Ölkə futbolu
Rəşad Sadıqov: "Dördüncü yerin favoriti "Qəbələ"dir"
"İlk növbədə xalqımızı Ramazan bayramı münasibətilə təbrik edirəm. Çox həyəcanlı, maraqlı oyunun şahidi olduq. Bir tərəfdən məyus olursan, digər tərəfdən sevinirsən. "Qarabağ"la oyunda 0:2 geri düşmüsən, üçüncü qolu buraxsan, böyükhesablı məğlubiyyətə apara bilərdi. Halbuki oyun ortadaydı".
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 31-ci turunda "Qarabağ"la 2:2 hesablı heç-heçə etdikləri oyundan sonra deyib.
"Üstünlük rəqibdə idi, amma onlara qol şansı vermirdik. Amma təəssüflər olsun ki, ikinci hissənin əvvəlində iki qol buraxdıq. Sonra hesabı bərabərləşdirdik. Hesabı bərabərləşdirəndən sonra iki yüz faizli qol imkanımız var idi. Dəyişikliklərdən sonra daha çox pressinq etməyə başladıq. Bunun nəticəsində axşı qol imkanları oldu, təəssüf ki, istifadə edə bilmədik. Futbolçularıma təşəkkür etmək istəyirəm. "Qarabağ"la matçda 0:2-dən oyunu çevirmək, məğlub olmamamaq böyük ürək tələb edir. Bu gün onlar bunu göstərdilər. Məni sevindirir. Qarşıdakı oyunlara baxacağıq", - deyə o bildirib.
Sadıqov bir xal qazandıqlarını vurğulayıb: "İki qol epizodunda daha soyuqqanlı ola bilsəydik... Amma çətindir. Səfərdə "Qarabağ"la oynayırsan, 0:2-dən 2:2-ni əldə etmisən. 90+4-də qol epizodunda sterss etməmək mümkün deyil. Zərbə daha dəqiq getsəydi, qapıçı başqa küncə reaksiya versəydi, bəlkə qolla nəticələrdi. Düşünürəm ki, bəlkə də ədalətli nəticə bərabərlik oldu. Çünki bilirik ki, 0-2-dən sonra "Qarabağ"la oyundan xalla ayrılmaq müşkül məsələdir. Futbolçularım bunu bacardı. Naşükürülük etmirik. Bu oyun fərqli nəticə ilə də bitə bilərdi. "Qarabağ" həmin dəqiqələrdə üçüncü qolu vursaydı, tam fərqli nəticə olardı. Şükürlər olsun ki, bir xal qazandıq".
Təcrübəli mütəxəssis "Qarabağ" hesabı 2:0 edəndə narahat olub-olmaması ilə əlaqədar söyləyib: "Təbii ki. Həmin vaxtlar 7:1 hesabı ilə məğlub olduğumuz oyuna bənzədi. O matçda da ikinci hissəyə çox passiv başladıq. Qol buraxdıq və futbolçular demək olar ki, təslim oldular, mübarizə aparmadılar. Psixoloji cəhətdən də çox pis təsir etdi. Həmin matç ən çox yada saldığım oyundur. Futbolçularla daim o oyun ətrafında danışırıq. Yada salıram, nümunə gətirirəm. Mübarizəni yarıda buraxmaq nə deməkdir. Bilmirəm o səbəb oldu, onu xatırlayıb mübarizəyə davam etdilər, yoxsa özlərinin daxilən aqressiyası, istəyi artdı...Birinci qolu uğurlu və gözəl vurduq. Bu da futbolçulara əlavə motivasiya verdi. 2:0 hesabı elədir ki, bir qol vurduqdan sonra psixoloji üstünlük sən tərəfə keçir. Ardı da gələ bilərdi. Hər halda, bu nəticəyə də şükür edirik".
O, "Zirə"nin avrokuboklara yollanması "Neftçi"dən asılıdır. Sizcə, onlar kubokda "Turan Tovuz"u keçə biləcək" sualına belə cavab verib: "Avrokuboklara getməyin ən əsas yolu üçlüyə düşməkdir. Ondan sonra artıq bu məsələlər ortaya çıxır ki, hansı komanda kuboku götürəcək, hansı komanda yollanacaq avrokuboklara. Üçlüyə düşmədikdən sonra onsuz da avrokuboklara vəsiqə sual altındadır. Xüsusilə də, "Sabah" və "Qarabağ" kimi favoritlərin kənarda qalmasından sonra, kuboku hansı komandanın qazanacağı sual altındadır. Açığı, şəxsən mənə psixoloji cəhətdən çox təsir etmişdi. Qış fasiləsindən sonra çempionata başlayanda da qarşımıza məqsəd qoymuşduq ki, risk edəcəyik, 10 xallıq fərqi aradan qaldırmağa çalışacağıq. Bir çox oyunlara sırf hücum etməyə çıxırdıq. "Neftçi" ilə səfər matçına sırf hücum etməyə çıxmışdıq ki, qalib gələk, xal fərqini azaldaq. "Qəbələ" ilə oyunda da hücum futbolu oynayırdıq ki, mütləq qalib gələk, üçüncülüyü tutaq. Təəssüflər olsun ki, buraxdığımız səhvlər, istifadə edə bilmədiyimiz qol epizodları arada belə böyük xal fərqi yaratdı. Ancaq sona qədər dördüncü yer uğrunda mübarizə aparacağıq. Təbii ki, indi dördüncü yerin favoriti "Qəbələ"dir. Bizdən bir oyun az keçiriblər, üstünlük onlardadır. Sona qədər mübarizə aparacağıq ki, dördüncü yeri tutaq və "Neftçi"nin kuboku qazanmasına ümid edək. "Neftçi" üçün "Turan Tovuz"a qarşı ağır və çətin oyun keçdi. Düşünürəm ki, cavab matçı da çox maraqlı mübarizə şəraitində keçəcək”.
“Zirə”nin çalışdırıcısı Mirsayib Abbasov oynatmaması ilə bağlı deyib: "Bunu ədalətli şəkildə edirik. Rəqabətə baxırıq, məşqləri, oyunları izləyirik. Ona uyğun da müəyyən qərarlar veririk. Məsələn, qış fasiləsinə qədər Rüstəm Əhmədzadə çox az şans alırdı. Amma bu dəqiqə əsas heyətin üzvünə çevrilib. Belə davam edərsə, daha çox oynamaq şansı alacaq. Bu, sırf rəqabətlə bağlıdır. Başqa səbəb yoxdur".
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- "Sumqayıt"ın qələbə həsrəti bitdi
- “İmişli”də baş məşqçi istefası
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- Kurban Berdiyev: “Bu sualı niyə mənə verirsiniz?”
-
14:28
Azərbaycanın kayak və kanoeçiləri beynəlxalq yarışın mükafatçıları olublar
-
14:05
“Qarabağ” antirekordun bir addımlığında: 15 mövsümdə ilk dəfə
-
13:32
Azərbaycan Premyer Liqasında son 4 mövsümün antirekordu
-
13:14
“Qarabağ” üzərində qələbə bizə əlavə motivasiya verir”
-
12:59
"Roma" 3 xalı 3 qolla qazandı VİDEO
-
12:41
“Traktor” evdə qalib gəldi
-
12:27
"Tottenhem" səfərdə xalsız qaldı VİDEO
-
12:00
“Qəbələ”nin futbolçusu: “Millidə oynamaq hər bir futbolçu üçün şərəfdir”
-
11:36
"Arsenal"dan çətin qələbə VİDEO
-
11:13
Millimizin üzvü oynamadı, komandası xalsız qaldı
-
10:58
PFL-dən “Zəfər Günü” süjeti: “Futbol döyüş yorğunluğumuzu çıxarmaq üçün yaxşı vasitə idi” VİDEO
-
10:45
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:22
"Qalatasaray"ın oyununda 7 qol vuruldu VİDEO
-
10:09
Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
-
09:54
"Bavariya" səfərdə sevindi VİDEO
-
09:31
Rüfət oynadı, komandası qalib gəldi
-
09:17
"Mançester Siti" uduzdu VİDEO
-
09:00
Azərbaycan Zəfər Gününü qeyd edir
-
21:55
Zirədə 3 qol vuruldu VİDEO
-
21:37
Sadıqov: "Önəmli 3 xal qazandıq"
-
21:14
Yeton Bekiri: “Zamanımız var"
-
20:28
“Zirə” “Qəbələ”yə qalib gəldi
-
16:06
"Kəpəz" milli fasilə zamanı yoxlama oyunu keçirəcək
-
15:43
Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı keçiriləcək
-
15:12
U-21 millimizin heyəti açıqlandı
-
14:51
Danimarkalı vinger “Arsenal” və PSJ-nin hədəfində
-
13:39
Tofiq Əliyev dünya çempionatının gümüş mükafatçısı olub
-
13:25
Emin Mahmudov: “O qol heç vaxt yaddan çıxmayacaq"
-
13:00
Azərbaycanın batut gimnastları dünya çempionatında gümüş medal qazanıblar
-
12:48
NTD-dən növbəti transfer
-
12:24
Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib FOTOLENT
-
11:56
“Yuventus” 19 yaşlı hücumçu ilə maraqlanır
-
11:33
Musa Qurbanlı: “Hər nə qədər çətinə düşsək də, hədəflərimiz dəyişmir”
-
11:17
Türkiyə klubunda yeni baş məşqçi
-
10:45
Azərbaycan gimnastı dünya çempionatında finala vəsiqə qazanıb
-
10:21
Cenk Sümer: “Neftçi” bu gün boş tribunalar önündə oynamağı haqq etmir”
-
10:09
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:52
"Kasımpaşa"nın qələbəsi VİDEO
-
09:30
Cəlal oynadı, komandası qalib gəldi
-
23:05
"Neftçi" 3 xalı tək qolla qazandı VİDEO
-
22:36
Vernidub: “Sevinirəm ki, meydana sonradan çıxanlar nəticə verirlər”
-
21:58
"Zəfər Turu": "Turan Tovuz" və "Neftçi" qələbə qazandı
-
21:11
"Turan Tovuz" "Qarabağ"ı tək qolla üstələdi VİDEO
-
20:49
Qurban Qurbanov: "Bu, onların haqqı idi”
-
20:24
Kurban Berdıyevdən qələbə şərhi
-
19:00
“Neftçi” - “Kəpəz”: Heyətlər açıqlandı
-
18:37
Riçarlison “Qalatasaray”a keçir?
-
18:03
BOS: "Borussiya"nın ittihamı əsassızdır, "Barselona" isə narahat olmaya bilər" FOTOLENT
-
17:45
“Barselona” daha 3 futbolçusu ilə müqavilə yeniləyəcək
-
17:23
Azərbaycanın tamblinq millisi ardıcıl üçüncü dəfə dünya çempionu olub
08.11.2026
07.11.2026
06.11.2026
























