8 Avqust 2026, Şənbə
Nəriman rəsmən “Erzurumspor”da
“Sumqayıt” Qətər klubu ilə heç-heçə etdi
“Zirə” Namik Ələsgərovla yolları ayırdı
“Qarabağ” “Dinamo”ya məğlub oldu

Ölkə futbolu

“Kəpəz-2” - “Qarabağ -2” oyunu təxirə salınıb

I Divizionun 26-cı turunda aprelin 26-da keçirilməli olan "Kəpəz-2" - "Qarabağ-2” matçı təxirə salınıb.

Futbolxeber.az saytının məlumatına görə, bununla bağlı Ağdam təmsilçisi Peşəkar Futbol Liqasına müraciət edib.

"Qarabağ-2"nin məşqi zamanı futbolçu Şirxan Həsənzadənin səhhətində problemləm yaranıb. "Qarabağ-2" xoşagəlməz hadisənin komandanın digər oyunçularına da psixoloji cəhətdən təsirsiz ötüşməməsi səbəbindən "Kəpəz-2”yə qarşı keçirəcəkləri matçın təxirə salınmasını istəyib.

“Qarabağ-2” komandasının müraciəti, “Kəpəz-2” komandasının razılığını nəzərə alan Peşəkar Futbol Liqasının İdarə heyətinin qərarı ilə 26 aprel tarixində keçirilməli olan “Kəpəz-2” - “Qarabağ-2” görüşü təxirə salınıb.

Oyunun keçirilmə vaxtı ilə bağlı məlumat verilməyib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31