10 Avqust 2026, Bazar ertəsi
Nəriman rəsmən “Erzurumspor”da
“Sumqayıt” Qətər klubu ilə heç-heçə etdi
“Zirə” Namik Ələsgərovla yolları ayırdı
“Qarabağ” “Dinamo”ya məğlub oldu

Ölkə futbolu

Ülvidən 15-ci qol

Ülvi İsgəndərov “Qəbələ”nin heyətində 15-ci qolu vurub.

Futbolxeber.az saytının məlumatına görə, o, Premyer Liqanın XIII turunun “Zirə” ilə ev matçında yubiley topuna imza atıb.

25 yaşlı hücumçu 90+3-cü dəqiqədə meydanın mərkəzindən vurduğu baxımlı qolla “qırmızı-qaralar”a 1:0 hesablı qələbə qazandırıb. Ülvi “Qəbələ”nin heyətində meydana çıxdığı 87-ci rəsmi matçda 15-ci dəfə rəqib qapısına yol tapıb.

O, klub tarixində 15 və daha çox qol vuran 16-cı futbolçudur. Bombardirlər cədvəlinə isə 33 topla Viktor Mendi başçılıq edir.

Qəbələ şəhər stadionundakı qarşılaşma İsgəndərovun Premyer Liqada “qırmızı-qaralar”ın heyətində yubiley - 75-ci matçı olub. O, bu görüşlərdə 12-ci dəfə fərqlənib. Hücumçu digər üç qoluna ölkə kubokunda imza atıb.

Xatırladaq ki, Ülvi “Qəbələ”də ilk qolunu 2017-ci il noyabrın 29-da Azərbaycan kubokunun “Mil-Muğan”la oyununda (8:0) vurub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31