Ölkə futbolu
Şahin Diniyev: “İkinci hissədə gərəksiz qollar buraxdıq”
"Qarşılıqlı hücumlar oldu, hər iki komanda üçün xallar qazanmaq vacib idi. Çox maraqlı oyun keçdi. İlk hissədə xarakter göstərdik, ağıllı futbol oynadıq. Fasiləyə qədər onlara şans vermədik. İkinci hissədə gərəksiz qollar buraxdıq. 0:2 oyunun qırılma nöqtəsi idi".
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Səbail"in baş məşqçisi Şahin Diniyev Azərbaycan Premyer Liqasının 30-cu turuda "Zirə"yə 1:3 hesabı ilə uduzduqları matçdan sonra təşkil olunan mətbuat konfransında deyib.
O, artıq qarşıdakı hər bir görüşün onlar üçün çox vacib olduğunu dilə gətirib: "Zirə"yə Avropa yolunda, bizə isə elitada qalmağa xal lazım idi. Bundan sonra hər görüş bizim üçün vacibdir. Bundan sonra artıq hesabın mənası yox idi. 0:3, 0:4, 0:5... Artıq orta xətdə boşalmalar oldu və hücumlar etdik. Bunun nəticəsində qapımızda daha bir qol gördük. "Zirə" ən yaxşı oyunlarından birini keçirdi. Qarşıda iki kubok və 6 çempionat oyunumuz var".
Mütəxəssis oyun qrafikindən də şikayətlənib: "Ağır qrafikdir. Həm də oyunların da mahiyyəti böyükdür. Liderlərə qarşı oyunlarımız olacaq. Qarşıda "Qəbələ" ilə 3, "Neftçi" ilə 1 oyunumuz var. Bizim üçün ağırdır. Həm "Neftçi"nin, həm "Qəbələ"nin xallara ehtiyacı var. Onlar da qazanmaq istəyəcək. Üç gündən bir oynamaq çox çətindir. Tək bizdə deyil, digər klublara da ağırdır. İngiltərədə belə üç gündən bir oynamaq çətinlik yaradır. Sıx qrafikdə dəyişikliklər vacib olacaq. Çalışacağıq, rotasiyalar hesabına nələrsə edək. Hər oyun bizim üçün vacibdir. Oyuna çıxıb, mübarizə aparmasan, futbol səni bağışlamayacaq".
Diniyev Premyer Liqada hakimlərin fəaliyyəti ilə bağlı danışıb. O, bu matçda hakimlikdən narazı qaldığını deyib: "Referilərdən danışmaq istəmirəm. Vacib oyunlarda bizə qarşı çıxıblar. Bu qədər səhvlər elə ancaq bir tərəfə olur. Faktlar var, qayda pozuntusu varsa, nə üçün vermirsən? Hakimlikdən narazı qaldım. Tək bu deyil, digər oyunlarda da belə olub. Bütün klublar hakimlərdən narazıdır".
Məşqçi "Sabah" üzərində qələbədən sonra futbolçularda arxayınlıq yaranmışdımı" sualına belə cavab verib: "Xeyr. Komanda istəkli idi, xarakter göstəririk. Bəzi şeylər var, onları mən daha yaxşı görürəm. Meydanda normal futbol oynayırıq. Son dəqiqələrdə verilən boşluqlar normal idi, çünki komandam açılmışdı. "Zirə" də bu gün çox yaxşı futbol oynadı. Hər futbolçu çalışır ki, elitada qalaq.
Mütəxəssis futbolçusu Samir Abdullayevin start heyətdə yer almamasına, lakin ehtiyatdan meydana daxil olduqdan sonra oyunu canlandırmasına da toxunub: "Bilirsiniz, məşqçi hansısa dəyişikliyi edirsə, özü də beynində oyunu aparır. Bəlkə də razıyam, bəlkə də yox. 0:2-dən sonra qol imkanlarımız olsaydı, vura bilsəydik, bəlkə fərqli olardı".
Diniyev "Azərbaycan kubokunu qurban verib, elitada qalmağı düşünürsünüz" sualını bu cür cavablandırıb: "Futbol xəyanəti sevmir. Bu oyun faktlarla oturuşmuş bir şeydir. Futbola xəyanət etsən, səni bağışlamaz. Mən heç vaxt bunu etmərəm. Meydana çıxırsızsa, gərək sona qədər mübarizə aparasan. Lazımsız oyun olmur. Hər iki cəbhədə vuruşacağıq. Allah qabağıma şans qoysa ki, ya kubok, ya elita, elitanı seçərəm".
Ş.Diniyev Premyer Liqada qalmaq üçün sonadək mübarizə aparacaqlarını deyib: "Kim gözləyərdi ki, "Sabah"ı udaq? Proqnozların hamısı çaş-baş gedir. Qazanılacaq hər xal qızıla bərabər olacaq. 6 xallıq oyunlarda uduzduğumuz görüşlər bizi çox geri atdı. "Şamaxı" ilə oyunda penalti epizodu düzgün deyildi və yaxud "Sumqayıt"la oyunda tərtəmiz qayda pozuntusu qeydə alınmadı. VAR heç buna yaxınlaşmadı. Amma bu gün hər şeyə baxırdı. Gileylənmək istəmirəm, özümüzdə də çox şey var. Sona qədər döyüşəcəyik".
İddialar var ki, mövsümün sonunda heç bir klub elitanı tərk etməsin və yarışa əlavə olaraq 2 komanda qatılsın. Mütəxəssis bu məsələyə belə münasibət bildirib: "Buna futbol mütəxəssisi kimi cavab verirəm: mən kiminsə çıxmasını istəmirəm. Bunun üçün səbəblər var. "Səbail"in akademiyası, normal sponsoru var. Hazırda maliyyə məsələsi çətindir, amma bizdə bu qaydasındadır. Komandanın arxasında duran sponsor var. Gəncə kimi bir şəhərdə futbolun olmaması günahdır. "Şamaxı"da bu gün gözəl komanda qurulub. Oyunçuları milli komandalarda çıxış edir. Bu klub niyə olmamalıdır? Sumqayıt kimi bir şəhər niyə çempionatda təmsil olunmamalıdır? İnanın, 4 komandadan biri aşağı liqaya düşsə, biz çox şey itirəcəyik. Bu komandalar autsayder deyil, digər rəqiblərlə başa-baş mübarizə apara bilirlər. Tək özümüzçün yox, digər komandalar üçün də deyirəm. 4 komandadan birinin düşməsi faciə olacaq. Sayı azaltmaq əvəzinə artırmaq lazımdır. Kiminsə elitadan çıxması bizə nə verəcək? Bütün komandalar Premyer Liqada qalmalıdır. Hazırda "Səbail"də 180-ə yaxın adam işləyir, birdən-birə bunların üstündən xətt çəksək, divizondan sonra qaytara biləcəyik?"
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Neftçi” 5 min manat cərimələndi
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Asif Məmmədovdan 18 ilin rekordu
- "Sumqayıt"ın qələbə həsrəti bitdi
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Kurban Berdiyev: “Bu sualı niyə mənə verirsiniz?”
-
16:49
Zirədə Dövlət Bayrağı Gününə həsr olunan aksiya keçirilib FOTOLENT
-
16:27
Babək Quliyev UEFA-dan təyinat alıb
-
16:00
Azərbaycan millisi Olimpiya çempionu oldu
-
15:36
Yağışa görə II Liqanın oyunu təxirə salındı
-
15:14
"Trabzonspor" səfərdə sevindi VİDEO
-
14:48
Millimizin üzvü "Basketball Without Borders" proqramında iştirak edəcək
-
14:23
"Beşiktaş" 3 xalı 3 qolla qazandı VİDEO
-
13:55
Viçko Şevel: “Bu, sadəcə ilk dövrədir”
-
13:31
"Fənərbaxça"dan darmadağın VİDEO
-
13:19
Yunuszadə ehtiyatda qaldı, komandası uduzdu
-
13:00
"Yuventus"dan xal itkisi VİDEO
-
12:42
Renat Dadaşov yenə oynamadı
-
12:27
"Milan"ın qələbəsi VİDEO
-
12:06
Zamiq darmadağını kənardan izlədi
-
11:54
200-cü heç-heçə
-
11:38
"İnter" "Komo"ya şans tanımadı VİDEO
-
11:13
Murad Məmmədov üçün 31 dəqiqə
-
10:45
"Çelsi" autsayderə uduzdu VİDEO
-
10:21
Mahirdən qol ötürməsi, “Rakuv”dan qələbə
-
10:09
"Liverpul" qələnə həsrətinə son qoydu VİDEO
-
09:52
Nəriman yenə ehtiyatda qaldı
-
09:30
"Barselona"dan əzmkar qələbə VİDEO
-
21:42
Millimiz Latviyaya məğlub oldu
-
20:49
"Şamaxı"dan əzmkar heç-heçə VİDEO
-
20:11
“Çempionatın ən gənc komandasıyıq”
-
19:26
“Şamaxı" və "Sumqayıt"dan xal itkisi
-
19:00
“Araz-Naxçıvan”ın futbolçusu üçün yubiley
-
18:37
"Sumqayıt" səfərdən 1 xalla qayıtdı VİDEO
-
18:16
Filipe Kandido: “Rəqibdən yaxşı oynadıq, amma bu, qələbə üçün kifayət etmədi”
-
15:43
Şahrudin Məhəmmədəliyev 100-ə çatdı
-
14:28
Azərbaycanın kayak və kanoeçiləri beynəlxalq yarışın mükafatçıları olublar
-
14:05
“Qarabağ” antirekordun bir addımlığında: 15 mövsümdə ilk dəfə
-
13:32
Azərbaycan Premyer Liqasında son 4 mövsümün antirekordu
-
13:14
“Qarabağ” üzərində qələbə bizə əlavə motivasiya verir”
-
12:59
"Roma" 3 xalı 3 qolla qazandı VİDEO
-
12:41
“Traktor” evdə qalib gəldi
-
12:27
"Tottenhem" səfərdə xalsız qaldı VİDEO
-
12:00
“Qəbələ”nin futbolçusu: “Millidə oynamaq hər bir futbolçu üçün şərəfdir”
-
11:36
"Arsenal"dan çətin qələbə VİDEO
-
11:13
Millimizin üzvü oynamadı, komandası xalsız qaldı
-
10:58
PFL-dən “Zəfər Günü” süjeti: “Futbol döyüş yorğunluğumuzu çıxarmaq üçün yaxşı vasitə idi” VİDEO
-
10:45
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:22
"Qalatasaray"ın oyununda 7 qol vuruldu VİDEO
-
10:09
Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
-
09:54
"Bavariya" səfərdə sevindi VİDEO
-
09:31
Rüfət oynadı, komandası qalib gəldi
-
09:17
"Mançester Siti" uduzdu VİDEO
-
09:00
Azərbaycan Zəfər Gününü qeyd edir
-
21:55
Zirədə 3 qol vuruldu VİDEO
-
21:37
Sadıqov: "Önəmli 3 xal qazandıq"
09.11.2026
08.11.2026
07.11.2026

















.jpeg)

.jpg)




