Ölkə futbolu
Vitali Borisov: “Futbol oynasaydım, maddi baxımdan daha çox qazanardım”
Futzal üzrə milli komandamızın sabiq üzvü Vitali Borisovun Azfutzal.az-a müsahibəsinin ikinci hissəsi
- Yerli futzalçılarımız niyə legioner həyatı yaşaya bilmirlər? Daha doğrusu, marağında deyillər?
- Bu suala konkret cavab verə bilmərəm. Ola bilər, klub səviyyəsində nəticələrimiz son illərdə bir qədər zəifləyib, diqqətdən kənarda qalırlar. Həm də niyə zəifləyib, onu da aydınlaşdıra bilmirəm. Çünki rəhbərlik hər cür şərait yaradır, toplanışlarımız olur, güclü legionerlər dəvət edilir, məşqçi heyəti də yaxşıdır. Bir fakt deyim, 2014-cü ildə Türkiyədə toplanış, ardınca Serbiyada hazırlıq prosesi keçirdik, getdik Avropa çempionatına, amma nəticə uğursuz oldu. Taktiki, bəlkə də fiziki cəhətdən səhvlər etdik, səbəbini özüm üçün hələ də müəyyənləşdirə bilməmişəm. Pandemiyadan əvvəl Xətai Bağırov Taylandda oynadı qısa müddət. Söhbət etdim ki, niyə qala bilmədin? Müəyyən səbəblər dedi, amma dözmək lazım idi, o tanınmış oyunçumuzdur. İsa ilə Xətai Belçikaya da getdilər, amma 4-5 aydan sonra döndülər. Hər ikisi kiçik qardaşımdır, xətirlərini çox istəyirəm, amma qalmamaq səbəbləri maraqlı idi. Rövşən Hüseynli “Torpedo” kimi komandaya keçdi. Özünə də dedim ki, Rusiyada qapıçı məktəbi hər zaman güclü olub, ora getməsi özünü təsdiq etmək baxımdan əla fürsət idi. Hətta o, bir qədər də məşq etsə, Avropada daha yaxşı kluba keçə bilərdi. Hazırda Qazaxıstandadır, oyunlarını izləyirəm, komandasına çox kömək edir. Əlbəttə, arzulayıram ki, daha güclü klublara, çempionatlara keçsin.
- Ən yaddaqalan oyunun hansıdır?
- Millinin forması altında keçirdiyim ilk görüş. Portuqaliyaya 1:2 hesabı ilə uduzsaq da, matç mənim üçün əhəmiyyətli idi. Həm debüt etdim, həm də qol hesabımı açdım. 2010-cu ildə “Dördlər finalı”nda “Luparense” ilə 3-cü yer uğrundakı qarşılaşmanı da unutmayacağam. 2016-cı ildə Kolumbiyada təşkil olunan dünya çempionatının 1/8 final mərhələsi çərçivəsində Taylandla görüş də qeyri-adi oyun oldu. Əlavə vaxtda səhv etmirəmsə 6 qol (oyun millimizin 13:8 (əsas vaxt 7:7) hesablı qələbəsi ilə yekunlaşdı) vurduq. 2014-cü il AÇ-də Sloveniyaya 2:5 hesabı ilə uduzurduq, baş məşqçi qapıçını oyunçu ilə əvəzlədi və yekunda 7:6 hesabı ilə qələbə qazandıq. “Dina” və “Ekonomaç”ın heyətində də maraqlı oyunlar keçirmişəm. Təbii ki, ancaq qələbə qazandığımız oyunlar daha çox yadda qalır.
- Vurduğun qollardan hansı xilaskar rolunu oynayıb?
- 2010-cu ildə İtaliya “Luparense”si ilə UEFA kubokunun üçüncü yer uğrunda matçının gedişində də qol vurdum, görüş 2:2 hesabı ilə yekunlaşdı. Oyunsonrası penaltilər seriyasında bizim sonuncu penaltini mən dəqiq vurdum, ardınca qapıçımız Tveryankin rəqibin zərbəsini zərərsizləşdirdi və biz bürünc medal qazandıq. “Ekonomaç”la da Çempionlar Liqasında iki dəfə 1:0 hesablı qələbə qazandıq və hər ikisində mən fərqləndim.
- Serbiya ilə oyunda qalmaqal olmuşdu, onu bəlkə xatırlayaq?
- 2007-ci ildə Niderlandda Avropa çempionatının seçmə mərhələsinin oyunları idi. Serbiya ilə qarşılaşırdıq. Hesab isə 5:5 idi. Periçi keçmişdim, bu zaman ehtiyat skamyada oturan komanda yoldaşı "şitki"sini oyun meydanına - ayağımın altına atdı. Halbuki mən topu Sərxana ötürürdüm və o, qapıçı ilə təkbətək çıxırdı. Düzdür, ötürmə etdim, amma şitkini atmasaydılar, daha rahat mövqedə olacaqdım və yaxşı ötürmə edəcəkdim. Həmin hadisəyə görə qalmaqal yaşandı.
- Futbolda son illərdə Messi-Ronaldo müqayisəsi aparılır. Bəs futzalda hansı ulduz oyunçuları bu baxımdan bir-birinə rəqib görürsən?
- Gənclik illərimdə daha güclü oyunçular çıxış edirdi. Ancaq son illərdə iki futzalçını bir-biri ilə müqayisə edərdim. Söhbət Portuqaliya millisinin üzvü Rikardinyo və Braziliya yığmasının lideri Falkaodan gedirdi. İndi hər ikisi karyerasını başa vurub. Yeri gəlmişkən, Rikardinyo millidə ilk oyununu bizə qarşı keçirib. Yoldaşlıq oyununda üz-üzə gəlmişdik, onda gənc idi, onu heç kim tanımırdı. Sonrakı illərdə ona qarşı 10-dan çox oyunda üz-üzə gəlmişəm, amma Falkao ilə qarşılaşmamışam. Kim braziliyalıya qarşı oynayıbsa, onu tərifləyir. Amma mənə görə Rikardinyo üstündür. Çünki portuqaliyalı müdafiəyə də kömək edirdi, ötürmələr də verirdi. Falkao isə ancaq topla olanda diqqət mərkəzinə düşürdü. Ümumiyyətlə, bir neçə yaxşı futzalçılara qarşı oynamışam. Komanda yoldaşım Serjao kimi “stolb” futzalda maksimum 3-4 nəfər olar. Yaxşı mübarizə aparırdı, 120 kiloqram çəkisi olmasına baxmayaraq, topun qarşısnı kəsmək üçün özünü atırdı. Ondan topu almaq mümkün deyildi.
- Qapıçılardan kimə qol vurmaqda çətinlik çəkirdin?
- Ağıllı qapıçıya qol vurmaq hamı üçün çətin olur. Serbiya millisinin qolkiperi Akseniyeviçi fərqləndirərdim. Qapıçı adi bir hərəkətə aldanıb yıxılırsa, üzünü çevirirsə, ona qol vurmaq çox asandır.
- Bəs hansı komandaya qarşı oynamaq istəməzdin?
- İtaliya. İki dəfə qarşılaşmışıq, hər ikisində də məğlub olmuşuq. Həmin İtaliya indikindən çox güclü idi. Həmin heyətdə Mammarella, Lima, Folya kimi ulduz oyunçular yer alırdı. Komanda özü də oynamırdı, rəqibə də oynamaq imkanı vermirdi. Amma səhvlərdən də məharətlə istifadə edirdilər. Amma Braziliya millisinə qarşı oynamağı arzulamışam. Heyif ki, oynadığım dövrdə bu baş vermədi.
- Rikardinyodan danışdın, bu günlərdə müsahibə verən portuqaliyalı belə bir fikir səsləndirib: Bildiklərimi gənclərə öyrətmək istəyirəm, çünki 23-24 yaşıma qədər çoxlu səhvlər etmişəm, istəmirəm onlar bunu təkrarlasınlar. Sənin necə, gənclərə hansısa tövsiyələrin varmı?
- Gənclərə mən də taktiki planda nələrsə öyrətmək istərdim. Amma hansısa ciddi səhvlərim olmayıb ki, ondan danışım. Seçimlərimi hər zaman vaxtında və düzgün etmişəm. “Dina”ya tez getsəydim, karyeram belə alınmayacaqdı, tez də geri qayıdacaqdım. Ora keçidim zamanında olmuşdu. Qaldı gənclərə nəyisə məsləhət görməyə, onsuz da onların öz fikirləri var, bildiklərini edəcəklər. Komandamı heç vaxt pula görə dəyişməmişəm. “Tribut”a keçən zaman “Azərneftyanacaq” da xidmətimdə maraqlı idi. Həm də ən yaxşı maaşı onlar verirdi, baş məşqçi də Hacıbala Abdullazadə idi. Bəxtim gətirdi ki, ora getmədim, düşdüm Babaş, Mamed, Müslüm kimi oyunçuların yanına. İncitmirdilər, səhvlərim olanda üstümə qışqırmırdılar, əksinə, öyrədirdilər. “Azərnefyanacaq”da Mahir Eyniyev, Ağatahir Əzimov kimi tanınmış futzalçılar var idi. Ora getsəydim, bu qədər inkişaf etməyəcəkdim.
- Futzalı seçdiyinə görə peşman olmusan?
- Futbol oynasaydım, maddi baxımdan daha çox qazanardım. Amma futzalda daha çox tanınmışam. Minifutbolla səfərimiz zamanı o qədər tanışlarımla qarşılaşdım ki... Futzalçı kimi Avropa çempionu və Çempionlar Liqasının qalibi olmaq istərdim. 2014-cü ildə “Barselona” ilə maraqlı qarşılaşmamız oldu və onlara oyunsonrası penaltilərdə yenildik. Qərarıma görə peşman deyiləm.
- Qiraətlə aran necədir?
- İndi oxumuram. Bilirəm ki, yaxşı hal deyil. Daha çox tarixi filmləri izləməyi xoşlayıram. “Xaç atası” mənim üçün nömrə birdir. Köhnə sovet, eləcə də Azərbaycan filmlərinə baxıram. “Arşın mal alan”, “O olmasın, bu olsun”, “Qaynana”, “Bir cənub şəhərində” kimi filmləri çox bəyənirəm.
- Milliyətcə russan. Həm orta, həm də ali təhsilini rus dilində almısan. Azərbaycan dilini məcburiyyətdən öyrənmisən?
- Niyə məcburiyyətdən? Hər kəs yaşadığı ölkənin dilini bilməli və hörmət etməlidir. Burada fəxr olunası heç nə yoxdur. 1980-ci illərdən fərqli olaraq 90-cı illərdə Azərbaycan dilində danışanların sayı çoxaldı. Mən də məhəlləmizdəki həmyaşıdlarımla danışa-danışa dilimizi öyrəndim. Yəni sən həmin ölkənin dilində danışmalısan, onlar sənin dilində yox. Serbiyada yaşıyan zaman da hörmət əlaməti olaraq onların dilini öyrənməyə çalışırdım.
- Mətbəxlə aran necədir?
- Yarpaq dolması ən xoşladığım yeməkdir. Adətən səfərlərdən dönəndə anam mənim üçün dolma bişirirdi. Özüm də yemək bişirirəm, amma yarpaq dolmasını yox, onu bükməyi bacarmıram.
- Neçə övladın var?
- Bir qızım var.
- Ailə qurmağının tarixçəsindən danışa bilərsən?
- Yoldaşımla Moskvada - “Dina”da oynayanda tanış olmuşam. Sonra mən Bakıya “Araz-Naxçıvan”a qayıtdım, amma 6 ay sonra nişanlandıq, ardınca 2 toy etdim - Moskvada və Bakıda. Yoldaşımın atası Asiya tərəfdəndir. Həm ora toyunu gördülər, həm də bizim toyu.
- Bəyəndilər?
- Əlbəttə, xoşlarına gəldi. Həm adətlərimiz, həm musiqilərimiz, həm də yeməklərimiz. “Futbolçu toyu” etməmişdim, çox az adama dəvət göndərmişdim.
- Ailən hazırda Moskvada yaşayır. Onlardan ayrı qalmaq çətin deyil?
- Çətindi. Bu da məcburiyyətdən alındı. Karantindən əvvəl ora getmişdik. Mən işlə əlaqədar Bakıya tez gələsi oldum, sonra yollar bağlandı və onlar gələ bilmədilər. Qızım məktəbə Moskvada gedir, onun təhsilinə görə hələ ki, Bakıya gəlməkləri alınmır. Tez-tez gedib-gəlirəm.
- Azərbaycan dilini bilirlər?
- Yoldaşım müəyyən sözləri öyrənmişdi. O, ingilis, rus, ispan dillərində danışır.
- Səni soyuqqanlı insan kimi tanıyırıq. Meydanda nə vaxtsa kiminləsə dalaşmısan?
- Hər zaman çalışmışam hakimlərə hörmət edim. Heç vaxt söyüşə, təhqirə görə vərəqə almamışam. İradımı da mədəni şəkildə bildirmişəm. Amma hirsləndiyim vaxtlar da olub. Bir dəfə Serjao ilə başqa oyunçuya görə mübahisəm düşmüşdü. Təsəvvür edirsiz, qarşımdakı 120 kiloluq biri (gülür)...
- Gələcəklə bağlı planların necədir?
- Futzalla bağlı yaxşı layihə olsa, qəbul edərəm. Birinci Liqa komandalarının birindən təklif almışdım. Həftədə iki dəfə məşq keçəcəydik, bir dəfə də oyuna çıxacaqdıq. Qəbul etmədim. Bu ciddi iş deyil, həvəskar yanaşmadı.
Mahal Şahniyar
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Rəhman Hacıyev “Səbail”dən getdi, yeni klubu da məlumdur
- Qurban Qurbanov Qara Qarayevin təyinatından danışdı
- Azərbaycanda işləmiş məşqçi “Real”da Arbeloanın köməkçisi oldu - ÖZƏL
- "Neftçi"nin "Piramids"lə oyununun vaxtı və yeri məlum oldu
- “Neftçi”nin media koordinatoru: “Azarkeşlərimiz bu cür xəbərlərə inanmasınlar”
- Sənə güvəndiyim dağlar...
- “Neftçi” ilə oyunu maraqla gözləyir: “O, “Real”a qalib gəlib”
- "Neftçi" Abu Dabi toplanışına start verdi
- “Dinamo” I və II Liqada yeganə komandadır ki, heç bir maliyyə dəstəyi olmadan bu işləri görür”
- “Araz-Naxçıvan” Elmar Baxşıyevin müqaviləsinə hələ də xitam verməyib
- "Kəpəz" onun transferini açıqladı
- "Neftçi" "Kayrat"ı darmadağın etdi
- “Neftçi”nin yarımmüdafiəçisi Misirə qarşı oynadı
- “Neftçi”nin sabiq müdafiəçisi “Qarabağ”la “Kayrat”ı müqayisə etdi
- "Qarabağ" - "Ayntraxt" oyununun hakimləri müəyyənləşdi
-
19:19
“Qarabağ” 2026-cı ildə ilk transferini reallaşdırdı
-
19:04
“Sumqayıt” sağlamlıq imkanları məhdud uşaqlarla görüşdü FOTOLENT VİDEO
-
18:56
Cüdoçularımız Belçikada Olimpiya Təlim Düşərgəsinə qoşulublar
-
18:21
Addai: “Sabah”la oyunlarda nəyə qadir olduğumuzu göstərəcəyik”
-
17:35
"Anderlext"də baş məşqçi istefası
-
17:08
“Sumqayıt” - “Zirə” oyunun biletləri satışda
-
16:42
Millimizin Özbəkistanla oyunlar üçün heyəti açıqlandı
-
16:17
Həndbol üzrə ölkə çempionatında V turun oyunları keçirilib
-
15:53
"Qarabağ"ın sabiq futbolçusu I Liqa klubunda
-
15:39
"Şamaxı"nı Malta klubuna dəyişdi
-
15:00
“Turan Tovuz”un debütantı: “Qarabağ”dan xal ala bilərdik...”
-
14:44
Boks millimiz ilin ilk təlim-məşq toplanışına start verib
-
14:26
"Araz-Naxçıvan"ın sabiq futbolçusu I Liqa klubunda
-
14:08
Cüdo millilərimizdə yeni məşqçi təyinatları
-
13:37
“Neftçi”nin 200-cü “qol silahı”
-
13:15
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:52
Azərbaycan çempionatları tarixinə düşdü
-
12:40
Mustafa Sek: “Bir qələbə ilə kifayətlənmək olmaz, ardını gətirməliyik”
-
12:21
"Tottenhem" - "Mançester Siti" matçında 4 qol VİDEO
-
12:09
“Neftçi”nin 1030 gün gözlədiyi qələbə
-
11:52
PSJ-dən çətin qələbə VİDEO
-
11:34
"Xankəndi"dən növbəti transfer
-
11:18
"Old Trafford"da dramatik sonluq VİDEO
-
11:06
Nigar Mirzəliyeva Bundesliqada debüt etdi
-
10:43
"İnter" oyunun taleyini ilk hissədə həll etdi VİDEO
-
10:27
"Karvan-Yevlax"dan ayrıldı, "Mingəçevir"ə keçdi
-
10:12
Mbappe "Real"a qələbə qazandırdı VİDEO
-
09:51
Kadi qayıdışını “Futbolxeber”ə şərh etdi: “Liverpul”a yalnız biz 0:6 hesabı ilə uduzmamışıq”
-
09:35
"Qalatasaray" "Kayserispor"u darmadağın etdi VİDEO
-
23:14
Zubir "Qarabağ"a qələbə qazandırdı VİDEO
-
22:28
"Qarabağ" yeni transfer edir
-
22:06
Qurban Qurbanov: “Emosiyalara qapılıb etirazımı bir az sərt formada bildirdim”
-
21:49
Kurban Berdıyev: “Nədənsə VAR həmin epizodda ofsayd xəttini göstərmədi”
-
20:33
"Qarabağ" və "Neftçi"dən qələbə
-
20:25
Kadi Borges meydana qayıtdı
-
20:12
"Sumqayıt"da gözlənilməz ayrılıq
-
19:51
“Neftçi” 3 xalı 4 qolla qazandı VİDEO
-
18:47
Andrey Demçenko: "Burada qalmağım nəticədən asılıdır"
-
18:30
Yuri Vernidubdan qələbə şərhi
-
02:39
Qurban Qurbanov: “Pley-offa vəsiqəni haqq etdik”
-
02:12
“Qarabağ” üçün pley-offda 2 potensial rəqib: PSJ və...
-
02:04
ÇL: “Qarabağ” pley-offa yüksəldi
-
01:51
"Qarabağ" "Liverpul"a uduzdu
-
23:00
“Liverpul” - “Qarabağ”: Heyətlər açıqlandı
-
18:42
"Şamaxı"da növbəti transfer
-
17:28
“Qəbələ”dən ayrılan futbolçu I Liqa klubunda
-
16:55
Rza Cəfərov: “Mənə daha doğma gəldiyi üçün “Qəbələ”ni seçdim”
-
16:31
"Xankəndi" heyətini yeni futbolçu ilə gücləndirib
-
15:19
“Gəncə”nin qələbəsi üçün bütün fədakarlıqlara hazıram”
-
15:04
Sabiq "Sumqayıt"lı I Liqa klubunda
02.02.2026
01.02.2026
29.01.2026
28.01.2026























