30 May 2025, Cümə
Millimiz İngiltərəyə qalib gəldi
Mustafazadə final oyunu haqda
“Difai” I Liqadakı yerini qorudu
Konate rəsmən “Zirə”də

Ölkə futbolu

“Neftçi”nin baxımlı oyunu gözə çarpmır”

“Premyer Liqanın ikinci yarsında 4 tur oynanılıb. Bu müddət ərzində “Neftçi” parlaq oyun sərgiləmir”.

Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Kəpəz”in sabiq baş məşqçisi Yaşar Vahabzadə deyib.

Uzun illər futbolçu kimi çıxış etdiyi “Neftçi”nin oyununu dəyərləndirən təcrübəli mütəxəssis “ağ-qaralar” üçün hazırda kubokun daha önəmli olduğunu bildirib:

“İlk turdakı məğlubiyyətdən sonra komanda ardıcıl 2 qələbə qazandı, son turda isə “Qəbələ” səfərindən 1 xalla qayıtdı. Son turlar müəyyən qədər nəticə qazanılsa da, baxımlı oyun gözə çarpmır. Komanda bəzi futbolçuların ustalığı sayəsində nəticə qazanır. Bu isə həmişə mümkün olmur. Belə görünür ki, “Neftçi”nin məqsədi artıq çempionat yox, kuboku qazanmaqdı. Çünki “Qarabağ”la, “Sabah”la aradakı xal fərqi az deyil”.

Fərəc ASLANOV

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31