Ölkə futbolu
Samir Abasov: "Lap oyunumuz "bardak" görünsün, əsas odur ki, qalib gələk"
"Futbolçularımı qələbə münasibəti ilə təbrik edirəm. İlk qalibiyyətimiz oldu. Elə durumdayıq ki, bilmirik, qələbəyə görə sevinək, ya kədərlənək ki, niyə bu vaxta qədər qalib gələ bilməmişik? Futbolçular özünü oyuna çox yaxşı kökləmişdi. Onun da nəticəsidir ki, 10 nəfərlə qalsaq da, qələbə qolunu vurduq. Azarkeşlərimiz bu gün də gəlmişdilər. Sağolsunlar, möhtəşəmdirlər. Qələbəmizdə onların payı da çoxdur".
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 16-cı turunda "Kəpəz"ə qalib gəldikləri oyundan (1:0) sonra keçirilən mətbuat konfransında deyib.
Mütəxəssis istəkli olduqları üçün azlıqda qalmalarına baxmayaraq, qalib gəldiklərini bildirib: "Öz aramızda da danışanda deyirdik ki, qələbə üçün nə lazımdırsa, edək. Lap oyun intizamından qopaq, lap oyunumuz "bardak" görünsün. Ancaq əsas odur ki, qalib gələk. Biz bu gün istəkli olmağımız sayəsində qalib gəldik. Bugünkü qələbə növbəti oyunumuza da təsir edəcək. Oyun üslubunda, bəzi məqamlarda problemlərimiz çoxdur. Oyunun gedişində biz də rəqibə boşluqlar verdik. Amma rəqib hansı komanda olsaydı da, eyni istəkdə mübarizə aparacaqdıq. Ötən turda "Qəbələ"yə qarşı da yaxşı oynamışdıq. Əfsuslar olsun ki, uda bilməmişdik. Amma Gəncədə qalib gəldik".
Abasov Araz Abdullayevin komandadan ayrılması ilə bağlı bunları deyib: "Onu çağırdım, danışdıq, vəziyyəti izah etdim. Bizim tərəfdən oldu. Nə danışdığımız isə aramızda qalsın. Damyan Daniçiç də komandadan göndərilib".
Çalışdırıcı "Yollarınızı ayıracağınız digər futbolçular kimlərdir?" sualını belə cavablandırıb: "İndiki vəziyyətdə bu haqda danışmaq düzgün olmazdı. Müsahibələrə futbolçular da baxır. Deyəcəyimiz sözləri əlehimizə işləyə bilər. Qışa çox qalmayıb, iki oyunumuz var. Bundan əvvəlkiləri necə bildinizsə, onlardan da xəbəriniz olacaq".
A.Abasov qarşıdan gələn qış transfer pəncərəsi üçün planları barədə də danışıb: "Bizim vəziyyətimiz digərləri ilə müqayisədə kritikdir. Elə futbolçular var ki, 12 komandalı liqada komandası 8-9-cu pillədədir, amma turnir cədvəlinə baxıb, bizdən imtina edirlər. Deyirlər, sonuncu pillədəsiniz. Onları da başa düşürük. Futbolçularla danışanda, öncə maddiyyatı danışmırıq, "bizim komandaya gələrsən?" sualını veririk. Turnir cədvəlini göstəririk. Daha sonra, stadionu, bazanı. Vəziyyətimiz çox çətindir. Qışdan sonra da bunu yaşayacağıq".
Daha əvvəl "Neftçi"ni də çalışdırmış mütəxəssis bu komandadan bütün futbolçuları "Sumqayıt"da görmək istədiyini deyib: "O futbolçulardan hamısını istəyərəm. Xüsusən də Emin Mahmudovu komandamda görmək istəyirəm (gülür).
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Millimizə Andorra ilə oyuna görə texniki məğlubiyyət veriləcək?
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- 13-cü turun oyun cədvəli açıqlandı
- Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
- Kipr - Monteneqro matçında 5 qol
- Millimizin qələbəsi
- Almaniya Niderlandı darmadağın etdi
- Zirədə dramatik oyun
- "Zirə” də xal itirdi, "Qarabağ" da
- Xankəndidə vurulan qollar
- “Neftçi” liderliyi ələ keçirdi
-
20:08
Bekiri: “Qələbəyə layiq idik”
-
18:56
"Turan Tovuz” zirvəyə şərik oldu, "Qəbələ" autsayderi məğlub etdi
-
18:43
PFL prezidenti Elnur Cəfərovu mükafatlandırıb
-
18:32
"Turan Tovuz" 3 xalı 2 qolla qazandı VİDEO
-
17:25
Azər Bağırov: “Həmişə düzgün nədirsə, onun arxasındayam”
-
17:00
Berdiyev: “Təxribatlara cavab vermək olmaz"
-
14:12
Yeniyetmə və gənc stolüstü tennisçilər arasında Azərbaycan kuboku keçiriləcək
-
13:44
"Şamaxı" - "Turan Tovuz": Heyətlər açıqlandı
-
13:27
“Şahdağ Qusar”ın kapitanı: “Hədəfimiz çempionluqdur”
-
12:51
KONMEBOL-dan İnfantinoya dəstək
-
12:33
"Kəpəz" - "Qarabağ" oyununa görə Gəncədə ictimai nəqliyyat gücləndirilmiş iş rejimində çalışacaq
-
12:08
İtaliya klubu millimizin hücumçusu ilə yeni müqavilə imzaladı
-
11:45
İmaməddin Xəlilov dünya çempionatının bürünc mükafatçısı olub
-
11:26
İki boksçumuz Avropa çempionatının yarımfinalına yüksəlib
-
10:52
"Bavariya"ya üçün şok itki
-
10:34
Riad Rəfiyev: “Baş hakimin bir qərarı bütün oyunu alt-üst etdi”
-
10:17
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:00
“Bavariya”dan gözlənilməz xal itkisi VİDEO
-
09:41
Ronaldo 986-cı qolunu vurdu
-
09:23
Zamiq oynadı, komandası məğlub oldu
-
08:39
Millimizə Andorra ilə oyuna görə texniki məğlubiyyət veriləcək?
-
22:35
Filipe Kandido: “Daha yaxşısını etməyə gücümüz var”
-
20:56
“Zirə” qələbəni əldən verdi, "Sumqayıt" uduzdu
-
20:19
Rui Jorjedən qələbə şərhi: “Əlimdə olan bütün futbolçular inkişaf edir”
-
19:47
Yevlaxda 4 qol vuruldu VİDEO
-
19:00
U-20 millimiz İraqa qalib gəldi
-
18:24
Sumqayıtda heyətlər müəyyənləşdi
-
17:51
Rəşad Sadıqov: “Emosiyalara qapılmaq vaxtı deyil”
-
17:33
I Liqada mərkəzi oyunda qalib müəyyənləşmədi
-
17:08
İlham Zəkiyev Misirdə Qran-pridə iştirak edəcək
-
16:45
Azərbaycan millisi Səudiyyə Ərəbistanı ilə qarşılaşacaq
-
16:12
Kurtua “Real”la yeni müqavilə imzaladı
-
15:26
Üç şahmatçımız Qazaxıstanda yarışacaq
-
14:59
Basketbol millimiz Serbiyada təlim-məşq toplanışı keçir
-
14:00
Qazaxda İdman Festivalı keçirilir
-
13:37
Güləş millimiz Gürcüstanda çempion olub
-
13:14
"İmişli" - "Zirə": Heyətlər açıqlandı
-
12:41
Azərbaycan parataekvondoçusu dünya çempionatında qızıl medal qazanıb
-
12:25
Qazaxıstanlı məşqçilər “Qarabağ”ın düşərgəsində
-
11:52
Vernidubla “Neftçi” Akademiyasının koordinator və məşqçi heyəti arasında görüş keçirilib FOTOLENT
-
10:36
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:19
Azərbaycan ağırlıqqaldıranı Rusiyada bürünc medal qazanıb
-
09:47
XII turun hakim təyinatları
-
09:24
Xankəndidə vurulan qollar VİDEO
-
09:00
Fərəcullayevin “Xırdalan 0.0” kimi taktikası
-
20:53
Emin Salmanov: "Hazırda həyatımın ən xoşbəxt günlərindən birini yaşayıram" VİDEO
-
20:26
Xankəndidə futbol bayramı FOTOLENT
-
20:14
Munis Abdullayev: “Xankəndidə yenidən futbol oyununun təşkili çox qürurvericidir” VİDEO
-
19:49
Samir Ələkbərov: “Hisslərimi sözlə ifadə etməkdə çətinlik çəkirəm” VİDEO
-
19:00
Azərbaycanın 4 parataekvondoçusu dünya çempionatında mübarizə aparacaq
21.11.2026
20.11.2026
19.11.2026
























