3 Avqust 2026, Bazar ertəsi
"Qarabağ" ciddi itki ilə üzləşdi
"Qəbələ"də braziliyalı qapıçı
“Qəbələ” qələbəni əldən verdi
"Turan Tovuz" qələbə qazandı

Ölkə futbolu

"Gent"in baş məşqçisi: "Matçın 0:0 bitməsini istəmirdim"

"Matçın 0:0 bitməsini istəmirdim. Bərabərsəviyyəli oyun getdi. "Qarabağ" qədər bizim də şansımız oldu. İlk 20 dəqiqə epizodlarımız var idi. Fikirləşirdim ki, fasiləyə qalib yollanacağıq. İkinci hissədə "Qarabağ" oyuna daha hazır çıxdı. Əvəzetmələr oldu və fərq yaratdılar. Bizdə isə 100 faiz hazır olmayanlar var idi. Penalti qərarı doğru deyildi. Hakimlə VAR arasında danışığı da eşitdim. İstəyərdim ki, daha yaxşı hesabla Belçikaya gedək. Hələ də növbəti mərhələyə adlamaq şansımız qalıb. Əlimizdən gələni edəcəyik".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Gent"in baş məşqçisi Heyn Vanhazebruk Konfrans Liqasının pley-offunda "Qarabağ"a 0:1 hesabı ilə uduzduqları ilk oyundan sonra deyib.

O, cavab matçındakı şansları haqda bunları söyləyib: "Evdə, doğma azarkeşlər qarşısında oynamaq bizim üçün şansdır. "Qarabağ"ın ehtiyatı yaxşıdır. Oyuna daxil olandan sonra fərq yarada bilirlər. Ev və səfər qolunun önəmi yoxdur. Ya gərək oyunu uzatmalara aparaq, ya da iki qol vurub qalib gəlib, növbəti mərhələyə adlayaq. Şansımız var, sona qədər mübarizə aparacağıq".

Mütəxəssis Ağdam təmsilçisinin onları təəccübləndirib-təəccübləndirmədiyi ilə bağlı deyib: "Bizim üçün böyük sürpriz qapıçı seçimi oldu. Gözləyirdik ki, gənc qapıçı olacaq. Çünki son matçlarda o oynayırdı. "Qarabağ"ın hər oyunçusunun özünə görə fərdi ustalığı var. Onlar güclü ehtiyat oyunçular skamyasına sahibdirlər. Hər futbolçu oyunu dəyişə bilər. "Qarabağ"ın 11 yox, 25-30 yaxşı futbolçusu var".

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31