15 Avqust 2026, Şənbə
İmad Faraj “Neftçi”dən getdi
Yeni mövsümün ilk qolu vuruldu
“Tvente” “Qarabağ”a rəqib oldu
“Qarabağ” pley-offa yüksəldi

Ölkə futbolu

Ozobiç üçün ikiqat yubiley

"Qarabağ"ın Azərbaycan Premyer Liqasının 9-cu turunda “Qəbələ” ilə səfər oyununda hesabı açan futbolçusu Filip Ozobiç üçün bu qol ikiqat yubileylə əlamətdar olub. 

Fytbolxeber.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, yarımmüdafiəçi həm çempionatda, həm də klubda yubiley qoluna imza atıb.

Filip Premyer Liqada özünün 50-ci qolunu vurub. Bu toplardan 16-sı “Qəbələ”, 34-ü “Qarabağ”ın heyətində qeydə alınıb.

Ozobiç Ağdam klubunda ümumilikdə 40-cı dəfə fərqlənib. Onun hesabında çempionatdakı 34 topdan başqa 6 avrokubok qolu da var.

Qeyd edək ki, Filip Premyer Liqada ümumilikdə 129-cu, “Qarabağ”da bütün turnirlər nəzərə alınmaqla 136-cı matçını keçirib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31