8 Oktyabr 2026, Cümə axşamı
Millimiz FİFA reytinqində gerilədi
U-21 millimiz Cəbəllütariqə qalib gəldi
U-20 yığmamız Yaponiyanı məğlub etdi
Sefasın durumu nə yerdədir?

Ölkə futbolu

Tərlan Əhmədov: "Məğlubiyyət həmişə acı olur"

"Kəpəz"in baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının 16-cı turunda "Sumqayıt"a uduzduqları matçdan (0:1) sonra mətbuat konfransı təşkil edib.

Futbolxeber.az saytının klubun feysbuk səhifəsinə istinadən verdiyi məlumata görə, o, görüşün çox ağır keçdiyini deyib: 

"Məğlubiyyət xoş deyil. Məğlubiyyət həmişə acı olur. Bu gün çempionatda ən ağır oyunlarımızdan birini keçirəcəyimizi bilirdik. Kubokda qalib gəldiyimiz komandaya qarşı matç futbolçularda arxayınlıq yarada bilərdi. Ona görə əvvəldən bunu demişdim. 2 futbolçunun olmaması meydançada sxemi dəyişdirmişdi. Zamiq Əliyev və Giorgi Kantariyanın yoxluğunu nəzərdə tuturam. Kantariyanın olmaması səbəbindən orta xəttdə topa nəzarəti itirmişdik. Məğlubiyyət olub və artıq irəli baxmalıyıq. Hər halda hərdən enməlisən ki, qalxa biləsən. Uğurlu çıxışımızın davamını gətirmək istəyirdik. Amma alındıra bilmədik. Məğlubiyyətin səbəbkarı başda mənəm".

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31