Ölkə futbolu
Murad Musayev: “Fiziki durumdan çox başımızda nə baş verdiyinə baxmalıyıq”
Azərbaycan Premyer Liqasında XVII turun “Kəpəz” - “Sabah” (2:2) oyunundan sonra təşkil edilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Murad Musayev jurnalistlərin suallarını cavablandırdı.
Futbolxeber.az saytının məlumatına görə, rusiyalı mütəxəssis əvvəlcə matç barədə fikirlərini bildirib.
- Çox çətin oyun alındı. “Kəpəz” kompakt müdafidə olunurdu. Sıx müdafiəni yarmaq çətin idi. Daha çox asmalardan və ara ötürmələrindən istifadə etməli olurduq. Rəqib əks-hücumlarda yaxşı çıxış etdi, qollar vurdular. Şadam ki, hesabı bərabərləşdirməyi bacardıq. Gəncədən xalla qayıtmaq çox önəmli idi.
- “Sabah” son oyunlarda xallar itirir və qırmızı vərəqələr alır. Demək olarmı ki, komanda fiziki hazırlığının pikini aşıb?
- Bunun vərəqələrlə əlaqəsi nədir? İlk qırmızıda nizam-intizam pozuntusu var idi. “Səbail”lə görüşdə qapıçının texniki səhvi oldu. Bugünkü vərəqə isə tamamilə yox idi. Top meydandan çıxmışdı. Yan xətt hakimi buna işarə edirdi. 4-cü hakim isə davam etməsini dedi. Oyunu davam etdirdikdən sonra rəqib oyunçumuzu itələdi və bizim futbolçumuza qırmızı vərəqə göstərildi. Fiziki durumdan çox başımızda nə baş verdiyinə baxmalıyıq. Fiziki durum pis olsaydı, son dəqiqələrdə qollar vurmazdıq.
- Meydanda öyrəşdiyimiz “Sabah”ı görmədik. Bunun səbəbi nə idi? Komanda oyuna köklənə bilməmişdi?
- Bəzi oyunlarda daha yaxşı olmuşuq. Səbəblər var. Birincisi rəqibin kompakt müdafiə olunmasıdır. Bu gün daha sürətli oynamalı idik. Keçidlərimiz daha tez olmalı idi. Bunlar hamısı yekun nəticəni müəyyənləşdirdi.
- Aleksey Kaşuk son oyunlarda elə də görünmür. Bunun səbəbi nədir?
- Bu gün qol vurdu, qol ötürməsi verdi. Bu, azdır sizin üçün?
- Oyunda çox ləng görünür...
- Məncə, hər hansı problem yoxdur.
- Gəncə Azərbaycanda futbol şəhəri sayılır. Buradan hansı təəssüratlarla ayrılırsız?
- Gəncədə atmosfer çox yaxşıdır. Şəhər də çox gözəldir, görünən dağları da. Stadionla bağlı isə nəsə etmək lazımdır. Paltardəyişmə otaqları yoxdur. Konteynerdə dəyişmişik. Bircə müsbət hal ot örtüyüdür. Gəncə futbol tarixi ilə məşhurdur. Bunu inkişaf etdirmək üçün daha da nələrsə etmək lazımdır.
- Mərkəz müdafiəçiləriniz sürətli oyunçulara qarşı çətinlik çəkir...
- Razıyam. Şuaybu çox yaxşıdır. Bu gün ona həddindən artıq hörmət etdik. Belə qollar buraxmaq olmaz. Səhvlərimizin üzərində işləyəcəyik.
- “Səbail”, “Şamaxı” və “Kəpəz” - 3 autsayderlə matçda xallar itirmisiz. Bu, çempionluq mübarizəsində ağır zərbə deyil?
- Kim dedi ki, biz çempionluq uğrunda mübarizə aparırıq?
- Elə qəbul edirik...
- Çox oyunçularımızın çempionluq mübarizəsi təcrübəsi yoxdur. Klubumuz gəncdir, yeni-yeni qurulur. Bura gəlməyimiz nizam-intizam və üzərimizdə işləməklə olub. Bunda bir qədər axsama olanda özünü göstərir. Bilirdim ki, enişli-yixuşlu olacaq. İşləməliyik. Bütün rəqiblər bizə qarşı yaxşı köklənir.
- Klub prezidenti Maqsud Adıgözəlov deyib ki, uğurlu nəticələrin tək səbəbi Murad Musayev deyil. Sonradan bu, mediada müzakirə olundu. Həmin müsahibə ilə nəticələrdəki enişin əlaqəsi ola bilərmi?
- O mətbuata müsahibəni Azərbaycan dilində verib. Mən müsahibəni oxumamışam. Ona görə də detallı bilmirəm. Məəbuatdan uzaq qalıb, məşqçi kimi işimizə köklənmək istəyirik. Onun dediklərində həqiqət var. Biz məşqçi kimi işimizi görürük. Ancaq uğur üçün bütün faktorlar əhəmiyyətlidir (futbolpress.az).
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- "Sumqayıt"ın qələbə həsrəti bitdi
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- “İmişli”də baş məşqçi istefası
- Kurban Berdiyev: “Bu sualı niyə mənə verirsiniz?”
-
13:00
"Yuventus"dan xal itkisi VİDEO
-
12:42
Renat Dadaşov yenə oynamadı
-
12:27
"Milan"ın qələbəsi VİDEO
-
12:06
Zamiq darmadağını kənardan izlədi
-
11:54
200-cü heç-heçə
-
11:38
"İnter" "Komo"ya şans tanımadı VİDEO
-
11:13
Murad Məmmədov üçün 31 dəqiqə
-
10:45
"Çelsi" autsayderə uduzdu VİDEO
-
10:21
Mahirdən qol ötürməsi, “Rakuv”dan qələbə
-
10:09
"Liverpul" qələnə həsrətinə son qoydu VİDEO
-
09:52
Nəriman yenə ehtiyatda qaldı
-
09:30
"Barselona"dan əzmkar qələbə VİDEO
-
21:42
Millimiz Latviyaya məğlub oldu
-
20:49
"Şamaxı"dan əzmkar heç-heçə VİDEO
-
20:11
“Çempionatın ən gənc komandasıyıq”
-
19:26
“Şamaxı" və "Sumqayıt"dan xal itkisi
-
19:00
“Araz-Naxçıvan”ın futbolçusu üçün yubiley
-
18:37
"Sumqayıt" səfərdən 1 xalla qayıtdı VİDEO
-
18:16
Filipe Kandido: “Rəqibdən yaxşı oynadıq, amma bu, qələbə üçün kifayət etmədi”
-
15:43
Şahrudin Məhəmmədəliyev 100-ə çatdı
-
14:28
Azərbaycanın kayak və kanoeçiləri beynəlxalq yarışın mükafatçıları olublar
-
14:05
“Qarabağ” antirekordun bir addımlığında: 15 mövsümdə ilk dəfə
-
13:32
Azərbaycan Premyer Liqasında son 4 mövsümün antirekordu
-
13:14
“Qarabağ” üzərində qələbə bizə əlavə motivasiya verir”
-
12:59
"Roma" 3 xalı 3 qolla qazandı VİDEO
-
12:41
“Traktor” evdə qalib gəldi
-
12:27
"Tottenhem" səfərdə xalsız qaldı VİDEO
-
12:00
“Qəbələ”nin futbolçusu: “Millidə oynamaq hər bir futbolçu üçün şərəfdir”
-
11:36
"Arsenal"dan çətin qələbə VİDEO
-
11:13
Millimizin üzvü oynamadı, komandası xalsız qaldı
-
10:58
PFL-dən “Zəfər Günü” süjeti: “Futbol döyüş yorğunluğumuzu çıxarmaq üçün yaxşı vasitə idi” VİDEO
-
10:45
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:22
"Qalatasaray"ın oyununda 7 qol vuruldu VİDEO
-
10:09
Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
-
09:54
"Bavariya" səfərdə sevindi VİDEO
-
09:31
Rüfət oynadı, komandası qalib gəldi
-
09:17
"Mançester Siti" uduzdu VİDEO
-
09:00
Azərbaycan Zəfər Gününü qeyd edir
-
21:55
Zirədə 3 qol vuruldu VİDEO
-
21:37
Sadıqov: "Önəmli 3 xal qazandıq"
-
21:14
Yeton Bekiri: “Zamanımız var"
-
20:28
“Zirə” “Qəbələ”yə qalib gəldi
-
16:06
"Kəpəz" milli fasilə zamanı yoxlama oyunu keçirəcək
-
15:43
Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı keçiriləcək
-
15:12
U-21 millimizin heyəti açıqlandı
-
14:51
Danimarkalı vinger “Arsenal” və PSJ-nin hədəfində
-
13:39
Tofiq Əliyev dünya çempionatının gümüş mükafatçısı olub
-
13:25
Emin Mahmudov: “O qol heç vaxt yaddan çıxmayacaq"
-
13:00
Azərbaycanın batut gimnastları dünya çempionatında gümüş medal qazanıblar
-
12:48
NTD-dən növbəti transfer
09.11.2026
08.11.2026
07.11.2026
























