6 Avqust 2026, Cümə axşamı
"Qarabağ" Polşaya yollandı
Azərbaycan II Liqasının püşk atıldı
"Sumqayıt"da braziliyalı yarımmüdafiəçi
“Şamaxı” “Qəbələ”yə qalib gəldi

Ölkə futbolu

Syomin: "Azərbaycanda futbolçular hər toqquşmada yerə yıxılırdılar"

"Qəbələ"nin sabiq baş məşqçisi Yuri Syomin "Sport-express" nəşrinə geniş müsahibə verib.

Futbolxeber.az saytının məlumatına görə, rusiyalı mütəxəssis DÇ-2022-də hakimlərin oyunun əsas vaxtına 10 və daha çox dəqiqə əlavə etməsi ilə bağlı sualı cavablandırarkən deyib:

"Doğrudur və mən bunu çox bəyənirəm! Bunu ona görə edirlər ki, futbolçular özlərini tez-tez yerə atmasınlar. Bu, hər yerdə, bir çox liqada olur. Azərbaycandakı işimi xatırlayıram: futbolçular hər toqquşmada yerə yıxılırdılar. Orada itirilən vaxtı hesablayırdım. Bəzi oyunlarda əsas vaxta 10 deyil, hətta 15 dəqiqə əlavə etmək lazım idi. Futbolçulara deyirdim ki, niyə hər toqquşmadan sonra yalandan yerə yıxılırsınız. Belədə futbolun dinamikası ölür".

Xatırladaq ki, Syomin 2013/2014 mövsümündə "Qəbələ"ni çalışdırıb.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31