Ölkə futbolu
Qurban Qurbanov: "Sanki Elçin Məsiyev bizim qohumumuzdur"
"Maraqlı oyun alındı. Qış fasiləsindən sonra ilk matç idi ki, dinamik, sürətli keçdi. Futbolçularımdan razı qaldım. Bu gün heç bir komanda uduzmağa layiq deyildi. Hər iki komandaya uğurlar arzulayıram. Ədalətli nəticə bərabərlik idi".
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 22-ci turunda keçirilən "Sabah"la oyundan (1:1) sonra keçirilən mətbuat konfransında deyib.
O, qapıçı mövqeyi ilə bağlı söyləyib: “Biz “Gent”lə oyunda meydana Amin Ramazanovla çıxmağa qorxmuruq. Rəqib yaxşı komandadır və güclü liqada mübarizə aparır. Hansı rəqibə qarşı oynasaq da, sonadək mübarizə aparacağıq. Meydana çıxan bütün futbolçulara inanıram. Bu gün qapını Aminə tapşırdıq. Rəqibin oyununa yenidən baxacaq və daha sonra start heyəti ilə bağlı qərar verəcəyik. “Gent”lə matçda istənilən futbolçunun çıxış etmək ehtimalı var. “Gent”in oyununu stadiondan izləmişəm. Fərqli sistemdə çıxış edən komandadır. Sürətli oyunçuları var. Bizə xoş olmayan kollektivdir. Amma bu cür klublara qarşı çıxış etmirik. Hansısa rəqibdən çəkinmək istəmirik”.
Mütəxəssis "Sabah"ın mübahisəli penalti epizodu haqda da danışıb. O, "Marsel"lə matçda "feyr-pley" etmiş adamsınız. Sizcə, "Qarabağ"ın Elçin Məsiyevin rəğbət bəsləməsinə ehtiyacı var?" sualını belə cavablandırıb: "Elə dediniz ki, sanki Elçin Məsiyev bizim qohumumuzdur. Epizoda baxmısınız ya, yox bilmirəm. Ramil Şeydayevin epizoduna da baxmısınız? Mənim "feyr-pley"imlə düzgün müqayisə etmədiniz. Hakimliklə bağlı o qədər yeniliklər var. Baxmaq lazımdır ki, Romao haradadır, məsafə nə qədərdir. Ən ədalətli insanlar hakimlər olmalıdır. Ən ağır peşə də onlarındır. Xahiş edirəm, bu epizodla mənim etdiyim "feyr-pley"i yan-yana qoymayın. Bu, mənə aid olmayan epizoddur".
O, yeni transferlərin işə yanaşmalarından razı olduğunu vurğulayıb: "Hazırlıqları məni tam qane etmir. Diakabi bizə tez qoşulmuşdu. O da oyunlardan, məşqlərdən uzaq qalmışdı. Diakabinin hazırlığı digərlərinə baxanda daha yaxşı səviyyədədir. Amma ona da vaxt lazımdır. Benzia da öz formasından çox uzaqdır. Ona çox vaxt lazım ola bilər ki, əvvəlki formasını bərpa etsin. Tələsmirik. Ehtiyatlanırıq. Adama Diakabi “Şamaxı” ilə matçda 30 dəqiqə meydanda oldu və əzələsində ağrılar hiss etdi. Ehtiyatlı olmalıyıq”.
Q.Qurbanov komandanın hücumçusu Ramil Şeydayevin xarici klublardan təklif aldığı xəbərlərinə belə münasibət bildirib: "Buna normal baxıram. Çünki, hər bir çempionatda üzdə olan oyunçulara maraq böyük olur. Bombardirlər sırasındadırsa, mütəmadi oynayırsa, maraq olacaq. Ramilin maya kimi bizimlə müqaviləsi var. "Transfer pənəcərisi" də bağlanıb. Harasa getməsi real görünmür. Bizimlədir. Danışıqlar aparacağıq".
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Neftçi” 5 min manat cərimələndi
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Asif Məmmədovdan 18 ilin rekordu
- "Sumqayıt"ın qələbə həsrəti bitdi
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Kurban Berdiyev: “Bu sualı niyə mənə verirsiniz?”
-
16:49
Zirədə Dövlət Bayrağı Gününə həsr olunan aksiya keçirilib FOTOLENT
-
16:27
Babək Quliyev UEFA-dan təyinat alıb
-
16:00
Azərbaycan millisi Olimpiya çempionu oldu
-
15:36
Yağışa görə II Liqanın oyunu təxirə salındı
-
15:14
"Trabzonspor" səfərdə sevindi VİDEO
-
14:48
Millimizin üzvü "Basketball Without Borders" proqramında iştirak edəcək
-
14:23
"Beşiktaş" 3 xalı 3 qolla qazandı VİDEO
-
13:55
Viçko Şevel: “Bu, sadəcə ilk dövrədir”
-
13:31
"Fənərbaxça"dan darmadağın VİDEO
-
13:19
Yunuszadə ehtiyatda qaldı, komandası uduzdu
-
13:00
"Yuventus"dan xal itkisi VİDEO
-
12:42
Renat Dadaşov yenə oynamadı
-
12:27
"Milan"ın qələbəsi VİDEO
-
12:06
Zamiq darmadağını kənardan izlədi
-
11:54
200-cü heç-heçə
-
11:38
"İnter" "Komo"ya şans tanımadı VİDEO
-
11:13
Murad Məmmədov üçün 31 dəqiqə
-
10:45
"Çelsi" autsayderə uduzdu VİDEO
-
10:21
Mahirdən qol ötürməsi, “Rakuv”dan qələbə
-
10:09
"Liverpul" qələnə həsrətinə son qoydu VİDEO
-
09:52
Nəriman yenə ehtiyatda qaldı
-
09:30
"Barselona"dan əzmkar qələbə VİDEO
-
21:42
Millimiz Latviyaya məğlub oldu
-
20:49
"Şamaxı"dan əzmkar heç-heçə VİDEO
-
20:11
“Çempionatın ən gənc komandasıyıq”
-
19:26
“Şamaxı" və "Sumqayıt"dan xal itkisi
-
19:00
“Araz-Naxçıvan”ın futbolçusu üçün yubiley
-
18:37
"Sumqayıt" səfərdən 1 xalla qayıtdı VİDEO
-
18:16
Filipe Kandido: “Rəqibdən yaxşı oynadıq, amma bu, qələbə üçün kifayət etmədi”
-
15:43
Şahrudin Məhəmmədəliyev 100-ə çatdı
-
14:28
Azərbaycanın kayak və kanoeçiləri beynəlxalq yarışın mükafatçıları olublar
-
14:05
“Qarabağ” antirekordun bir addımlığında: 15 mövsümdə ilk dəfə
-
13:32
Azərbaycan Premyer Liqasında son 4 mövsümün antirekordu
-
13:14
“Qarabağ” üzərində qələbə bizə əlavə motivasiya verir”
-
12:59
"Roma" 3 xalı 3 qolla qazandı VİDEO
-
12:41
“Traktor” evdə qalib gəldi
-
12:27
"Tottenhem" səfərdə xalsız qaldı VİDEO
-
12:00
“Qəbələ”nin futbolçusu: “Millidə oynamaq hər bir futbolçu üçün şərəfdir”
-
11:36
"Arsenal"dan çətin qələbə VİDEO
-
11:13
Millimizin üzvü oynamadı, komandası xalsız qaldı
-
10:58
PFL-dən “Zəfər Günü” süjeti: “Futbol döyüş yorğunluğumuzu çıxarmaq üçün yaxşı vasitə idi” VİDEO
-
10:45
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:22
"Qalatasaray"ın oyununda 7 qol vuruldu VİDEO
-
10:09
Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
-
09:54
"Bavariya" səfərdə sevindi VİDEO
-
09:31
Rüfət oynadı, komandası qalib gəldi
-
09:17
"Mançester Siti" uduzdu VİDEO
-
09:00
Azərbaycan Zəfər Gününü qeyd edir
-
21:55
Zirədə 3 qol vuruldu VİDEO
-
21:37
Sadıqov: "Önəmli 3 xal qazandıq"
09.11.2026
08.11.2026
07.11.2026

















.jpeg)

.jpg)




