5 Avqust 2026, Çərşənbə
“Şamaxı” “Qəbələ”yə qalib gəldi
Yunuszadə Türkiyə klubunda
Şeydayevin yeni klubu müəyyənləşdi
“Sumqayıt”da braziliyalı hücumçu

Ölkə futbolu

Rövlan Muradov 100-ə çatdı

Rövlan Muradov “Qəbələ”də 100-cü oyununu keçirib. 

Futbolxeber.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, 25 yaşlı yarımmüdafiəçinin yubileyi AzərbaycanPremyer Liqasının XIX turuna təsadüf edib.

O, “Kəpəz”lə səfər qarşılaşmasının 56-cı dəqiqəsində meydana daxil olub. Muradov klub tarixinə 100 və daha çox matç keçirən 11-ci futbolçu kimi düşüb.

Rövlan bu görüşlərdə 12 qol vurub. O, Premyer Liqada 85 (10 qol), kubokda 12 (1 qol), avrokuboklarda 3 (1 qol) dəfə meydana çıxıb.

Xatırladaq ki, Muradov yetirməsi olduğu “Qəbələ”də 2019-cu il mayın 11-də debüt edib. Onun ilk rəsmi matçı Premyer Liqada “Sumqayıt”a qarşı olub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31