Ölkə futbolu
Rəşad Sadıqov: “Rəqib bu gün nə zərbə endirdisə, hamısı qol oldu”
“Oyunu şərh eləmək çox çətindi. Bu gün qələbəyə köklənmişdik. Lakin matçın startı bizim üçün yaxşı alınmadı. Rəqibin ilk standart vəziyyəti qolla nəticələndi. Birinci hissədə böyük üstünlüyə malik idik. Xeyli qol şanslarımız oldu. Amma təəssüflər olsun ki, üstünlüyümüzü nəticədə əks etdirə bilmədik”.
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 32-ci turunda “Turan Tovuz”a 1:3 hesabı ilə uduzduqları oyundan sonra deyib.
Təcrübəli mütəxəssis bu mövsüm çox böyük şanssızlıq yaşadıqlarını bildirib: “Birinci hissədə də, fasilədə də futbolçular çox gərgin idilər. Çalışırıq ki, maksimum dərəcədə onları sakitləşdirək, ikinci hissəyə kökləyək. Amma ikinci hissə də eyni cür başladı. Vurulan qol, sayılmayan qol, qarışıq vəziyyətlər və s. Nəticədə ardıcıl 2 qol gördük qapımızda. Halbuki oyunun gedişatı başqa cür də ola bilərdi. Rəqib bu gün nə zərbə endirdisə, hamısı qol oldu. Bilmirəm, bu, mənim məşqçi taleyimdi, ya komandanın qisməti, amma bu il belədi. Çox çalışırıq, cəhd eliyik, amma alınmır. Bu mövsüm çox şanssızlıqlar yaşayırıq”.
O, matçdan öncə cinah müdafiəçisi mövqeyində ciddi problem yaşadıqlarını söyləyib: “Oyundan əvvəl meydana buraxmağa cinah müdafiəçisi tapa bilmirdik. Qismət Alıyev və Sərtan Taşkın cəzalı idi, Donald Geryə isə zədəli. Slavik Alxasov isə zəhərlənmişdi. Cəmi 15 dəqiqə bu gün ondan istifadə edə bildik. Məğlubiyyətlə barışıb, önümüzə baxmalıyıq. Qarşıda bizi daha 4 tur gözləyir”.
Sadıqov 4-cü pillədəki “Qəbələ”dən 6 xal geri düşmələrinin belə şərh edib: “Onsuz da bundan əvvəlki turda baş verən hadisələrdə böyük işarələr var idi. Biz 94-cü dəqiqədə 100-də 100 qol epizodundan yararlana bilmədik. “Qəbələ”nin isə 94-cü dəqiqədə qapısına endirilən zərbə dirəkdən qayıtdı. Komanda sona 3 saniyə qalmış qələbə qolu vurdu. Adətən bu cür hallar basketbolda olur ki, sona 2-3 saniyə qalmış fərqlənirsən. Bu cür məqamlar futbolçularda da basqı yaratmışdı. Bu tur “Qəbələ” ilə xal fərqini azaltmaq istəyirdik. Lakin alınmadı, əksinə, xal fərqi 6-ya çatdı. Yenə deyirəm, bu mövsüm ciddi şanssızlıq yaşayırıq. Yəqin ki, bunun səbəbləri var və onları axtarış tapmalıyıq”.
“Zirə”ni çalışdırıcı ilk hissədə Rəhim Sadıqovun vurduğu qolun hesaba alınmamasının səbəbini bilmədiyini söyləyib: “Qolun hesaba alınmamasını başa düşə bilmədim. Xətdə baxdım, diaqonal qoymuşdular. Anlaya bilmədim. Bunun bir açıqlaması olsa, çox yaxşı olardı. Əminəm ki, eyni epizod qapımızda yaşansaydı, qol hesaba alınacaqdı. Yaxud birinci penaltidə hakim VAR-a çağırılmayacaqdı. Orada 8 dəqiqə vaxt getdi. Nə bilim... “Neftçi” ilə kubok oyunumuzda da Keyta 8 dəqiqə əlində topla gəzdi. Bu qədər VAR-a baxmazlar axı. 7-8 dəqiqə VAR-a baxmaq olar? Qolumuzun hesaba alınmamasını həqiqətən də anlaya bilmədim. Mənə elə gəldi ki, qol idi”.
R.Sadıqov komandasının ardıcıl 3 oyunda starndart vəziyyətdən sonra qol buraxmasına belə münasibət bildirib: “Oyun gedə-gedə də bu barədə düşünürdüm. Bəzən daha hücumameyilli futbolçuları meydan buraxırsan. Belədə standart vəziyyətlər zamanı çətinliklə üzləşmək ehtimalın yüksək olur. Bugünkü matçda məhz belə çətinliklə üzləşdik. Çünki meydandakı futbolçularımızdan yalnız bir-ikisi standart vəziyyətlər zamanı inamlı çıxış edə bilir. Amma bu qədər də yox da... Hesaba alınmayan qolu da nəzərə alsaq, 4 standart vəziyyətdən qapımızda 4 qol gördük”.
O, komandasının qaçırdığı penalti epizodunun oyunun qırılma anı olması fikri ilə razılaşmayıb: “Keytanın penalti qaçırması yox, məncə, oyunun qırılma nöqtəsi Rəhimin sayılmayan qolu idi. Eləcə də rəqibin hesaba alınmayan qol epizodunun deyə bilərəm. Həmin anda hakim fit verməmişdi, canlı sədd qurularkən rəqib oyuna başladı. Qəribədi ki, hakim də qolu əvvəlcə hesaba almışdı. Belə çıxır ki, VAR müdaxilə etməsəydi, o qol sayılacaqdı. Hakim həmin epizodda 3-5 dəqiqə onunla, bununla mübahisə etdi. Uduzmuşuq deyə bu məqamların üstündə çox dayanmaq istəmirəm. Kaş udardıq və o zaman bu barədə ətraflı danışardım. Məğlubiyyəti qəbul edirəm və rəqibi təbrik edirəm. “Turan Tovuz” bu gün yaxşı mübarizə apardı”.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Şəfa”ya texniki məğlubiyyət verildi
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- "Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
- Əfran İsmayılovun israfçılığı...
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
- “Qarabağ”dan fanşopla bağlı yenilik
- “Araz-Naxçıvan”ın yeni baş məşqçisi müəyyənləşdi
- "Qarabağ"ın "Xaric segah"ı...
- Yankoviç “Turan Tovuz”da
- “Neftçi” XXI əsrdəki ən yüksək göstəricisinə imza atıb
- Elvin Camalov “Neftçi”dən getdi
- “Sumqayıt” qəkəbəni əldən verdi
-
19:30
Türkdilli Ölkələrin Şahmat Assosiasiyasına üzv dövlətlər silsilə layihələrə start verir
-
18:44
Azərbaycan Qran-Prisində sərbəst yürüşlər keçirildi
-
18:17
II Liqada hakim təyinatları
-
17:51
“LANDAU Lions”da məşqçi təyinatı
-
17:02
Alabanın İtaliya klubuna keçidi rəsmiləşdi
-
16:36
Çimərlik güləşi üzrə milimiz Dünya Seriyasının final mərhələsində mübarizə aparacaq
-
16:13
"Sumqayıt"dan növbəti transfer
-
15:49
"Araz-Naxçıvan" iki yoxlama oyunu keçirəcək
-
15:25
Azərbaycanın deflimpiyaçı atıcısı Avropa çempionatında tarixi nəticə qazanıb
-
14:54
Azərbaycanı dünya çempionatında 6 paracüdoçu təmsil edəcək
-
14:38
Boks millimiz Avropa çempionatında rekorda imza atıb
-
14:17
Bakıda Formula 2 yarışının sıralama turuna start verilib
-
14:00
U-16 millimizin heyəti açıqlandı
-
13:41
Bakıda Formula 1 rekordu: Xarici qonaqların sayı 16 mini keçib
-
13:26
Elxan Səmədov İsgəndər Cavadovla görüşdü
-
12:53
Toral Bayramov: “Uşaqlara demişdim ki, çoxdandır uzaqdan qol vurmuram”
-
12:32
"Formula 1" üzrə Azərbaycan Qran-prisinə start verilib
-
11:49
"Qəbələ" Yaponiya millisi ilə qarşılaşacaq
-
11:04
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:35
Musa Qurbanlı: “Bu matçdan dərs çıxarmalıyıq”
-
10:18
“Neftçi” Cavadovu təbrik etdi
-
09:47
Seneqallı voleybolçu Azərbaycan klubunda
-
09:21
Baş Prokurorluqda İsgəndər Cavadovun 70 illik yubileyi qeyd edilib FOTOLENT
-
09:00
Mahir Emreli: “Rəqib dişimizə görə idi”
-
23:29
Millimizin qələbəsi VİDEO
-
22:51
Ayxan Abbasovdan qələbə şərhi
-
22:30
İqor Angelovski: “Azərbaycan D divizionunda olmağa layiq deyil”
-
21:48
Millimiz Tacikistana qalib gəldi
-
20:56
"Neftçi" FIBA Avropa Kubokuna qələbə ilə start verib
-
20:24
Respublika Velotrekində məşqçilər üçün "Təhlükəsiz idman" mövzusunda təlim keçirilib
-
19:17
"Sumqayıt"dan növbəti transfer
-
18:43
Türkiyəli futbolçu 25 yaşında vəfat edib
-
18:05
La Liqa klubunda yeni baş məşqçi
-
17:39
U-20 millimizə 25 futbolçu çağırıldı
-
17:22
Yuri Maksimov: “Mümkün qədər üst sıralara qalxmalıyıq”
-
16:51
"Formula 1" üzrə Azərbaycan Qran-prisinə bilet alan azarkeşlərin pit-leyn gəzintisi baş tutub
-
16:40
Yuri Maksimov rəsmən “Araz-Naxçıvan”da
-
16:16
Rassel: “Azərbaycan Qran-Prisində qələbə uğrunda mübarizə apara bilərik”
-
15:37
Azərbaycan - Tacikistan oyununa necə baxaq?
-
15:04
Lekler: “Bakı trasında yarışmaqdan zövq alıram”
-
14:48
"Sumqayıt" onunla gücləndi
-
14:23
Alabanın yeni klubu müəyyənləşdi
-
13:59
Şahruddinlə Zubir yenidən bir arada
-
13:35
Azərbaycan Basketbol Liqası klublarına oyun qaydalarındakı dəyişikliklər barədə məlumat verilib
-
13:12
"Zaqatala"nın futbolçusuna sərt cəza verildi
-
13:00
AFFA 5 klubu cərimələdi
-
12:41
"Formula 1": Bakı Bulvarında əyləncə zonası fəaliyyətə başlayır
-
12:26
AFFA "İmişli"nin legionerini 4 oyunluq cəzalandırdı
-
11:57
Misirli voleybolçu karyerasını Azərbaycanda davam etdirəcək
-
11:34
"Mingəçevir Reqatası" növbəti dəfə Köndələn su anbarında start götürəcək
24.09.2026
23.09.2026
























