9 Noyabr 2026, Bazar ertəsi
Millimiz Latviyaya məğlub oldu
“Çempionatın ən gənc komandasıyıq”
“Şamaxı" və "Sumqayıt"dan xal itkisi
Azərbaycan Zəfər Gününü qeyd edir

Ölkə futbolu

Oktay Dərəlioğlu: “Azərbaycan çətin gündə qardaşlığını göstərdi”

“Təbii ki, baş verən faciə bizi çox məyus etdi. Zəlzələnin fəsadları, insanların ölümü hər birimizin ürəyini parçalayır”.

Futbolxeber.az saytına açıqlamasında bu sözləri Türkiyə millisinin və “Xəzər Lənkəran”ın sabiq hücumçusu Oqtay Dərəlioğlu deyib.

Veteran futbolçu qeyd edib ki, bu çətin gündə Azərbaycan xalqı Türkiyəyə qardaşlığını növbəti dəfə sübuta yetirib:

“Azərbaycan çətin gündə yanımızda oldu, qardaşlığını göstərdi. Buna görə Azərbaycan xalqına sizin vasitənizlə təşəkkürümü bildirirəm. Biz bir millət, iki dövlətik. Pis gündə də, yaxşı gündə də”.

Hazırda məşqçi kimi Şimali Makedoniyada çalışan Dərəlioğlu bu ölkədə Türkiyədə baş vermiş faciəyə görə matəm elan olunduğunu bildirib:

“Bildiyiniz kimi, hazırda Şimali Makedoniyanın “Qostivari” klubunda çalışıram. Çətin gündə vətənimdə olmasam da, burdan da ehtiyacı olan insanlara yardım göndəririk. Ölkəmiz üçün nə lazımdırsa, kənardan da edirik. Klub tərəfindən də dəstək oldu. Hətta bu gün matəm elan olunub. Allah bir daha heç kimə bu cür acı yaşatmasın”.

Xatırladaq ki, Oqtay Dərəlioğlu 2004-2005 mövsümündə “Xəzər Lənkəran”da çıxış edib. O, Lənkəran klubunda meydana çıxdığı 17 oyunda 16 qol vurub.

Fərəc ASLANOV

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30