Ölkə futbolu
Qurban Qurbanov: “Çox duyğulandım, sanki 25-26 il əvvələ getdim”
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının III turundan təxirə salınmış “Turan Tovuz”la oyundan sonra mətbuat konfransı keçirib.
Futbolxeber.az saytının məlumatına görə, təcrübəli mütəxəssis komandasının 2:0 hesablı qələbəsini belə şərh edib:
“İlk öncə bütün tovuzlulara təşəkkür etmək istəyirəm. Bizim komandanı çox xoş qarşıladılar. 25-26 il əvvələ getdim sanki. Burada xoş xatirələrim var. Uzun illərdi görmədiyim insanları gördüm bu gün. Ona görə də hər birinə təşəkkür edirəm. Komandaya uğurlar arzu edirəm. Ümid edirəm, “Turan Tovuz” gələcəkdə daha yaxşı nəticələr qazanacaq. Oyuna gəldikdə, vacib qələbə qazandıq. Komandada müəyyən yorğunluq var idi. Buna baxmayaraq, qələbə qazanmağı bacardıq. Əfsuslar olsun ki, yorğunluğun üzərinə daha bir yorğunluq gəldi. Xüsusən də bu gün süni örtükdə mübarizə apardıq”.
- Şahruddin Məhəmmədəliyevin durumu nə dərəcədə ağırdı?
- Boyun nahiyəsində ağrısı var. Tam rahat hərəkət edə bilmir. İndi-indi özünə gəlir. Ayağa qalxıb müəyyən qədər hərəkət etdi. Lakin ağrıları qalır. Durumuna sabah aydınlıq gələcək. Tovuz şəhər stadionunun qazonu yeni olsa da, dəfələrlə demişəm ki, süni örtüyün tərəfdarı deyiləm. “Turan Tovuz”un 7 futbolçusu zədəlidi. Bu gün bizim heyətdə Marko Veşoviç ağrılar yaşadı. Birdəfəlik bu vəziyyətdən çıxış yolu tapmaq lazımdır. Bu cür meydançada oyundan sonra futbolçuya 5-6 gündən sonra özünə gəlir. Mikrozədələr həddindən artıq çoxalır. Məncə, gələcəkdə bu məsələ ilə bağlı tədbir görülməlidir. Mən bütün stadionların qazonunun təbii olmasının tərəfdarıyam.
- Oyundan əvvəl və sonra komandanıza möhtəşəm dəstək var iid. Həmin an tribunalara baxanda “mən bu azarkeşləri necə məyus edim” fikri keçdimi ürəyinizdən?
- Sağ olsunlar. Bizim bura gəlməyimiz onların sevinci idi. Çox duyğulandım. Azarkeşlərin “Qurban, Qurban” qışqırması çox xoş mənzərə idi.
- Təqvimin sıxlığına görə bu gün oyun keyfiyyətindən narazılığınız var?
- Bugünkü oyundan müəyyən qədər narazılığım var. Amma bunun da müəyyən səbəbləri mövcuddur. Ot örtüyü futbolçulara təsir edir. Yorğunçuluğun da təsirini unutmaq olmaz. Narazıçılığım daha yaxşı oyun göstərməməklə bağlıdır.
- “Sabah”la oyunöncəsi hər hansı bir narahatçılığınız varmı?
- Hər hansı bir narahatçılığım yoxdur. Çalışmalıyıq ki, qarşıdakı 3 gündə bərpa olaq və “Sabah”a qarşı yaxşı oyun göstərək. Hər hansısa problemi qabardanda bəzən səhv anlaşılır.
- Yorğunçuluğu qeyd etdiniz, növbəti tur isə “Sabah”la qarşılaşacaqsınız. Gözləmək olardı ki, bu gün heyətdə müəyyən dəyişiklik edəsiz. Amma siz əsas heyətə şans verdiz...
- Oyuna qədər vaxtımız var. “Sabah”la bizi çox gərgin və maraqlı qarşılaşma gözləyir. Həmin matç üçün heyətdə müəyyən dəyişikliklər edilməsi mümkündür. Çalışacağıq ki, oyun günü ən hazır olan futbolçuları meydana buraxaq.
- Ukraynanın Azərbaycandakı səfiri bildirib ki, Kiyev “Dinamo”sunun Bakıda yoldaşlıq oyununu təşkil etmək istəyirlər. Təklif olsa, belə matça razılaşarsız?
- Belə komandalarla yoldaşlıq oyunları bizim üçün xoş olar. Amma bizim öz cədvəlimiz var. Uyğun olan vaxtda bunu edə bilərik. Futbolçularımızı nəzərə almalıyıq. Boş vaxtımız olsa, məmnuniyyətlə qəbul edərik. İşimizə mane olacaqsa, yaxınlarda gözlənilmir. Ümumiyyətlə, müzakirə etmək olar.
-Qışda heyəti gücləndirmək istiqamətində addımlar atacaqsız?
-Yorğunluqla bağlı sözlərim şikayət kimi olmasın. Reallıqları deyirəm. Bir neçə futbolçu cəlb etməyi çox istərdik. Heyətdə 22-23 futbolçu olsa da, bəzən əlimizdə 14-15-i qalmışdı. Daim uğur qazanmaq üçün heyətin geniş olması şərtdir.
- Ötən mövsümün bu hissəyə qədərki dövrü ilə bu mövsümün indiyə qədərki dönəmini necə müqayisə edə bilərsiz?
- Oyun sayı artıb. Bu, sevindirici haldır. Bölgələrə gəlmək futbolumuz üçün çox xoşdur. Keçən il avrokubokda yaxşı mövsüm keçirdik. Demək olar ki, o tempi qoruyub saxlaya bilmişik. Builki avrokubok oyunlarımız daha baxımlı oldu. Çox güclü rəqiblərlə qarşılaşdıq. Hər matç böyük ajiotaja səbəb oldu. Hər yerdə bizim oyunlarımızı isləmək üçün xeyli sayda azarkeş yığılırdı. Bu da rəqiblərin ciddiliyi ilə əlaqədardır. Bu, Azərbaycan futbolunun inkişafı üçün böyük təkandır. Azarkeşlərə futbolu sevdirmək lazımdır. Çempionatın səviyyəsinə gəldikdə, 13 qələbə qazansaq da, bizim üçün elə də asan olmadı. Bütün matçlarda futbolçular əziyyət çəkdi. İnkişaf görürəm. Yerli futbolçularımızın sayı çoxalıb. Ustalıq səviyyəsi çox olmaya bilər, amma təcrübə artdıqca yaxşılaşacaq. Bütün klubların həm maddi, həm struktur cəhətdən daha yaxşı olmasını arzu edirəm. Mən pozitivəm.
- Azarkşlər qapıçı transferinin olub-olmayacağı ilə maraqlanır...
- Hər xəttə oyunçu axtarırıq. Hər şey idealdır deyə bir düşüncəmiz yoxdur. Həmişə əlimizdə olanları daha yaxşı səviyyəyə çatdırmağa çalışmışam. Mənim üçün ürəyini meydanda qoyan, kluba sadiq insanlar çox önəmlidir. Rəqabəti daha da aktivləşdirmək istəyirik. Necə ki, digər xətlər, qapı mövqeyinə də oyunçu axtarırıq. Əlimizdə olanlara güvənirik.
- Ardıcıl 13 qələbə ilə Azərbaycan çempionatları tarixində rekorda imza atdız. Bu barədə oyundan əvvəl məlumatınız var idi?
- Bəli. Saytlarda oxuyuram. Buna bir o qədər də önəm vermirəm. Bilirəm ki, hər oyun qalib gəlmək lazımdır. Futbolçuları tam aktiv oyuna hazırlamağa çalışırıq. Qarşıda bizi çətin oyunlar gözləyir. Dayanmalı deyilik. Keçmiş statistikaya yönəlməməli, qarşıdakı matçlara istiqamətlənməliyik.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” "Zirə”yə qalib gəldi
- “Qarabağ” çempion olmaq istəyir”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Kandido: “Qələbəyə layiq idik”
- U-20 millimiz Moldovaya uduzdu
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Millimiz Litvanı tək qolla məğlub etdi
- “Qəbələ” yaponlara məğlub oldu
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
18:29
Azərbaycan Premyer Liqasında oktyabr ayının TOP-5 qolu VİDEO
-
18:00
Sumqayıtda heyətlər açıqlandı
-
17:35
"Neftçi"də bərpa rejimi FOTOLENT
-
17:13
“Qalatasaray”ın yarımmüdafiəçisi İngiltərə klublarının hədəfində
-
16:47
“Napoli”də ciddi itki
-
16:21
Voleybol yığmalarımız Avropa çempionatının təsnifat mərhələsində çıxış edəcəklər
-
15:52
Azərbaycanda 8-ci dəfə məktəblilər üçün "Üzməyi öyrənək" layihəsi keçiriləcək
-
15:38
Çerçesov Moskva klubunda?
-
15:14
Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 3 qızıl medal qazanıblar
-
14:46
Konkur üzrə Azərbaycan çempionatı keçiriləcək
-
14:29
Bakıda karate üzrə "Zəfər Kuboku" keçirilib
-
14:00
Ayman Bouali: “Şahin Diniyev məni “Qalatasaray”la oyunda bəyənmişdi”
-
13:35
“Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
-
13:13
“Sportinq”i o çalışdıra bilər
-
12:57
Azərbaycan Avropa çempionatında 40 şahmatçı ilə təmsil olunacaq
-
12:41
Millimiz Avropa çempionatına Türkiyə boksçuları ilə birgə hazırlaşır
-
12:22
Kamal Umudlu "Vilyarreal" - PSJ oyununda
-
12:08
UEFA-dan Babək Quliyevə yeni təyinat
-
11:54
"Latsio" liderliyini davam etdirir VİDEO
-
11:36
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:19
"trabzonspor"un qələbəsi VİDEO
-
11:00
Respublika Velotrekində tələbələr üçün maarifləndirici və idman tədbirləri keçirilib
-
10:45
"Yuventus" "Napoli"ni məğlub etdi VİDEO
-
10:27
Yunuszadənin komandasından mövsümdə ilk qələbə
-
10:13
"Beşiktaş" qələbəni əldən verdi VİDEO
-
09:58
“Neftçi”nin futbolçusu: “Messinin vida oyununda iştirak etmək mənim üçün tarixi an idi”
-
09:42
"Real" 3 xalı 3 qolla qazandı VİDEO
-
09:31
Zamiq oynadı, komandası səfərdə sevindi
-
09:14
"Arsenal" səfərdə "Liverpul"a qalib gəldi VİDEO
-
09:00
"Sumqayıt" autsayderə qarşı
-
20:57
"Dakar-2026": Azərbaycan cüdoçusu qızıl medal qazanıb
-
19:24
“Neftçi” liderliyi ələ keçirdi
-
19:00
"Neftçi" 3 xalı 3 qolla qazandı VİDEO
-
17:43
Azər Bağırov: "Daha güclü olmalıyıq”
-
17:26
Yuri Vernidubdan qələbə şərhi
-
16:18
Şahmatın rapid və blits növləri üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
-
15:55
"Qələbə qaçışı" 2 mindən çox insanı bir araya gətirib
-
15:39
Elxan Səmədov “Neftçi”nin futbolçusunu mükafatlandırdı
-
14:41
“Şamaxı” - “Neftçi”: Heyətlər açıqlandı
-
14:02
"Barselona"dan darmadağın VİDEO
-
13:14
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:57
Murad Məmmədov üçün 17 dəqiqə
-
12:23
“Bavariya” - “Borussiya” matçında qalib aşkarlanmadı VİDEO
-
12:00
Cəlal “fərqləndi”, “Petrolul” heç-heçə etdi
-
11:36
“Roma”dan 5 qollu qələbə VİDEO
-
11:18
Azərbaycanın daha iki cüdoçusu Avropa çempionu olub
-
10:45
"Mançester Siti" öz meydanında uduzdu VİDEO
-
10:22
Toraldan qol ötürməsi, "Bursaspor"dan qələbə
-
10:09
Derbini "Milan" qazandı VİDEO
-
09:54
Rüfət oynadı, komandası heç-heçə etdi
02.11.2026
01.11.2026
Arxiv
| Noyabr 2026 |
| B.e | Ç.a | Ç | C.a | C | Ş | B |
| 01 | ||||||
| 02 | 03 | 04 | 05 | 06 | 07 | 08 |
| 09 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 |
























