Amma konkret olaraq kimin gedəcəyi, kimin gələcəyi barədə indidən nəsə danışmaq tezdir”.
O, özünün komandada qalacağını vurğulayıb: “Həftə arası rəhbərliklə görüşümüz oldu. Müqavilənin uzadılması ilə bağlı ilk dəfə yanvarda görüşümüz olmuşdu. Həmin vaxt özüm istəmişdim ki, bu məsələni yayda müzakirə edək. İndi belə qərar qəbul etdik ki, əməkdaşlığımıza davam edək və daha da keyfiyyətli komanda formalaşdıraq. Mən də istəyirəm ki, Konfrans Liqasına gedək. Bu il Konfrans Liqası şansını kubokun 1/4 finalında əldən vermişdik. Gələn il daha güclü "Zirə" olması üçün əlimizdən gələni edəcəyik”.
O, yeni müqavilənin müddəti barədə danışmadığını qeyd edib: “Müddəti danışmadıq. Bizim münasibətimiz elədir ki, müqavilə formal bir şeydir. Əgər getməliyəmsə, 5 illik sözləşmə də olsa, gedəcəm”.
Sadıqov rəhbərliklə “Zirə”nin infrastrukturunun olmaması barədə də müzakirə apardıqlarını vurğulayıb: “İlk gəldiyim gündən infrastrukturla bağlı müzakirələrimiz gedir. Rəhbərlik də nələrsə etmək istəyir. Amma Bakı komandası üçün yer tapmaq heç də asan deyil. Bugünkü şəraitimiz də pis deyil. "Qəbələ" ilə aşağı-yuxarı eyni şəraitdə hazırlaşırıq. Onlar da Bakıda məşq edirlər. Yəni infrastruktur məsələsi “Qəbələ”dən geri qalmağımıza səbəb ola bilməz. Sadəcə olaraq həlledici məqamda kobud səhvlərdən buraxdığımız qollar və dəyərləndirmədiyimiz epizodlar oldu. Səhv yolda olduğumuzu düşünmürəm. Oyunumuzu bir az da artırsaq, nəticələr də yaxşı olacaq. Bizdə oyuna baxmırlar. Oyun bitən kimi hamı tabloya baxır. Çox şeylərə fikir verməməyə çalışıram. Ən böyük tənqidçim özüməm. Hər şeyi götür-qoy edirəm”.
Sonda “Zirə”nin baş məşqçisi hakimlərə də toxunub: “Hakimlərin bu mövsüm "Zirə"yə həddən çox mane olduqlarını deməzdim. Düzdür, bəzi oyunlarda səhvlər olub. Amma mane olduqlarını düşünmürəm. Sadəcə hakimlər imkan vermir ki, oyun getsin. 16 dəqiqə matç dayanır. Dayanmaq udan komandaya sərf edir. VAR-da pauzalar çox olur. Buna bir əlac tapmaq lazımdır ki, oyunun tempi düşməsin. Builki nəticələrimiz sırf hakimliklə bağlı deyil”.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- "Sumqayıt"ın qələbə həsrəti bitdi
- “İmişli”də baş məşqçi istefası
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- Kurban Berdiyev: “Bu sualı niyə mənə verirsiniz?”
-
14:28
Azərbaycanın kayak və kanoeçiləri beynəlxalq yarışın mükafatçıları olublar
-
14:05
“Qarabağ” antirekordun bir addımlığında: 15 mövsümdə ilk dəfə
-
13:32
Azərbaycan Premyer Liqasında son 4 mövsümün antirekordu
-
13:14
“Qarabağ” üzərində qələbə bizə əlavə motivasiya verir”
-
12:59
"Roma" 3 xalı 3 qolla qazandı VİDEO
-
12:41
“Traktor” evdə qalib gəldi
-
12:27
"Tottenhem" səfərdə xalsız qaldı VİDEO
-
12:00
“Qəbələ”nin futbolçusu: “Millidə oynamaq hər bir futbolçu üçün şərəfdir”
-
11:36
"Arsenal"dan çətin qələbə VİDEO
-
11:13
Millimizin üzvü oynamadı, komandası xalsız qaldı
-
10:58
PFL-dən “Zəfər Günü” süjeti: “Futbol döyüş yorğunluğumuzu çıxarmaq üçün yaxşı vasitə idi” VİDEO
-
10:45
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:22
"Qalatasaray"ın oyununda 7 qol vuruldu VİDEO
-
10:09
Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
-
09:54
"Bavariya" səfərdə sevindi VİDEO
-
09:31
Rüfət oynadı, komandası qalib gəldi
-
09:17
"Mançester Siti" uduzdu VİDEO
-
09:00
Azərbaycan Zəfər Gününü qeyd edir
-
21:55
Zirədə 3 qol vuruldu VİDEO
-
21:37
Sadıqov: "Önəmli 3 xal qazandıq"
-
21:14
Yeton Bekiri: “Zamanımız var"
-
20:28
“Zirə” “Qəbələ”yə qalib gəldi
-
16:06
"Kəpəz" milli fasilə zamanı yoxlama oyunu keçirəcək
-
15:43
Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı keçiriləcək
-
15:12
U-21 millimizin heyəti açıqlandı
-
14:51
Danimarkalı vinger “Arsenal” və PSJ-nin hədəfində
-
13:39
Tofiq Əliyev dünya çempionatının gümüş mükafatçısı olub
-
13:25
Emin Mahmudov: “O qol heç vaxt yaddan çıxmayacaq"
-
13:00
Azərbaycanın batut gimnastları dünya çempionatında gümüş medal qazanıblar
-
12:48
NTD-dən növbəti transfer
-
12:24
Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib FOTOLENT
-
11:56
“Yuventus” 19 yaşlı hücumçu ilə maraqlanır
-
11:33
Musa Qurbanlı: “Hər nə qədər çətinə düşsək də, hədəflərimiz dəyişmir”
-
11:17
Türkiyə klubunda yeni baş məşqçi
-
10:45
Azərbaycan gimnastı dünya çempionatında finala vəsiqə qazanıb
-
10:21
Cenk Sümer: “Neftçi” bu gün boş tribunalar önündə oynamağı haqq etmir”
-
10:09
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:52
"Kasımpaşa"nın qələbəsi VİDEO
-
09:30
Cəlal oynadı, komandası qalib gəldi
-
23:05
"Neftçi" 3 xalı tək qolla qazandı VİDEO
-
22:36
Vernidub: “Sevinirəm ki, meydana sonradan çıxanlar nəticə verirlər”
-
21:58
"Zəfər Turu": "Turan Tovuz" və "Neftçi" qələbə qazandı
-
21:11
"Turan Tovuz" "Qarabağ"ı tək qolla üstələdi VİDEO
-
20:49
Qurban Qurbanov: "Bu, onların haqqı idi”
-
20:24
Kurban Berdıyevdən qələbə şərhi
-
19:00
“Neftçi” - “Kəpəz”: Heyətlər açıqlandı
-
18:37
Riçarlison “Qalatasaray”a keçir?
-
18:03
BOS: "Borussiya"nın ittihamı əsassızdır, "Barselona" isə narahat olmaya bilər" FOTOLENT
-
17:45
“Barselona” daha 3 futbolçusu ilə müqavilə yeniləyəcək
-
17:23
Azərbaycanın tamblinq millisi ardıcıl üçüncü dəfə dünya çempionu olub
08.11.2026
07.11.2026
06.11.2026
























