Ölkə futbolu
Ştrayx: “Qarabağ” çox gözəl oynadı, bəxtimiz gətirdi”
"Frayburq"un (Almaniya) baş məşqçisi Kristian Ştrayx Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda "Qarabağ"la Bakıda heç-heçə etdikləri matçdan (1:1) sonra mətbuat konfransı təşkil edib. Futbolxeber.az saytının məlumatına görə, alman mütəxəssis öncə oyunla bağlı fikirlərini bölüşüb:
“Güclü rəqibə qarşı oynadıq. Heyətdə rotasiyalar etmişdik, bir neçə gənc oyunçuya şans vermişdik. Say üstünlüyümüz olsa da, “Qarabağ” çox gözəl oynadı, işimizi çətinə saldı. Amma deyə bilərəm ki, bizim bəxtimiz gətirdi. “Qarabağ” sürət və taktiki baxımdan möhtəşəm oynayır. Qurban Qurbanov burada möhtəşəm iş görüb. Bəxtimiz gətirdi ki, 1 xal qazandıq”.
- Sizcə, bu “Qarabağ” Konfrans Liqasında nə qədər irəli gedə bilər?
- “Qarabağ”ın Avropa Liqasındakı bütün oyunlarını izləmişəm. Pley-offa çıxmamaları bəxtsizliklə bağlıdır. Bu oyunla çox irəli gedə bilər. “Qarabağ”dan çox şey gözləmək olar. “Qarabağ”ın Avropa Liqasında pley-offa çıxmaması sadəcə bəxtsizlikdir.
- Almaniyadakı ilk oyundan əvvəl və sonra da “Qarabağ”ı tərifləmişdiniz. Səfərdən öncə isə Azərbaycan və Bakı barədə xoş sözlər səsləndirmişdiniz. Bu sevginiz nədən qaynaqlanır?
- “Qarabağ”la qarşılaşmazdan öncə Azərbaycanı tanımırdım. Püşkatmadan əvvəl xəbərim yox idi. Ondan sonra oyunlara baxdım. Komandanın oynadığı hücumameyilli futbol diqqətimi çəkmişdi. “Qarabağ”ın oynadığı futboldan həzz alırdım. Bu, oyun stilinə olan simpatiyamdır.
- Sizcə, Avropa Liqasının pley-offuna “Qarabağ”, yoxsa “Nant” daha çox layiq idi?
- Futbolda bəxt amili də rol oynayır. “Nant”a qarşı da oynamışıq. Kimin xalı çoxdursa, o da növbəti mərhələyə çıxır. Daha əvvəl də dedim ki, bu gün xal qazandığımız üçün bəxtimiz gətirdi. Ancaq fakt odur ki, yekunda “Nant”ın xalı daha çox oldu.
- “Qarabağ”da hansı futbolçular diqqətinizi cəlb etdi? Kimisə komandanızda görmək istəyərsiniz?
- Vaxtım olsa, “Qarabağ”ı Konfrans Liqasında izləyəcəyəm. Komandada sağlam ab-hava var. Oyunlardan əvvəl izləyəndə görürdüm ki, “Qarabağ” hər qol vuranda ehtiyat oyunçular, məşqçilər heyəti - hamı sevinirdi. Bu göstərir ki, komandada hər şey çox yaxşıdır. Bu, mənim üçün vacib amildir. Möhtəşəm baş məşqçi Qurban Qurbanovun işi mənə çox maraqlıdır. O, 2008-ci ildən burada çalışır. Oyunlardan sonra başa düşdüm ki, niyə uzun müddətdir, bu komandadadır. Hazırda kifayət qədər oyunçumuz var. Həddən çox futbolçunu komandaya cəlb edə bilmərəm. Kadi Borges, Ovusu Kvabena və Abdullah Zubir çox güclü oyunçulardır.
- İlk oyundan sonra da Qurban Qurbanovla danışmışdınız. Bu gün də matçdan əvvəl söhbətiniz oldu. Onunla nələr danışdınız?
- Biz həmkarıq. Səmimi və dost kimi danışdıq. İlk oyundan sonra mənə müsbət emosiya ilə yanaşmışdı. Mən uduzsaydım, inanmıram ki, belə danışa bilərdim. Bəlkə, final fitindən sonra birbaşa paltardəyişmə otağına yollanardım.
- Ötən ili çıxsaq, “Qarabağ”la qarşılaşan komandalar adətən finala qədər gedir, ya da çempion olurlar. Bu dəfə turnirdə güclü kollektivlər var. Öz komandanızdan belə gözləntiniz var?
- Avropa Liqası bizim üçün çox maraqlı turnirdir. Rəqibləri də görəndə matçları daha həvəslə gözləyirsən. Bundesliqada da işlərimiz yaxşı gedir. Komandam çox yaxşı futbol göstərir. Oyundan oyuna fikirləşirik. Nə olacağını görəcəyik. Çox irəli baxmaq istəmirəm. Qonaqpərvərliyə görə Azərbaycana minnətdarlığımızı bildiririk. “Qarabağ”a uğurlar arzulayırıq. İnanıram ki, belə futbolla çox yaxşı nəticələr əldə edə biləcəklər.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Şəfa”ya texniki məğlubiyyət verildi
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- "Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
- Əfran İsmayılovun israfçılığı...
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
- “Araz-Naxçıvan”ın yeni baş məşqçisi müəyyənləşdi
- “Qarabağ”dan fanşopla bağlı yenilik
- "Qarabağ"ın "Xaric segah"ı...
- Yankoviç “Turan Tovuz”da
- “Neftçi” XXI əsrdəki ən yüksək göstəricisinə imza atıb
- Elvin Camalov “Neftçi”dən getdi
- “Sumqayıt” qəkəbəni əldən verdi
-
19:30
Türkdilli Ölkələrin Şahmat Assosiasiyasına üzv dövlətlər silsilə layihələrə start verir
-
18:44
Azərbaycan Qran-Prisində sərbəst yürüşlər keçirildi
-
18:17
II Liqada hakim təyinatları
-
17:51
“LANDAU Lions”da məşqçi təyinatı
-
17:02
Alabanın İtaliya klubuna keçidi rəsmiləşdi
-
16:36
Çimərlik güləşi üzrə milimiz Dünya Seriyasının final mərhələsində mübarizə aparacaq
-
16:13
"Sumqayıt"dan növbəti transfer
-
15:49
"Araz-Naxçıvan" iki yoxlama oyunu keçirəcək
-
15:25
Azərbaycanın deflimpiyaçı atıcısı Avropa çempionatında tarixi nəticə qazanıb
-
14:54
Azərbaycanı dünya çempionatında 6 paracüdoçu təmsil edəcək
-
14:38
Boks millimiz Avropa çempionatında rekorda imza atıb
-
14:17
Bakıda Formula 2 yarışının sıralama turuna start verilib
-
14:00
U-16 millimizin heyəti açıqlandı
-
13:41
Bakıda Formula 1 rekordu: Xarici qonaqların sayı 16 mini keçib
-
13:26
Elxan Səmədov İsgəndər Cavadovla görüşdü
-
12:53
Toral Bayramov: “Uşaqlara demişdim ki, çoxdandır uzaqdan qol vurmuram”
-
12:32
"Formula 1" üzrə Azərbaycan Qran-prisinə start verilib
-
11:49
"Qəbələ" Yaponiya millisi ilə qarşılaşacaq
-
11:04
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:35
Musa Qurbanlı: “Bu matçdan dərs çıxarmalıyıq”
-
10:18
“Neftçi” Cavadovu təbrik etdi
-
09:47
Seneqallı voleybolçu Azərbaycan klubunda
-
09:21
Baş Prokurorluqda İsgəndər Cavadovun 70 illik yubileyi qeyd edilib FOTOLENT
-
09:00
Mahir Emreli: “Rəqib dişimizə görə idi”
-
23:29
Millimizin qələbəsi VİDEO
-
22:51
Ayxan Abbasovdan qələbə şərhi
-
22:30
İqor Angelovski: “Azərbaycan D divizionunda olmağa layiq deyil”
-
21:48
Millimiz Tacikistana qalib gəldi
-
20:56
"Neftçi" FIBA Avropa Kubokuna qələbə ilə start verib
-
20:24
Respublika Velotrekində məşqçilər üçün "Təhlükəsiz idman" mövzusunda təlim keçirilib
-
19:17
"Sumqayıt"dan növbəti transfer
-
18:43
Türkiyəli futbolçu 25 yaşında vəfat edib
-
18:05
La Liqa klubunda yeni baş məşqçi
-
17:39
U-20 millimizə 25 futbolçu çağırıldı
-
17:22
Yuri Maksimov: “Mümkün qədər üst sıralara qalxmalıyıq”
-
16:51
"Formula 1" üzrə Azərbaycan Qran-prisinə bilet alan azarkeşlərin pit-leyn gəzintisi baş tutub
-
16:40
Yuri Maksimov rəsmən “Araz-Naxçıvan”da
-
16:16
Rassel: “Azərbaycan Qran-Prisində qələbə uğrunda mübarizə apara bilərik”
-
15:37
Azərbaycan - Tacikistan oyununa necə baxaq?
-
15:04
Lekler: “Bakı trasında yarışmaqdan zövq alıram”
-
14:48
"Sumqayıt" onunla gücləndi
-
14:23
Alabanın yeni klubu müəyyənləşdi
-
13:59
Şahruddinlə Zubir yenidən bir arada
-
13:35
Azərbaycan Basketbol Liqası klublarına oyun qaydalarındakı dəyişikliklər barədə məlumat verilib
-
13:12
"Zaqatala"nın futbolçusuna sərt cəza verildi
-
13:00
AFFA 5 klubu cərimələdi
-
12:41
"Formula 1": Bakı Bulvarında əyləncə zonası fəaliyyətə başlayır
-
12:26
AFFA "İmişli"nin legionerini 4 oyunluq cəzalandırdı
-
11:57
Misirli voleybolçu karyerasını Azərbaycanda davam etdirəcək
-
11:34
"Mingəçevir Reqatası" növbəti dəfə Köndələn su anbarında start götürəcək
24.09.2026
23.09.2026
























