3 Avqust 2026, Bazar ertəsi
"Qarabağ" ciddi itki ilə üzləşdi
"Qəbələ"də braziliyalı qapıçı
“Qəbələ” qələbəni əldən verdi
"Turan Tovuz" qələbə qazandı

Ölkə futbolu

Veşoviç: "Həmin görüşlərdən də ən yaxşı nəticə ilə ayrılmağa çalışacağıq "

"Əlimizə düşən şanslardan layiqincə istifadə etdik".

Futbolxeber.az saytının məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Marko Veşoviç Yunanıstanda "Olimpiakos"a 3:0 hesabı ilə qalib gəldikləri UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyunundan sonra "CBC Sport"a açıqlamasında deyib.

27 yaşlı yarımmüdafiəçi çətin qarşılaşmada vacib qələbə qazandıqlarını bildirib: "İlk hissədə şanslardan yararlana bilmədik. Ancaq ikinci yarıda rəqibin verdiyi boşluqlardan istifadə etdik və qollar vurduq. Hər gün məşqlərdə bütün gücümüzlə çalışırıq ki, matçlarda əlimizdən gələni edək və bacardığımız qədər çoxlu qol vuraq".

Monteneqrolu oyunçu qalib gəldikləri üçün Allaha təşəkkür edib: "Artıq qarşıdakı matçlara baxırıq. Həmin görüşlərdən də ən yaxşı nəticə ilə ayrılmağa çalışacağıq".

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31