Ölkə futbolu
Tərlan Əhmədovun üsyanı: “Premyer Liqada qalandan sonra “Kəpəz”dən gedəcəm”
“Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının XXII turunda “Turan Tovuz”a 0:2 hesabı ilə uduzduqları oyun barədə danışıb.
Futbolxeber.az saytının məlumatına görə, mütəxəssis komandasının yenilgisini belə şərh edib: “Məğlubiyyət xoş deyil. “Qarabağ”la oyundan sonra bəlkə də komandada eyforiya var idi. Futbolçular mübarizə apardı. Lakin 2 səhvə yol verdik. İlk hissənin sonunda qol buraxmağımız bizə çox pis təsir etdi. Mübarizə apardıq, amma rəqib daha istəkli idi. Çalışacağıq ki, bu vəziyyədən çıxaq. Bugünkü görüşlə bağlı deyiləcək çox söz yoxdur”.
Əhmədov azarkeşlərin onu istefaya səslməsinə belə münasibət bildirib: “Fanatları başa düşmək olar. Amma bura gələndə məni nələr gözlədiyini, hansı təzyiqlərlə üzləşəcəyimi bilirdim. Rəhbərliklə söhbətdən sonra getməyimlə bağlı qərar olsa, klubdan ayrıla bilərəm. O qədər olub ki, yaxşı nəticə verdiyim yerdən işimdən uzaqlaşdırılmışam ki... 2 il işsiz qaldım, dünya dağımadı ki. AZAL-da, “Kəpəz”də, “Neftçi”də ağır vəziyyətdə işləmişəm. Amma nəticə verdikdən sonra getmişəm. Sabah rəhbərliklə görüşdə bu məsələni müzakirə edəcəyik”.
“Kəpəz”in çalışdırıcısı meydandan kənarda gedən oyunların işinə pis təsir etdiyini vurğulayıb: “Kaş ki bu dünya düz olardı. Hər şey insanların ədaləti ilə olsaydı, nə var idi ki... Türkiyədə zəlzələdən sonra insanların həyatda qalmaq uğrunda mübarizə aparmasını görmək çox ağırdı. Neçə gündür özümə gələ bilmirəm. Bu qədər faciələr yaşansa da, bəşər övladı düzəlmir. Hərdən insanlığımızı unuduruq. Ola bilər bu gün Tərlanı istəməsinlər, mən Gəncə futbolu ətrafında baş verənəri açıqlamaq istəmirəm. Bəzi söhbətlər mənimlə qəbrə gedəcək. Bilirəm ki, hansı çay evində görüşürlər, nələr danışırlar. Bakılı-gəncəli söhbətinin olması heç də yaxşı deyil”.
Əhmədov bildirib ki, sələfi Yaşar Vahabzadənin aqibətini yaşayır: “Yaşar Vahabzadə getdi, sabah mən də gedim, nə dəyişəcək ki? Heç kim hansı problemlər yaşadığımızı bilmir. Heç nə olmayan bir vəziyyətdə komandanı dirçəltmək istəyirik. Təzyiqləri bilirəm. Allahları bilsin, özləri bilsin”.
O qeyd edib ki, indi yox, mövsümün sonunda istefa verə bilər: “Bu gün istefa versəm, çox adam çörəksiz qalacaq. Bu gün getmək istəmirəm. “Kəpəz” ətrafında gedən oyunlar bəllidi. Hər şey mətbuata sızdırılır. Çox adam da hər şeyi bilir. Mən nə açıqlayım ki? Heç vaxt da deməyəcəm. Təəssüf ki, problemlər barədə klub rəhbərliyini məlumatlandırsam da, öz həllini tapmır. Bu gün uduzmuşuqsa, bu, mənim səhvimdir. Bəli, həmin adamlara gücüm çatmr. Lakin mən nankor insanların belə çörəyinə bais olmaq istəmirəm. Bir futbolçumuz həkim müayinəsinə gedib, amma orda arxamca danışıb və həkim onu xəstəxanadan qovub. Komandanın iclasında isə bunu boynuna almadı. Mən əvvəldən demişdim ki, “Kəpəz”də nəticə verəndə məni şərləyib çıxaracaqlar”.
Əhmədov qeyd edib ki, ilk dəfə deyil bu cür halla üzləşir: “Daha əvvəl də işlədiyim yerdə adıma söz çıxartmışdılar. Sonra gördülər ki, hər şey yalandı. İşin tələbi nədirsə, mən onu edirəm. Jurnalistlərlə də səmimi danışıram. Heç kim deyə bilməz ki, Tərlan kiminsə haqqına girib. Futbolçu da, klubun əməkdaşı da düz işləməlidi. Sabah hansısa köməkçimi qovsam, deyəcəklər Tərlan düz işləmir. Axı niyə? Rəhbərliyə siyahı verdim ki, bu futbolçuları hissə-hissə göndərmək lazımdır. Amma klubdan bir nəfər futbolçuları öyrədir ki, getməyin, pulunuzu tələb edin. Bu cür hallar da komandada atmosferi pozur. Çoxları öndə getdiyim üçün məni qəbul edə bilmir. Hər zaman çalışmışam ki, özümü şəxsiyyət kimi formalaşdırım. Ailədə övladlarımı da bu cür tərbiyə edirəm. Bu gün sizin qarşınızda deyirəm, Premyer Liqada qalandan sonra “Kəpəz”dən gedəcəm”.
İbrahim CƏFƏROV
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Neftçi” 5 min manat cərimələndi
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Asif Məmmədovdan 18 ilin rekordu
- "Sumqayıt"ın qələbə həsrəti bitdi
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Kurban Berdiyev: “Bu sualı niyə mənə verirsiniz?”
-
16:49
Zirədə Dövlət Bayrağı Gününə həsr olunan aksiya keçirilib FOTOLENT
-
16:27
Babək Quliyev UEFA-dan təyinat alıb
-
16:00
Azərbaycan millisi Olimpiya çempionu oldu
-
15:36
Yağışa görə II Liqanın oyunu təxirə salındı
-
15:14
"Trabzonspor" səfərdə sevindi VİDEO
-
14:48
Millimizin üzvü "Basketball Without Borders" proqramında iştirak edəcək
-
14:23
"Beşiktaş" 3 xalı 3 qolla qazandı VİDEO
-
13:55
Viçko Şevel: “Bu, sadəcə ilk dövrədir”
-
13:31
"Fənərbaxça"dan darmadağın VİDEO
-
13:19
Yunuszadə ehtiyatda qaldı, komandası uduzdu
-
13:00
"Yuventus"dan xal itkisi VİDEO
-
12:42
Renat Dadaşov yenə oynamadı
-
12:27
"Milan"ın qələbəsi VİDEO
-
12:06
Zamiq darmadağını kənardan izlədi
-
11:54
200-cü heç-heçə
-
11:38
"İnter" "Komo"ya şans tanımadı VİDEO
-
11:13
Murad Məmmədov üçün 31 dəqiqə
-
10:45
"Çelsi" autsayderə uduzdu VİDEO
-
10:21
Mahirdən qol ötürməsi, “Rakuv”dan qələbə
-
10:09
"Liverpul" qələnə həsrətinə son qoydu VİDEO
-
09:52
Nəriman yenə ehtiyatda qaldı
-
09:30
"Barselona"dan əzmkar qələbə VİDEO
-
21:42
Millimiz Latviyaya məğlub oldu
-
20:49
"Şamaxı"dan əzmkar heç-heçə VİDEO
-
20:11
“Çempionatın ən gənc komandasıyıq”
-
19:26
“Şamaxı" və "Sumqayıt"dan xal itkisi
-
19:00
“Araz-Naxçıvan”ın futbolçusu üçün yubiley
-
18:37
"Sumqayıt" səfərdən 1 xalla qayıtdı VİDEO
-
18:16
Filipe Kandido: “Rəqibdən yaxşı oynadıq, amma bu, qələbə üçün kifayət etmədi”
-
15:43
Şahrudin Məhəmmədəliyev 100-ə çatdı
-
14:28
Azərbaycanın kayak və kanoeçiləri beynəlxalq yarışın mükafatçıları olublar
-
14:05
“Qarabağ” antirekordun bir addımlığında: 15 mövsümdə ilk dəfə
-
13:32
Azərbaycan Premyer Liqasında son 4 mövsümün antirekordu
-
13:14
“Qarabağ” üzərində qələbə bizə əlavə motivasiya verir”
-
12:59
"Roma" 3 xalı 3 qolla qazandı VİDEO
-
12:41
“Traktor” evdə qalib gəldi
-
12:27
"Tottenhem" səfərdə xalsız qaldı VİDEO
-
12:00
“Qəbələ”nin futbolçusu: “Millidə oynamaq hər bir futbolçu üçün şərəfdir”
-
11:36
"Arsenal"dan çətin qələbə VİDEO
-
11:13
Millimizin üzvü oynamadı, komandası xalsız qaldı
-
10:58
PFL-dən “Zəfər Günü” süjeti: “Futbol döyüş yorğunluğumuzu çıxarmaq üçün yaxşı vasitə idi” VİDEO
-
10:45
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:22
"Qalatasaray"ın oyununda 7 qol vuruldu VİDEO
-
10:09
Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
-
09:54
"Bavariya" səfərdə sevindi VİDEO
-
09:31
Rüfət oynadı, komandası qalib gəldi
-
09:17
"Mançester Siti" uduzdu VİDEO
-
09:00
Azərbaycan Zəfər Gününü qeyd edir
-
21:55
Zirədə 3 qol vuruldu VİDEO
-
21:37
Sadıqov: "Önəmli 3 xal qazandıq"
09.11.2026
08.11.2026
07.11.2026

















.jpeg)

.jpg)




